Search the Community

Showing results for tags 'qida'.

Found 7 results

  1. Taylanda gedərkən, bazarda müxtəlif cür həşərat, heyvan ətlərinə rast gələ bilərsiniz. Taylandlılar üçün bunlar hər gün istifadə etdiyi və normal qəbul etdiyi qidalardır. Lakin dünyanın əksər ölkələrində bu kimi qidalar yeyilmədiyi üçün delikates kimi baxılır və çoxlarında ikrah hissi oyadır. Siz Tayland bazarında müxtəlif qurudulmuş həşərat, qurdlardan tutmuş, kərtənkələ, siçan, ilan, qurbağa, yarasa, əqrəb və s. tapa bilərsiniz. Bütün bunlar bir daha onu sübut edir ki, bu kimi qidalar yeməyə yararlıdır və insan bu kimi qidalar yesə zəhərlənməz.
  2. İlk vegeterianlar misirlilər olub

    Qədim misirlilərin nə yeyib, nə içmələri hər zaman alimlərin diqqətini çəkib. Misirdə iri və xırda buynuzlu heyvanların və Nildə balıqların çox olmasına baxmayaraq, sən demə, misirlilər daha çox meyvə-tərəvəz və bitki kökləri ilə qidalanırmışlar. Son tədqiqatlar göstərir ki, ilk vegetarianlar zövq baxımından indiki vegeterianlardan elə də çox fərqlənməmişlər. Misirşunaslar artıq çoxdan sübut etmişlər ki, qədim misirlilər ətdən çox az miqdarda istifadə ediblər. Onlar ət çatışmamazlığını antilop və digər heyvanların əhliləşdirilməsi ilə kompensasiya edirlərmiş. Qədim yazıların heç birində misirlilərin donuz, keçi, qoyun əti yeməsi haqda məlumata rast gəlinmir. Halbuki, hələ ta qədimdən Yuxarı Misirdə bu ev heyvanlarını sürü ilə saxlayırdılar. Sadə misirlilərin ancaq bayram süfrələrində ət yeməklərinə rast gəlmək olurdu. Ümumilikdə belə bir nəticə hasil olur ki, misirlilər meyvə-tərəvəzə daha üstünlük vermişlər. Lionlu Aleksandra Tuzo və Kristof Lekyüiranın rəhbərlik etdiyi fransız tədqiqatçıları qədim misirlilərin daha çox nələrlə qidalandiqlarını müəyyənləşdirmək üçün mumiyalar üzərində tədqiqatlar aparmışlar. Bu işdə tədqiqatçılara insanları qida ilə qəbul etdiyi karbon atomlarının tədqiqi kömək etmişdir. Təbiətdə bu elemetin 2 tipinə rast gəlinir: daha ağır və nadir C-13 və daha yüngül C-12. Bununla belə, bitkinin fotosintezində C-13 ya çox olur, ya da ki, əksinə, C -12 çox olur. C-13-ə qarğıdalı, şəkər çuğunduru, darı və s. çox karbon qəbul edən bitkilər daxildir... C-12-ə isə buğda, çovdar, taxıl,düyü və s. az karbon qəbul edən bitkilər daxildir... Tədqiqatlar zamanı məlum olub ki, qədim misirlilərin qida rasionundakı bitkilər arasında ən az darı və kalış (darıya oxşar dənli bitkilər) bitkilərindən istifadə olunub. Qədim misirlilər heç də nahaq yerə tərəvəzi “renput” – “ilin ərzaqı” adlandırmırdılar. Kahı və salatı isə qədim misirlilər “Mina İlahəsinin bitkisi” adlandırırdılar və bütün kahı sahələrinin qarşısında İlahə Minanın heykəlləri ucaldılırdı. Qədim misirlilərə görə, kahı kişilərdə və qadınlarda nəsil vermə qabiliyyətini artırır. Tədqiqatlar göstərmişdir ki, qədim Misirdə kahıdan daha çox xristianlığı təbliğ edən misirlilər istifadə edirlərmiş və o zamanlar kahı çiy halda bitki yağı və duz əlavə edilərək qəbul edilirmiş. Alimlər üçün