Search the Community

Showing results for tags 'məktub'.

Found 4 results

  1. Məktəblilərin Allaha məktubları

    Əziz AllahMəktəbdə sənin bütün gün nə elədiyini dedilər. Bəs səntətildə olanda işlərini kim görür?Ceyn.Əziz Allah,Mən İncili oxudum. Amma doğmaq nə deməkdir? Heç kimmənə başa salmadı.Elison.Əziz Allah,Sən doğrudan gözəgörünməzsən, yoxsa bu nəsə oyundu?Lusi.Əziz Allah,Düzdür ki, mənim atam evdə pis sözlər işlətsə, cənnətədüşməyəcək?Anita.Əziz Allah,Sən zürafənin həqiqətən belə görünməyin istəyirdin,yoxsa təsadüfən belə alınıb?Norma.Əziz Allah,İnsanların ölməyinə icazə vermək və yenilərini yaratmaq əvəzinə niyə olanları həmişəlik sağ saxlamırsan ki?Ceyn.Əziz Allah,Ölkələrin sərhədlərini qələmlə kim çəkir?Nen. Əziz Allah, Mən toya getmişdim, onlar kilsədə öpüşdülər. Bu normaldı, səncə?Neyl.Əziz Allah,Sən “başqalarının sənə necə davranmağını istəyirsənsə,sən də onlara elə davran” demisən? Demisənsə, gedimqardaşımı düzəltməyə çalışım.Darla.Əziz Allah,Balaca qardaşa görə çox sağ ol, amma mən küçük üçündua eləmişdim.Coys.Əziz Allah,Bütün tətil boyu yağış yağdı və atam çox hirsləndi! Səninhaqqında insanların deməli olmadıqları sözlər dedi, amma mən ümid edirəm ki, sən buna görə onu incitməyəcəksən.Sənin dostun (Amma sənə adımı demək fikrim yoxdur)Əziz Allah,Xahiş edirəm, mənə poni göndər. İndiyə qədər səndən heç nə istəməmişəm, xahişimə baxa bilərsən.Brus. Əziz Allah,Mənə Ələddinin çırağı kimi çıraq göndərsən, sənə istədiyin hər şeyi verərəm. Pullarım və şahmat dəstimdən başqa.Rafael.Əziz Allah,Mən böyüyəndə atama oxşamaq istəyirəm, ammabədənimin hər yerində o qədər tük olmasın.Sem.Əziz Allah,Məncə, stepler sənin ən dahiyanə ixtiralarındandı.Rut.Əziz Allah,Mən dua etmədiyim vaxtlarda da sənin barəndədüşünürəm.Eliot.Əziz Allah,Mərcə gələrəm ki, dünyadakı bütün insanları sevməksənin üçün çox çətindir. Mənim ailəmdə 4 nəfər var vəmən bunu heç vaxt bacarmamışam.Nen.Əziz Allah,Qardaşım mənə doğulmaq haqda danışıb, amma bu, nəsə qulağa xoş gəlmir. Onlar zarafat edirlər, hə?Marşa.Əziz Allah,Bazar günü kilsəyə gələndə mənə baxsan, sənə təzəayaqqabılarımı göstərəcəm.Mikki.Əziz Allah,Mən də İncildəki oğlan kimi 900 il yaşamaq istəyirəm.Kris.Əziz Allah,Mən oxumuşam ki, Tomas Edison işığı kəşf edib. Ammaməktəbdə deyirlər ki, işığı sən yaratmısan. Deyəsən axı o,sənin ideyanı oğurlayıb?!Donna.Əziz Allah,Məncə, heç kim səndən daha yaxşı Allah ola bilməzdi. Bilki, bunu sənə indi Allah olduğun üçün demirəm.Çarlz.Əziz Allah,Mən heç bilməzdim narıncı ilə bənövşəyi bu qədər gözəl görünə bilərlər, ta ki çərşənbə axşamı yaratdığın qürubu görəndən sonra! Çox gözəl idi!Evgeni.
