Search the Community

Showing results for tags 'kosmos'.

Found 10 results

  1. "The Theory Of Everything" səhifəsi yaradılışı təbliğ edən səhifədir. Admini mənim "Kainatda həyatın təsadüfən yaranma ehtimalı" adlı videoma cavab hazırlayıb. Elnur (həmin səhifənin admini) videosunda yaxşı misallar çəkdi. Amma bu misallar bir başa mənim iddimı təstiqləyən kimi arqument hesab edilir, yaradılış iddiasını ortaya atacaq biri üçün bu misallar əslində məntiqi xəta olmalı idi. Mənim videom: Elnurun videosu: Məsələn, deyir ki, təsəvvür edin sizin bir komputeriniz var və 20 rəqəmli koda qoymusuz. Kimsə parolu daxil edib girə biləcəksə, ortaya iki sual çıxır. Bu təsadüfən kodu bildi, yoxsa mənim kodumu bildiyi üçün ilk cəhtdən daxil ola bildi? Çünki 20 rəqəmli kodu təsadüfən tapmaq ehtimalı məsələn, 1/100milyondur. Elnur iddia edir ki, "çox kiçik ehtimalları beynimiz kənara atır. ... Amma bunun tam əksinə, başqa insalar var ki (ateistlər) gündəlik həyatda beynimizin bu qabiliyyətindən istifadə edir, özü fərqində olsa da,olmasa da, amma ki, tanrı inancına gələndə, yaradılış inancına gələndə, ən kiçik ehtimalı alternativ olaraq seçir (həyatın təsadüfən yaranma ehtimalını)". Uzun sözün qısası, Elnur iddia edir ki, kainatda təsadüfən həyatın yaranma ehtimalı var, amma bu çox kiçik ehtimal olduğu üçün bizim beynimiz bu iddianı kənara atmalıdır. Enur və bu məsələlərdə onun kimi düşünənlərə eyni sualları vermək istəyirəm. Nəyə görə kainatın hansısa tanrı tərəfindən yaradılma ehtimalını böyük ehtimal, digər ehtimalları isə kiçik ehtimal hesab edirsiz? Hansı əsaslara görə? Axı hadisə baş verməmişdən əvvəl bütün ehtimallar eyni dərəcəli hesab olunur. Məsələn, Elnurun komputer şifrəsi misalında 1000 kombinasiya varsa, kodun düzgün çıxması ilk dəfədən baş verəcəksə, digər 999 kombinasiya ehtimalı artıq sıfıra enmiş olur. Birinci dəfədən düz çıxan ehtimal isə qalxır 100%-ə. Amma çıxmayacaqsa, yerdə qalan 999 ehtimalı eyni dərəcəli hesab edilir. Əgər kainatın yaranmasında 2 ehtimal varsa; a) tanrı yaratdı b) təsadüfən yarandı O zaman hadisə baş verməyincə bu iki ehtimal baş verməsi eyni faiz nisbətindədir. Amma məsələn, kainatı tanrı yaratdısa, o zaman təsadüfən yaranma ehtimalı sıfıra enir və yaxud təsadüfən yarandısa, tanrı yaratmaq ehtimalı sıfıra enir. Çünki artıq hadisə baş vermiş olur. Və yaxud Şrodinger pişiyi ekperimenti kimi izah edim. Əgər qutunun içində pişik varsa və onun ölü və yaxud diri olduğunu iddia ediriksə, pişiyin hansı halda olmasını bilməyimiz üçün qutunu açmağımız və müşahidə etməyimiz lazımdır. Əks halda pişiyin ölü və yaxud diri olma ehtimalı eyni olacaq. Amma Elnurun məntiqinə əsaslansaq, tanrı ehtimalı ən böyük ehtimaldır və digərlərinin baş verməsi kiçik ehtimal olduğu üçün beynimizdən çıxarmalıyıq (bizim misalda qutu açılmamışdan əvvəl Elnur tam qətiliklə iddia edir ki, pişik diridir və ölü olma ehtimalı kiçik olduğu üçün üstündən xətt