misirlilərin balığı sevməməsi çox gözlənilməz olmuşdur. Çünki, əlində nizə və tor tutmuş balıqçı kişi təsvir edilmiş freskalar və heykəllər qədim Misirdə heç də az olmamışdır. Tarixdən məlum olduğu kimi, qədim Misirdə neçə yüzilliklər menyüyə balıq yeməkləri daxil edilməmişdir. Balıq yeməklərini ancaq bəzi şəhər və vilayətlərdə xristianlığı təbliğ misirlilər yeyirdilər. Qədim Misirdə vegetarianlıq ənənəsi bir neçə yüzilliklər dəyişməz olaraq qalmışdır. (azens.az)
  3. Artıq gündə 3 dəfə yemək kimi bir problemimiz yoxdur. İnsanın ehtiyac duyduğu bütün qidalar bir həbdə toplanıb. İllər boyunca elmi-fantastik filmlərdə gördüyümüz bu məsələ niyə hələ də reallaşmır? Yemək yerinə dərman düşüncəsinin kökləri elmi-fantastik yazıçılardan da öncə 19-cu əsrin feminist hərəkatında ortaya çıxmışdı. 1893 Chicago dünya sərgisinə hazırlıq olaraq Amerika Mətbuat Dərnəyi fərqli mövzularda çalışan yazıçılardan 1993-də dünyanın necə ola biləcəyinə dair proqnozlarını yazmaqlarını istəmişdi. Bu yazılar ölkə daxilində müxtəlif yerli qəzetlərdə nəşr olundu. Amerika qadın hüquqları müdafiəçisi Mary Elizabeth Lease’ə görə 1993-də insanlar artıq sintetik qida maddələri ilə qidalanacaq, beləliklə qadınlar mətbəxdən qurtulmuş olacaq. Qarğıdalının, buğdanın, meyvələrin özü toplanacaq, Təbiət Ananın məhsuldar bağrından qopan və kiçik bir qabda toplanan bu qida özləri insana günlərlə çatacaq, beləliklə yemək bişirmə dərdi sona çatacaqdı. Artıq gündə 3 dəfə yemək kimi bir problemimiz yoxdur. İnsanın ehtiyac duyduğu bütün qidalar bir həbdə toplanıb. İllər boyunca elmi-fantastik filmlərdə gördüyümüz bu məsələ niyə hələ də reallaşmır? Yemək yerinə dərman düşüncəsinin kökləri elmi-fantastik yazıçılardan da öncə 19-cu əsrin feminist hərəkatında ortaya çıxmışdı. 1893 Chicago dünya sərgisinə hazırlıq olaraq Amerika Mətbuat Dərnəyi fərqli mövzularda çalışan yazıçılardan 1993-də dünyanın necə ola biləcəyinə dair proqnozlarını yazmaqlarını istəmişdi. Bu yazılar ölkə daxilində müxtəlif yerli qəzetlərdə nəşr olundu. Amerika qadın hüquqları müdafiəçisi Mary Elizabeth Lease’ə görə 1993-də insanlar artıq sintetik qida maddələri ilə qidalanacaq, beləliklə qadınlar mətbəxdən qurtulmuş olacaq. Qarğıdalının, buğdanın, meyvələrin özü toplanacaq, Təbiət Ananın məhsuldar bağrından qopan və kiçik bir qabda toplanan bu qida özləri insana günlərlə çatacaq, beləliklə yemək bişirmə dərdi sona çatacaqdı. Anti-feminist roman yazıçıları bu proqnozu satira obyektinə çevirdilər. Sosial mühafizəkar Anna Dodd’un qələmə aldığı 1887-ci il nəşri olan Gələcəyin Cümhuriyyəti adlı kitabda da, qadınların zamanının çoxunu mətbəxtə keçirməməsi fikrinə lağ edilirdi. Həb fikri güclənir 20-ci əsrdə, dünyada istehsal edilən qida maddələrinin dünya əhalisinin kəskin artımı üçün yetərli olmayacağı narahatlığı da artırdı. 