  2. Kəmalüddövlə məktubları

    Kəmalüddövlə məktubları -Mirzə Fətəli Axundovun 1865-ci ildə yazdığı bədii–fəlsəfi traktat.Bu əsər Axundovun yazdığı ən mühüm tənqid tipli publistik işi sayılır. Hind şəhzadəsi Kəmalüddövlə ilə fars şəhzdəsi Cəlalüddövləylə yazışması süjetin əsasını təşkil edir. Burada yazıçı hər cür dini fanatizmi aradan qaldırmaq üçün amansız mübarizəni qarşısına məqsəd qoyur. Odur ki, “Kəmalüddövlə məktubları” bəşəriyyətə xidmət etmək, şərq xalqlarını dini xurafatdan, zalımların əsarət zəncirindən azad etmək üçün zülmə və əsarətə qarşı mübarizə silahına çevrilir. Əsər azərbaycan dilində yazılıb, sonra isə dramaturq onu rus və fars dillinə özü tərcümə etdi. Axundov yaşadığı zaman “məktublar” çap olunmadı, və yalnız 1924 ildə qismən Bakıda «Yeni əlifba komiteti» tərəfindən dərc olundu, tam versiya isə yalnız 1938 ildə «SSRİ elemlər akademiyasının» Baki filialında buraxıldı. Sujet xətti:Kəmalüddövlə ilə Cəlalüddövlə şahzadədirlər. Hər ikisi siyasi təqiblər üzündən Misirə köçməyə məcbur olmuşlar. Kəmalüddövlənin vətəni Hindistanda ingilislər ağalıq edir, onlar Kəmalüddövlənin atası Övrəng Zibi hakimiyyət başından götürüb məmləkətə sahib olmuşlar. Cəlalüddövlə isə vətəni İranda despotun özbaşınalığına və zülmünə dözə bilməyib Misirə köçmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, hər iki şahzadə ölkələrində hökm sürən vəziyyətlə barışa bilmir, vətənlərinin geridə qalmasına acıyır və düçar olduqları fəlakətdən xilas olmaq üçün yollar axtarır. Kəmalüddövlə səyahətə çıxır, əvvəl Amerika, sonra Avropa ölkələrini gəzir. Onun bu səyahəti adicə seyr etmək və ya əylənmək məqsədi daşımır, öz ölkəsinin və xalqının, eləcə də Şərq xalqlarının geridə qalması səbəblərini öyrənmək, tərəqqi etmiş ölkələrin ictimai-siyasi quruluşu ilə tanış olmaq, bir sözlə, onların irəliləməsinin əsas şərtlərini araşdırmaq üçündür. Bu müdrik səyyah Qərb ölkə-ərini gəzdikdən sonra dostu Cəlalüddövlənin xahişi ilə onun vətəni İrana gedir. Kəmalüddövlə İranın pərişan halını görüb kədərlənir, Amerika və Avropa ölkələrinin abadlığını və əhalisinin sərbəst yaşayışını Şərq ölkələrindəki vəziyyətlə müqayisə etdikdə dəhşətə gəlir. Dəhşət bir də ona görədir ki, bu ölkələrin əhalisi və onların dünyadan xəbərsiz başçıları düçar olduqları vəziyyətin ağırlığını dərk etmir, ona görə də xalq hər cür zülmə, rəzalətə dözür, “nəşəyi-azadiyyətdən və hüquqi-insaniyyətdən” xəbərsiz yaşayır. / qanun.az / anl.az "Baxırsan, küçədə, bazarda başına, döşünə döyə-döyə gəzir, “şaxsey-vaxsey” naləsini ərşə qaldırırlar. Soruşursan ki, axı, nə var, nə xəbərdir? Cavab verir ki, niyə min iki yüz il bundan irəli beş-on ərəb, beş-on ərəbi Kufə çölündə qırıbdır?" Mirzə Fətəli Axundov - Kəmalüddövlə məktubları
  3. 6 yaşlı qızın Allaha məktubu

    6 yaşlı finlandiyalı qızcığaz Helqa Hiltunen Milad bayramı ərəfəsində Allaha məktub yazaraq ondan 100 mark pul istədi. Finlandiya qanunlarına görə düzgün ünvan göstərilməyən məktubları prezidentin oxuma hüququ var. Məktubu oxuyan Prezident Urxo Koleva Kekkonen (1958-1982) qızın arzusunu yerinə yetirmək qərarına gəldi, lakin bu yaşda bir qıza 50 markın da bəs edəcəyini düşünərək yalnız bu qədər pul göndərdi. Məktuba cavab olaraq pulu isə qızın ünvanına şəxsən przidentin maşını gətirdi. Çox keçmədi ki, Helqadan yenə məktub daxil oldu. Bu dəfə qızcığaz Allaha şikayət edirdi. Helqa bildirirdi ki, prezident vasitəsilə artıq pul yollamasın, çünki prezidentin pulun yarısını özünə götürür.
  4. Rus klassik ədibi Anton Pavloviç Çexovun doğma qardaşı, istedadlı rəssam Nikolay Çexov zəif xarakterli bir insan idi, sərxoşluğa qurşanmaqla özünü məhv edirdi. Anton onun zəif cəhətlərini bilir, ona görə həmişə narahat olur, qardaşının öz istedadına sayğısız münasibəti onu sarsıdırdı. “Güclü rus istedadı məhv olmaqdadır, heç nədən məhv olmaqdadır” – bu nida həm Antonun öz qardaşının aqibəti ilə bağlı, həm də bir istedadın məhvi ilə öz xalqının itkisindən yaranan kədərini əks etdirir. Çexovun qardaşına məktubu çox təsirli və ibrətamizdir. İstedadını öz əli ilə məhv edən, “məni başa düşmürlər” deyib canına qəsd edən, bunula həm özünə, həm onu özünə yaxın bilənlərə yamanlıq edən adamlar üçün xüsusən vacib nəsihətdir. ________________________________________ Moskva, 1886. ... Tez-tez şikayət edirsən ki, səni “başa düşmürlər!”. Unutma, hətta Göte və Nyuton kimi dahilər ağır həyata rəğmən heç vaxt şikayətçi olmayıblar. Şikayətçi bir tək Məsih idi, o da, öz “mən”indən deyil, təliminin diqqətdən kənar qalmasından... Səni yaxşı başa düşürlər... Əgər sən özün özünü başa düşmürsənsə, bu, başqalarının günahı deyil... İnan ki, doğma qardaşın və yaxın adamın olaraq səni çox yaxşı başa düşürəm, bütün qəlbimlə halına acıyıram... Sənin bütün yaxşı cəhətlərini beş barmağım kimi bilirəm, onlara yüksək dəyər verirəm, dərin hörmətlə yanaşıram. İstəsən, yaxşı cəhətlərini bir-bir sadalayıb səni başa düşdüyümü isbat edərəm. Məncə, sən çox xeyirxahsan, geniş ürəklisən, eqoist deyilsən, son qəpiyini də bölüşməyə hazırsan, səmimisən; paxıllıq və nifrət sənə yaddır, qəlbin safdır, insanlara və heyvanlara qarşı rəhmdilsən, acıdil deyilsən, ürəyində kin saxlamırsan, insanlara inanırsan... Bunlardan əlavə, sənin çoxlarında olmayan istedadın var. Bu istedad səni ətrafında olan minlərlə insandan yüksəyə qaldırır, çünki böyük rəssam istedadı iki milyon insandan yalnız birinə qismət olur... İstedad insanı yüksək mənsəb sahibi edir: pis adam da olsan, yenə hörmət edəcəklər, çünki insanlar istedada görə çox şeyi bağışlayırlar. Sənin yalnız bir qüsurun var. Məhz bu qüsur sənin yanlış tərzinin, kədərinin və səni bürümüş xoranın kökündə dayanır. Bu, sənin tərbiyəsizliyindir. Başğıla, lütfən, amma bunu deməyə məcburam. Veritas magis amicitiae [həqiqət dostluqdan daha yüksəkdir]... Məsələ ondadır ki, həyatın öz şərtləri var... İntelligentlər mühitində öz layiqli yerini tutmaq, onlar arasında özünü yad hiss etməmək, onun ağırlığından əzilməmək üçün gərək məlum qədəri ilə tərbiyəli olasan... İstedad səni bu mühitə salıb, sən bu mühitə məxsussan, amma... bu mühit səni əzir, çünki mədəni publika və öz məşum tərzin, öz çevrən arasında balans yaratmaq lazım gəlir... Bu, çox çətindir, son dərəcə çətindir. Tərbiyəli insanlar, mənim fikrimcə, aşağıdakı məziyyətlərə sahibdilər: 1) Onlar insan şəxsiyyətinə sayğı ilə yanaşırlar, buna görə həmişə mərhəmətli, mülayim, nəzakətlidilər, güzəşt etməyi bacarırlar... Çəkici qoyduqları yerdə tapmayanda və ya rezin qaytan itəndə onlar hədəqədən çıxmırlar; birgə yaşadıqları adamlara buna görə minnət qoymurlar, ayrılıb getdikdə isə, “sizinlə yaşamaq olmur!” demirlər. Onlar səs-küyə də, narahatlığa da, qazanın dibinin yanmasına da, xörəyin dadsızlığına da, evə xoşlmadıqları qonaqların gəlişinə də dözümlü ola bilirlər... 