çəkməliyik). Amma tanrı ehtimalını niyə digərlərindən üstün sayır, bu artıq bir inanclının məntiqi xətasına qalır. Çünki tanrı yaratdı iddiasının arxasında heç elmi metodlar durmur. Tanrı iddiası ümumiyyətlə elmin predmeti deyilsə, tanrı ilə elmi qarışdırıb, baş verəcək 100 milyardlarla ehtimaldan digər ehtimallardan xəbərdar olmadan, hansı məntiqlə eyni səviyyəli ehtimalları sıfıra endirib, tanrını qabağa çəkir və "o yaratdi" deyir, bunu bilmirəm. Hadisə baş verəndən sonra biz digər ehtimallara baş sındırmalı deyilik. Amma biz bugün kainatın necə yaranmasından danışırıqsa, hadisənin necə baş verdiyini elmi yollarla araşdırırıqsa, o zaman bütün ehtimalları eyni dərəcəli görməliyik. Əlbətti ki, söhbət elmi metodlardan, elmin araşdıra biləcəyi predmetlərdən gedir. Əgər təxəyyül məhsullarını, nağılları, elmə bağlı olmayan iddiaları elmə qatıb, heç bir tutarlı sübut olmadan digərinən üstün hesab edəcəksinizsə, o zaman sizin qabağınıza spagetti canavarı arqumentini qoyum. Çünki belə düşündüyünüz halda spagetti canavarı ehtimalı ilə tanrı ehtimalını eyni olacaq(mənim sehirli qurbağam haqda oxuyun). Çünki hər ikisi eyni şeyi iddia edir. Sadəcə biri özünə tanrı ad verir, biri özünə spagetti canavarı. Halbuki siz spagetti canavarını məntiqsiz, absurd hesab edirsinizsə, o zaman tanrı iddiasına da eyni məntiqlə yanaşmalısız. Yox, əgər eyni məntiqlə yanaşmayacaqsızsa, o zaman spagettinin iddialarının səhv olduğunu sübut etməlisiz. Bu isə ikiqat məntiqsizlik olacaq. Yəni olmayan bir şeyin nəyini inkar edəcəyik? Uzun sözün qısası, Elnur və onun kimi düşünənlər hadisə baş verməmişdən əvvəl özünə sərf etməyən ehtimalları sıradan çıxardıb, "ciddiyə almırıq, buna görə də mümkün deyil" deyirsə, yuxarıda qeyd etdiyim məsələlərə aydınlıq gətirsin. Mənə yox, özləri üçün.
  2. Kainatda həyatın təsadüfən yaranma ehtimalı

    From the album Hazırladığım videolar

    2013-cü il dekabr ayında çəkilib. Video uzundur və çox rəsmi danışıram. Buna görə paylaşmaq istəmirdim. Amma yenə də bəziləri üçün dəyərli məlumat olar deyə paylaşmaq qərarına gəldim. Videoda kainatda həyatın təsadüfən yaranma ehtimallarından danışıram.
  3. Son 1 ildə Planetary Resources-ə investisiya edən özəl investorların sayı artıb. Artıq biznesmenlər kosmosda faydalı qazıntıların aparılmasına investisiya yatırmağa başlayıblar və günü-gündən bu investisiya sayı da artır, investisiya yatıranların sayı da. Məsələn, ortalama bir asteroiddə olan əlvan metallar Yer kürəsində indiyə kimi istifadə olunmuş bütün əlavə metallardan daha çoxdur. Artıq təbii resursların istifadə olunması ilə bağlı yeni era yaxınlaşır və ekspertlərin nəticələrinə görə, bu baş verəndən sonra Yer kürəsində müharibələrin sayı azalacaq, ya da tamamilə bitəcək. Və Yer kürəsinə artıq bir qoruq kimi baxılacaq, təbiətin qorunmasına daha çox diqqət ayrılacaq. Bizim ehtiyacımız olan təbii resursları kənardan, kosmosdan əldə etmiş olacayıq.
  4. Normalda astronavt atmosferi qalxarkən və enərkən qravitasiyanın təsirinə məruz qalır. Normalda 8G-10G qüvvəyə kimi astronavt dözə bilir. Bir çox astronavtların ölümünə səbəb bu G qüvvəsinin çox olması hesab olunur. Məsələn, astronavt atmosferi keçib, kosmosa daxil olarkən həddindən artıq özündə yük, titrəmə hiss edir. Əlini qaldıra bilməyəcək qədər oturacağa yapışıb qalır. Və bütün qan ayaqlarına doğru axmağa başlayır. Əgər bu təsir 8G yox, 15G olsaydı, beynində qan və oksigen çatışmazlığına görə ölə bilər. Həmçinin eniş zamanı da eyni təsir. Lakin bu səfər qan ayaqlardan başa, beyinə doğru axmağa başlayır. Astronavtın boğazındakı damarlar o qədər şişə bilər ki, sifəti göyərib qalacaq. Hətta təzyiqdən beyində qan damarları partlaya bilər. Elə bu səbəblərdən qalxma və enmə zamanı bəzi astronavtlar qəza törədir. Huşunu itirmə, göz kapilyarlarının partlaması, gözlərin qaralması, müvəqqəti görmənin və dizorientasiya, ağciyərlərində, köksündə həddinən artıq təzyiqin hiss edilməsi (eksperimentdə 50G olan halda adamın sinəsi gömgöy göyərməsi müşahidə edilib) kimi hallar baş verir. İndi isə siz təsəvvür edin, kosmosda saatda 100-200min km sürətlə hərəkət edirsiz. Və yaxud Yer kürəsindən böyük olan və yaxud atmosferi sıx olan bir planetin atmosferinə daxil olursuz və yaxud elə bir planeti tərk edirsiz. Gördüyünüz kimi hər şey kənarda asan görsənir. Amma çox vaxt düşünmədiyimiz bu kimi detallar adicə kosmik səyahətə nə qədər zərbə endirir.
  5. Əgər biz işıq sürətinin 95%-i qədər sürətlə kosmosda hərəkət edə bilsəydik, bizim kosmik gəmi əriyəcəkdi. Məsələ ondadır ki, kosmosda təxminən hər kv.sm-ə 1 atom düşür. Bu sürətlə hərəkət edəndə isə bu atomlar sizə qarşı eyni sürətlə hərəkət edən mikrohissəciyə çevrilir. Hansı ki, sizin olduğunu kosmik gəmi ilə toqquşma zamanı subatom hissəciklərə parçalanır (fizika laboratiyalarında kimi). Nəticədə kosmik gəmi hansı materialdan olursa olsun, nə qalınlıqda olursa olsun, gəmidə gedənlər yüksək radiasiyadan məhv olacaq. Həmçinin bu sürətlə hərəkət edən zaman atom hissəciklərlə bombadrmana görə kosmik gəmi ərimə temperturuna qədər qızacaq. İçərisində olan insanlar yüksək təzyiq ve tempraturdan bədənindəki su qaynayacaq. G-qüvvələrin təsirindən insan bədənindəki qan beyinə yığılaraq damarları partlada və nəticədə gözlərini çıxa, burnunuzdan qan açıla, beyniniz kəllə qutusunun içində kiçik hissəciklərə kimi dağılaraq qatı mayeyə çevriləcək. Bir növ sentrifuqada parçalanmaya məruz qoyduğunuz maddələr kimi. Uzun sözün qısası, ya insan kosmosda max. işıq sürətinin 3-5% qədər sürətlə hərəkət edə bilər. Ya da ümumiyyətlə, işıq sürətindən yüksək hərəkət etməlidir.
