Search the Community

Showing results for tags 'narkotik'.

Found 4 results

  1. Rəssam və illustrator Brain Pollett ayrı-ayrı narkotik təsirli maddələrin təsirini təsvir etmək üçün 20 gün onlardan istifadə edir və yaşadıqlarını qələmə alır. Gün 1 - Butylone Gün 2 - G.H.B Gün 3- Codeine Gün 4 - T.H.C Gün 5 - Alcohol Gün 6 - Nitrous Gün 7 - Cocaine Gün 8 -Psilocybin Gün 9 -4-HO-MIPT Gün 10 -Poppers Gün 11 - DMT Gün 12 -Ether Gün 13 -25I Gün 14 - MXE Gün 15 -MDMA Gün 16 -Amphetamine Gün 17 -Mescaline Gün 18 -Ketamine Gün 19 - LSD Gün 20 - Sevgi Mənbə:psybry.net
  2. Seks və narkotik Böyük Britaniya iqtisadiyyatına 17 mliyard dollara yaxın xeyir gətirir. Bu barədə Böyük Britaniyanın Milli Statistika Agentliyi açıqlama verib. Açıqlamaya görə, qeyri qanuni seks xidməti və narkotik satışı ölkə iqtisadiyyatına 10 mlrd. funt sterlinq (16,7 mlrd. dollar) xeyir gətirir. Böyük Britaniyada hökumət fahişəliklə məşğul olmağa icazə verib. Lakin seks xidməti ilə bağlı reklamın aparılmasını və ictimai evlərdə seks xidməti göstərilməsini qadaağan edib. Britaniyalı ekspertlər deyir ki, ictimai evlərdə göstərilən seks xidməti 67 funt sterlinq (88 AZN) təşkil edir. Ölkədə isə 60 mindən çox qadın fahişəliklə məşğul olur, 2,2 milyon insan isə narkotik vasitədən istifadə edir. Bütün bunlar isə Britaniya iqtisadiyyatına 16,7 mlrd. dollar xeyir verir.
  3. Kulinar çeşidlənməyə məruz qalan bir çox məhsullar özündə çoxlu karbohidrat və yağlar cəmləyir. Bunlara misal olaraq, şokalad, kartofil fri, pizzanı misal göstərmək olar. Bu kimi qidalar insanda qida asılılığı yarada bilər. Amerikan tədqiqatçılarının bu açıqlaması, elmi jurnal olan PLOS ONE jurnalınd dərc edilib. Miçiqan Universitetinin alimlərinin 504 nəfər üzərində apardığı eksperimentdən sonra məlum oldu ki, şokalad orqanizmə narkotik kimi təsir edir və narkotik asılılıq kimi, şokalad asılılığı yarada bilir. Birinci mərhələdə iştirakçılara 35 növ qida və yeməklər verirlər. Onlardan daha çox hansı qida xoşlarına gəldiyini və təkrar yemək istədiyini qeyd etmələri xahiş olunur. Sonra isə tədqiqatçılar, iştirakçılar tərəfindən daha çox diqqəti çəkən qidaların tərkibini analiz ediblər. Məlum olub ki, hansı qidada yağ və qlukoza daha çox olubsa, həmçinin stola qoyulmamışdan qabaq yemək üzərində nə qədər çox işlənibsə, iştirakçılar tərəfindən həmin qidalar daha çox seçilib. Tədqiqatçıların dediyinə görə, un, yağ, şəkər orqanizmdə narkotik asılı olan insanın bədənindəki mexanizmi işə salır. Nəticədə, insan bu kim qidalardan asılı olur və tədricən bu qidalardan daha çox istifadə kökəlməyə gətirib çıxardır. Lakin əvvələr buna eksperimetanl sübut yox idi. Alimlərin gəldiyi nəticəyə əsasən, kökəlmə fenominən baxışı dəyişmək zamanı gəlib. Bu fenomeni aradan qaldırmaq üçün bəzi qidaları rasiondan çıxarmaq kifayət edir. Bundan əlavə, siqaretdən və akoqolizmdən asılılıq zamanı istifadə edilən metodlardan istifadə etmək zəruriliyi yaranır. Beynəlxalq Səhiyyə Təşkilatının statistikasına əsasən, dünya əhalisinin 1/5-i köklükdən əziyyət çəkir və hər il 100milyon insan köklük səbəbindən həyatını itirir. Dünyada ən çox kök insanlar Meksika (32.8%) və ABŞ-da (31.8) yaşayır. ABŞ tədqiqatçılarının başqa araşdırmalarına görə, acı bibər (istiot) köklükdə mübarizədə istifadə edilə bilər. Acı bibərin tərkibində olan kapsaisin maddəsi ağ yağı boz yağa çevirir.
  4. Stiv Cobs LSD qəbulunu həyatında baş vermiş 3 ən vacib hadisədən biri hesab edir və onun düşüncələrinin formalaşmasında böyük rol oynadığını qeyd edib. O həmçinin Bill Qeytsin təsəvvür qabiliyyətinin azlığını LSD qəbul etməməsi ilə tənqid edib. Həmçinin qeyd edib ki, əgər Bill LSD qəbul etsəydi və fantaziyalarını genişləndirə, düşüncə sərhədlərini aşa bilərdi, onda başqalarının ideyalarını oğurlamazdı. Lakin Bill Qeyts 25 yaşında marixuana, LSD-dən istifadə edib. Digər dahi şəxslərdən fərqli olaraq, bunu çox gec etiraf edib. Karl Saqan öz kosmoloji təsəvvürlərini, xəyalındakı kosmik səyahətləri LSD və marixuana təsiri altında edib. Saqan hətta marixuana ilə bağlı esse de yazıb, marixuanın təsəvvür və intellekti artırdığının tərəfdarlarından biri olub və ömrünün sonuna kimi çəkəni olub. DNT-ni kəşf edən Frensis Krik sprial formasında olan DNT təsəvvürlərini LSD qəbulu ilə formalaşdırdığını etiraf edib. Frensis həmçinin Kembric Akademiyasında öz alim dostları ilə LSD-ni "düşüncə aləti" kimi istifadə edirdilər. Bir növ qəbul edib, daha dərindən düşünmək, təsəvvür etmək, yeni kəşflər, mövzuları daha dərindən və vizual təsvir etmək üçün.