2) Onlar təkcə səfillərə və pişiklərə qarşı mərhəmətli deyillər. Adi gözlə nəzərə çarpmayan çox şeylər var ki, onların qəlbini dağlayır... 3) Onlar özgəsinin mülkiyyətinə ehtiramla yanaşırlar, buna görə də borclarını vaxtında ödəməyə çalışırlar. 4) Onlar səmimidilər, riyakarlıqdan uzaq olmağa çalışırlar. Əhəmiyyətsiz söhbətlərdə belə yalan danışmağı özlərinə rəva bilmirlər. Onların fikrincə, yalan danışmaq dinləyiciyə hörmətsizlikdir, bununla dinləyicinin gözündən düşə bilərsən. Onlar əzilib-büzülmürlər, evdə necə isə, küçədə də özlərini elə aparırlar, özlərini gözə soxmağa çalışmırlar... Onlar çərənçi deyillər, yeri gəlmədən danışmırlar, burunlarını hara gəldi soxmurlar... Qulaq dəng etmək onlara xas olmayan məziyyətdir. 5) Onlar özlərinə qarşı şəfqət və yardım hissi oyatmaq üçün canlarına qəsd etmirlər. Onlar kiminsə qəlbinin həssas tellərinə toxunub, əvəzində qaygı və himayə gözləmirlər. Onlar “məni başa düşmürlər!” kəlməsini dilə gətirmirlər... 6) Onlar fani deyillər. Onların məhşurlarla tanışlıqdan, dəbdəbəli salonlara sakin olmaqdan fərəhlənmək ehtiyacı yoxdur. 7) Özlərində istedad duyurlarsa, ona mütləq ehtiramla yanaşırlar. İstedada həyat vermək naminə dinclikdən, qadınlardan, içkidən, fanilikdən imtina etməy hazırdılar... 8) Onlar özlərini estetik tərbiyə edirlər. Onlar paltarlı yatmazlar, otaqda taxtabitilərin məskən salmasına yol verməzlər, üfunətli hava ilə nəfəs almazlar, nimdaş döşəməyə ayaq basmazlar, kerosin sobada bişmiş xörəkdən yeməzlər... Onlar cinsi instinkti mümkün qədər ram etməyə və nəcibləşdirməyə çalışırlar... Onlar mətbəxdən ötrü sinov getmirlər... Onlar qadına şəhvət oyuncağı və ya əl buyruqçusu kimi baxmırlar... Hiylə-kələklə tora salmağa çalışan, yalançılıqdan usanmayan qadınlardan uzaq gəzirlər... Onlar, xüsusən rəssamlar təravətə, zərifliyə, insaniyyətə möhtacdılar... Onlar ayaqüstü araq içməzlər, dolablarda qoxu axtarmazlar, çünki donuz olmadıqlarını fərq edirlər... İçirlər, fəqət sərbəst olanda, yeri düşəndə... Çünki bilirlər: mens sana in corpore sano [sağlam bədəndə sağlam ruh olar]... Bəli, tərbiyəli adamlar belədir... Özünü tərbiyə etmək və düşdüyün mühitdə səviyyəni saxlamaq üçün yalnız Pikviki oxumaq və Faustdan monoloq əzbərləmək yetərli deyil. Faytona oturub Yakimankaya bir həftəlik səfərə çıxmaq yetərli deyil... Bunun üçün gecə-gündüz çalışmaq, daim oxumaq, dərin biliklər qazanmaq, iradəli olmaq lazımdır... Hər saatının qədrini bilməlisən... Səni məhv edən hər şeyə tüpürməyi bacarmalısan... Sındır araq şüşələrini, otur oxu... Heç olmasa Turgenevi oxu. Tərcümə: Ruslan Köçərli / kultura.az