  6. Sübutun yoxluğu yoxluğun sübutu deyil. İnanmaq istəmirəm, bilmək istəyirəm. Hardasa inanılmaz nəsə kəşf edilməyini gözləyir. Elmin istədiyi yeganə şey odur ki, işlənmiş avtomobil alanda və ya TV reklamlarında gördüyümüz ağrıkəsicilərin keyfiyyətini yoxlayanda necə şübhəli yanaşırıqsa, başqa şeylərə də o cür yanaşaq. Elm təkcə məlumat toplusu deyil. O, düşünmə formasıdır, kainatı şübhə ilə mühakimə etməyin bir yoludur. Elmi başqalarına izah etməmək mənə əxlaqsızlıq kimi görünür, çünki kiməsə aşiq olanda bunu aləmə car çəkmək istəyirsiniz. Bizim kimi kiçik varlıqlar kütləyə yalnız sevgi yolu ilə dözə bilərlər. Bu günü başa düşmək üçün keçmişi bilməyimiz lazımdır. Nəsə sizə yaxşı hisslər bəxş edirsə və onun doğru olub-olmaması sizi maraqlandırmırsa, bu, cibiniz dolu olarkən pulun haradan gəldiyi ilə maraqlanmamaq qədər pisdir. Əgər bütün kainatda həyat təkcə Yer kürəsində mövcuddursa, bu, çox böyük yer israfı olardı. Fövqəladə iddialar fövqəladə sübut tələb edir. Tarixin ən ağır dərslərindən biri budur: uzun zaman aldadılmışıqsa, bunu üzə çıxaran bütün sübutları rədd edirik. Həqiqəti tapmaq bizə maraqlı deyil. Yalan bizi qəfəsə salıb. Çünki tələyə düşdüyümüzü özümüzə etiraf etmək son dərəcə ağır bir hissdir. Hazırladı: Orxan Əmrullayev
  7. Çinin cənubi-qərb hissəsində, Quyçjoy əyalətində dünyanın ən böyük radioteleskopunun qurulmasınabaşlayıb. Bu teleksop hazır olanda 30 futbol meydançası böyüklükdə olacaq boşqabı kainatın ən dərin qatlarından indiyə kimi qəbul edilə bilməyən siqnalları da qəbul edəcək. FAST (Five hundred meters Aperture Spherical Telescope) adlı teleskopunun boşqabının diametri 500 metr olacaq. Ümumi perimetri isə 1.6km-ə qədər uzanır. Hal-hazırda dünyanın ən böyük teleskopu 300 metr diametrə sahib olanAresibo radioteleskopu hesab edilir. Bu yeni teleskop isə Aresibodan 3 dəfə güclü kosmos siqnallarını qəbul etmək imkanına malik olacaq. Belə güclü radioteleskop ilə indiyə kimi eşidilməyən ən zəif sinqalları belə təyin etmək olacaq. Həmçinin bizim qalaktikadan kənarda yerdənkənar sivilizasiyalardan siqnal qəbul etmək olacaq. Bundan əlavə, kainatın ilk anlarında nələrin baş verdiyini öyrənmək olar. Tikilib qurtarandan sonra belə görsənəcək. Çinlilər bu layihəyə 100 milyon dollar pul buraxıb. Teleskop gələn il təhvil verilməlidir.