20-ci əsrin 20-30-cu illərində yemək yerinə həb fikrinə yarı zarafat, yarı ciddi, qaçınılmaz bir inkişaf olaraq mediada işlənməyə başlamışdı. Müharibə görmüş, elm və texnologiyanın dünyanı yıxan, amma eyni zamanda yenidən inşa edən gücünə şahid olmuş insanlar üçün bunlar ağlabatan fikirlərdi; insan artıq böyük sənaye çarxında kiçik bir diş halına gəlmişdi. 1933 Chicago Dünya Sərgisində bu fikir məşhurluq qazanmışdı. Sərginin şüarı bu idi: "Elm tapar, sənaye tətbiq edər, İnsan da uyğunlaşar." İnsan, yemək yerinə həb fikri də daxil günün böyük inkişafına boyun əyməli idi. Yemək, ruhu qidalandıran və zövq verən bir şey deyil, həyatın davamını təmin etmək üçün lazımlı olan birmaddədir. Elmi-fantastikanın sevdiyi növdən teknokrat və hərəkətsizlik(disfunksiya) yanaşmasıydı bu. 2006-ci il tarixli “Gələcəyin yeməkləri” başlıqlı kitabında Warren Belasco bunu yazırdı: "Bir çox adam yemək yerinə həblərdən istifadə etməyəcəyinə dair and içsə də gələcək nəsillərin, elm nə gətirsə ona razı olacaqlarına inanır: həb, yosun və ya digər ürküdücü şeylər ... Kosmos yarışı və Soyuq Müharibənin təsiri Lakin bu boyun əyən tutum 1960-cı illərdə aradan qalxdı və yerini kosmos yarışının gətirdiyi həyəcanın məhsulu olan texniki-ütopyacılığa verdi. Bu dövrdə yeməyin yerini alan həblər, məhsuldarlıq və insanın təbiət üzərindəki qələbəsinin ifadəsi olaraq atılması lazım olan ən məntiqli addım idi. Astronavtların kosmik kapsulada yediyi növdən qablaşdırılmış qida maddələri yer üzündə də məşhur hala gəldi. Beləcə toz halında həblər yenidən müzakirə oldu. Ayrıca Soyuq müharibənin yaratdığı qorxulardan biri də qida maddələrinin etibarlı bir şəkildə tedarükünün davamının necə olacağı idi. Bu qorxu, gələcəkdə qidaların alacağı forma problemini yenidən gündəmə gətirdi. Dünya qida böhranına cavab olaraq 1960-cı illərdə "hər cibə bir qida həbi" vəd edirdi. Kalori Problemi Gələcəyə istiqamətlənmiş bir çox fikirlər kimi bu fikrin də axmaqca görülməsi çox uzun sürmədi. Yemək yerinə həbin mümkün olmadığı qənaətinə gəldilər. Hərbi proqramlarda qida ehtiyacını ən aza endirən, aclığı aradan qaldıran həblər kimi fikirlərin mümkün olub olmadığına baxıldı. Nəticələr, üç dəfə yemək fikrinin uzun müddət daha var olmağa davam edəcəyini göstərirdi. Bəlkə də bunu həmişə bilirdik. 1936-cı ildə Jefferson City Post Tribune qəzetində bir məqalə yazan Colombia Universitetindən Dr Milton A Bridges belə deyirdi: "İnsanoğlu heç bir zaman yemək yerinə həblə kifayətlənməyəcəkdir ... həbin yetərli kalori verməsi mümkün deyil. Lazımlı vitamin və mineralları həblərdən ala bilərsiniz; amma kalori almaq üçün yemək xaricində başqa bir yol yoxdur. Mənbə: BBC
  4. Ömrü uzadan qidalar

    Harvard Universitetinin alimləri müntəzəm qəbul edildikdə, insan ömrünü uzadan ərzaqların siyahısını hazırlayıb. Bu araşdırmalarda 30 min insan iştirak edib. Ekspertlər iddia edirlər ki, bu siyahıdakı qidalardan düzgün şəkildə istifadə edərək ömrü 5 il uzatmaq mümkündür. Sağlam həyat tərzi bizə cavan qalaraq uzunömürlü olmağın birinci şərtidir. Artıq cavan qalaraq uzunömürlü olmaq xəyal deyil. Daha sağlam olmaq və uzun illər sağlamlığınızı qorumaq öz əlinizdədir. