Search the Community

Showing results for tags 'lazer'.

Found 2 results

  1. Sautqempton Universitetinin tədiqiqatçıları məlumatların saxlanılması və yazılması ilə bağlı yeni texnologiyani təqdim ediblər. Tədqiqatçıların dediklərinə görə yeni texnologiya ilə informasiya 5 ölçülü məkanda saxlanılır. Lazım olan məlumatlarlazer vasitəsi ilə 5D-disklərə yazılır. Təqdim olunan5D-disklər 1000*C temperaturda milyard ildən çox qala bilir. İxtira haqqında universitetin rəsmi saytında da press-reliz hazırlanıb. Elmdə yeni era Məlumatları 5 ölçülü məkana nano-metod vasitəsi ilə köçürülür. Məlumatın saxlanılması üçün disk kimi yüksək temperatura dözümlü materiallardan istifadə edilir. Yazılan hər bir fayl 3 laylı nano-nöqtələrdən təşkil olunub. Hər bir nöqtənin tərəfləri və vəziyyəti 5 ölçülü məkanda qeydə alınır. Sonra isə diskdən keçənişıq həmin nöqtələrdə sınırvə polyarizatora göndərilir. Nəticədə məlumatlar oxunur. Gələcək 5D-diskə 360 TB (terabayt) məlumat yazmaq olur və adi otaq temperaturunda 13 milyard ildən çox məlumat itirilmədən saxlanıla bilər. Professor Petr Kazanskoy deyir ki, bu texnologiya ilə bəşəriyyətin, sivilizasiyanınbütün məlumatlarını kosmosda bizim gələcək nəsillər üçün saxlaya bilərik. Ümumdünya insan hüquqları bəyannaməsi 5D diskin üzərində. Texnologiyanı ilk dəfə 2013-cü ildə təqdim etmişdilər. Lakin o vaxt test mərhələsində idi və cəmi 300kb məlumat saxlayırdı.
  2. Missuri-Kolumbiya Universiteti və Bonn Universitetinin alimləri bitkilər üzərində lazer mikrofonu ilə apardığı tədqiqatların nəticələrinə əsasən, bitkilər ağrı hiss edə bilir. Məsələn, siz otun üstündə oturarkən hiss etdiyiniz o təravət əslində bitkilərin buraxdığı ağrı və təhlükə siqnalıdır. Bitkilər bəzi həşəratlar kimi təhlükə hiss etdikdə molekulyar qazlar buraxır, hansı ki, bu da onların yaxınlığında olan bitkiləri xəbərdar edir. Bu da yaxınlıqda olan bitkilərin qoruyucu mexanizm aktivləşir. Məsələn, bitkidəki qidalı maddələr köklərə doğru hərəkəti sürətlənir və ara sakitləşəndən sonra təzədən geri qaydır və yaxud yeni yarpaq, gövdə üçün istifadə edilir. Həmçinin lazer mikrofonu ilə aparılan eksperimentlər nəticəsində bir çox bitkilərin necə reaksiya verməsi təyin olunub. Məsələn, xiyarı kəsəndə buraxılan qazlar nəticəsində lazer mikrofonu qışqırır. Güllərin yarpaqları qopardılanda lazer mikrofonunda ağlayan effekt yaranır. Ot əziləndə küy yaranan səslər formalaşır. Bu arada vegetarianlara qapaq olsun.