  8. Tanrı bir astronavt idi?

    Böyük sirlər və çəkişmələr yumağı kitab, yəni Tövrat.Məsələn,yaradılış bölümü, dünyanın yaradılışını düzgün bir geolojik hesabla göstərir. Bəs bu yazanlar minerallardan bitkilərin, bitkilərdən də heyvanların meydana gəldiyini haradan bilirdi? Yaradılış Bölümü i,26'da yazır: "Və Tanrı, bizə bənzəyən və bizim görünüşümüzdə insan yaradaq, dedi." Tanrı niyə cəm olaraq danışır? Niyə 'mən' deyil 'biz','mənim' deyil 'bizim' deyir? Uca Tanrının tək şəxsdə danışması gərək deyilmi? "Və insan yer üzündə çoxalmaya başladı və qız uşaqları doğdu. Tanrı'nın oğulları, insanın qız uşaqlarını bəyəndi və aralarından seçtiklərini yoldaş olaraq aldı." (Yaradılış Bölümü i,1-2) İnsanın qız uşaqlarını özlərinə yoldaş olaraq alan "Tanrı'nın oğulları" kim idi? Qədim İsrail'də bir tək müqəddəs Tanrı olduğuna görə,"Tanrı'nın uşaqları" deyə adı keçənlər kim idi? "O günlərdə dünyada divlər yaşayırdı. Sonra Tanrı'nın oğulları, insanın qızlarına uşaqlar verdi. Onlar, köhnə və məhşur insanlardan doğdu və qüdrətli insanlar oldu." (Yaradılış Bölümü vi,4). Yenə insanlarla çiftləşən Tanrının oğulları ilə qarşılaşırıq. Və burada "divlər", ilk dəfə tələffüz edilir. "Divlər" sözü kainatdakı lüğətdə yerini çoxdan aldı. Köhnə kitablarda, şərq və qərb mifologiyasında, Tiahuanaco əfsanələrində və Eskimo dastanlarında çoxluca sözükeçər. Bu qədər çox danışıldıqlarına görə varlığlarına inana bilərik. Bəs necə varlığlardı bu divlər? Böyük əsərlərquran,iri qaya parçalarını asan daşıyan atalarımız, yoxsa texniki ləvazimatlarla işləmiş yadplanetlilərmi? Dəqiq olan budur. Tövrat'da sözü keçən divlər Tanrının oğulları olaraq anılır və insanlarla çiftləşərək yayılır. Yaradılış Bölümü xix, 1-28'də isə Sodom və Gomore fəlakətinin dəqiq və həyəcanlı hekayəsindən bəhs edilir: Bir axşam Lut Baba şəhərin qapısında oturan zaman Sodoma iki 'mələk' gəlir. Lut, bu mələkləri öncədən tanımağda, hətta onları gözləməkdədir. Qonaqlarını evdə qalmağa dəvət edər. Tövrata görə xalq da bu mələklərlə tanışmaq istəyər. Mələklərin fövqaladə qabiliyyətləri varmış. Məsələn şəhərdəki eşqbazların cinsəl arzularını bir hərəkətlə yox edə bilir, hüzursuzluq yaradanları kor edirdilər. Yaradılış Bölümü xix.12-14'də belə deyir: "Mələklər, Lut'a arvadını, qızını,gəlin və kürəkənlərini alıb şəhəri dərhal tərk etməsini söylədi. Dediklərinə görə şəhər yox ediləcəkdi. Ailə fərdləri isə bu qəribə xəbərdarlığı ciddiyə almadı və Lut'un zarafat etdiyini düşündü. (Yaradılış bölümü hadisəni danışmağa davam edər) "Və gün doğduğunda , mələklər Lut'a təlaşla səsləndi. Qalx, arvadını və iki qızın al, yoxsa hamınız bərabər yox olacaqsınız. Lut gözləyən zaman, mələklər də arvadının, qızlarının və onun əllərini tutdular, Tanrı onlara mərhəmət edirdi. Biraz daha uzaqlaşdıqca, arxanıza baxmayın canınızı sevirsizsə qaçın,düzlüklərdə durmayın,dağlara qalxın, yoxsa məhv olacaqsınız. Tez olun, buradan uzaqlaşın yoxsa sizi əsla qutara bilməyəcəyəm." Bu hekayəyə görə,"mələk" deyə bəhs edilən iki yadın, yerlilər tərəfindən bilinməyən gücləri vardı. Onlara tez olmalarını söyləmələri və Lut ailəsinin şəhərdən tezbazar çıxarılması da düşündürücüdü. Lut dayandıqda, bütün ailəni tutub sürüyürlər. Bir dəqiqə içində qaçmaları lazımdı. Lut və ailəsinin dağlara qaçmasını əmr edirlər. Amma Lut onlara sonsuz itaət etməyib,hadisəyə etiraz edir,"... dağlara qaça bilmərəm, pislik gəlsin, ölüm, nə olacaq!" Qısa bir müddət sonra mələklər ona yenidən xəbərdarlıq edir. Əgər onlarla getməzsə canından olacağını deyirlər. Sodomda olan bitən nə idi? Tanrının qüdrəti, zamanla bağlı ola bilməzdi hər halda. O halda "mələklər" niyə tələsirdi? Yoxsa şəhər saata bağlı güc sistemiylə ortadan qaldırılacak idi? Arxaya sayma başlamış və mələklər bunu bilirdimi? Niyə nə olursa olsun arxalarına baxmadan dağa qaçmaları istənilirdi? Bunlar lazımsız suallar kimi görsənsədə, Yaponya ya atılan atom bombalarının insanlara verdiyi zərəri, ölümləri, ya da miras qoyduqları xəstəlikləri bilirik. Partlama zamanı bilinirdi və Lut ailəsi kimi qaçıb qurtulması lazım olanlar, qayalar şuaların gücünü azaldacağı üçün dağlara göndərildi. Və hekayənin sonrasını hamı bilir: Lut'un arvadı arxasını dönüb atom şualarına adi gözlə baxdı. Bu haldaki birinin həmin an ölməsi, günümüzdə kimsəni təəccübləndirməz, elə deyil? "Və sonra Sodom və Gomore üzərinə kükürd və alov yağdı..." Günümüzdə yüksək zəkalı yapay insanların çoxaldılması axmaq bir teori olmaqdan çıxdı. Eyniylə Tiahuanaco əfsanələrində sözü gedən Ana'nın, Günəş Qapısı'na uzay maşını ilə gəlib 70 uşaq doğması, din kitablarının "Tanrı insanı öz görüntüsündə yaratdı" deyə yazması kimi. Köhnə din kitablarından bəzilərində, insanın Tanrıların istədiyi görkəmdə yaradılması üçün, bəzi təcrübələr aparıldığı yazırdı. Bilinməyən uzaylı varlıqların dünyamıza gəldiklərini göz önünə gətirən teoremdən davam etsək, bu günkü varlığımızı onlara borclu olduğumuzu deyə bilərik. Əgər dünyamızdan yola çıxan uzay yolcularımız da bir planetə enib ibtidai insanlarla qarşılaşırsa, onlar da birdən birə "tanrı" ya da "tanrının oğlu" olacaq. Bəlkə biz də eyniylə ibtidai insanlarımızdan üstün olan məhşur canlılar kimi, hələ ayaq basmadığımız və xəyalını belə qurmadığımız o planetdəki canlılardan üstün olacağıq. Amma bir də endikləri planetdəkilərin, bizdən çox daha inşa etmiş varlıqlar olduğunu düşünək. O zaman astronotlarımız "tanrı" olaraq deyil,bəlkə də ibtidai varlıqlar olaqar görüləcək. Nə böyük xəyaq qırıqlığı! ERICH VON DANIKEN "Tanrıların arabaları"
  9. Fermi paradoksu

    Elm o qədər sürətlə inkişaf edir ki, artıq biz kosmosda bir çox sirrləri açmışıq. Ulduzlar, planetlər, galaktikalar və s. Hətta başqa planetlərin spektr analizləri ilə həmin planetlərdə hansı elementlərin, molekulların olduğunu belə öyrənə bilirik. Bu kimi araşdırmalar nəticəsində məlum olub ki, kosmosda həyati üzvi maddələr, bizim tanıdığımız həyat üçün yararlı milyonlarla məkan var. Yəni bu tapıntılara görə, bizlər kainatda mövcud olan yeganə canlılar olmalı deyilik. Həyat Yer kürəsindən kənarda da olmalıdır. Lakin bir gün fizik Enriko Fermi ortaya bir paradoks atır. Əgər Yerdən kənar həyat mövcuddursa, başqa planetlərdə yüksək intellektuallıq sivilizaysiyalar mövcuddursa, o zaman nəyə görə biz onların izlərini tapa bilmirik? Bəşəriyyət kainatda yeganə texnoloji inkişaf etmiş canlılardı? Əgər kainatda həyatın yaranması üçün bu qədər böyük şans varsa, bəz biz niyə onlarla kontakta girə bilmirik? Onlar hardadır? Düşünürəm ki, alimlərin kosmosda həyat, intellekt axtarmağı özü başdan yanlış qurulub. Mən heç cürə qəbul edə bilmirəm ki, neyə görə biz Yerdən kənar hər hansı sivilizasiya, intellekt izləri axtarmaq üçün özümüzəbaxmalıyıq? Yəni bizim təkamül yolumuz başqadır. Nəyəgörəbiz başqa ulduz sistemlerindəməhz bizim kimi oxşar təkamül keçirən, bizim düşüncətərzimizdəki kimi intellekt axtarmağa yönəlmişik? Məsələn, Günəşsistemindən kənarda əgər biz həyat axtarmaq istəyiriksə, mütləq canlının DNT-dən təşkil olunması, bizim tanıdığımız elementlərdən təşkil olunmasınıdüşünmək lazım deyil. Vəyaxud intellekt deyəndəbizim düşündüyümüz intellektual davranışlarıortaya atmalıdeyilik. İntellektual olmaq üçün gərək canlıdil çıxarıb danışmalıdır? Yoxsa riyaziyyat dilində1+1=2 yazıb bizəbizim qurduğumuz alqoritmlərləsiqnal göndərməlidir? Hər şeyi bizim qoyduğumuz qanunlarla çözməyəçalışırıq vəcavab tapmayanda ortaya Fermi kimi paradoks qoymuşoluruq. Kosmosda intellektual həyat axtaran zaman daha universal üsullardan istifadəetmək lazım olduğu təqdirdə, oturub ancaq özümüz kəşf etdiyimiz üsullarla araşdırma aparırıq. BəlkədəYerdən kənar intellektual canlıdediyimiz bizim düşündüyümüzdən dəyaxındır. Bəs sizlər Ferminin bu paradoksuna nə cavab verərdiz? Sizcə kainatda həyatın mövcud olması üçün bu qədər çox imkanlar olduğu halda bizlər nəyə görə kainatda intellektual bir sivilizayanın izlərini tapa bilmirik?
  10. Elm festivalındaçıxış edən astronom, professor Lord Martin Ris deyib ki, yerdənkənar həyat ilə ilk kontaktda insanlar yox, robotlar olacaq. Alim qeyd edir ki, qarşıda gələn bir neçə onillikdə ən yüksək intellektə maşınlar (robotlar) sahib olacaq. Məhz kosmosun tədqiqatı ilə məşğul olanlar da robotlar olacaq, insanlar yox. Robotlar orqanika olmadığı üçün kosmos və başqa planetlərdə araşdırma aparmaq problem deyil. Hətta alim qeyd edir ki, əgər biz başqa ulduz sistemlərindən siqnal qəbul etsək, çox böyük ehtimal o siqnallar da hər hansı orqanikaya məxsus bir canlı tərəfindən yox, robotlar tərəfindən ötürülmüş bir siqnal olacaq. Alimin gələcəklə bağlı proqnozları da ürək açan görsənir. "Bu əsrin sonuna kimi artıq bəzi insanlar Yerdən çox uzaqlarda bir yerdə yaşayacaq. Bu post-insan erasının başlanğıcı olacaq və insanlar başqa planetlərə axını başlayacaq. Bu da öz növbəsində insanın yeni növə çevrilməsi, başqa şəraitə genetik adaptasiyası ilə nəticələnəcək. Qaldı ki, süni intellektə. Bu əsrin ən böyük kəşfi süni intellekt sayılacaq. Hansı ki, Yer kürəsinin nəzarətini öz üzərinə götürəcək". Bu arada festivala bax. Bizim ölkədə elm nədi bilmirlər, xaricdə elmlə bağlı festival da keçirirlər.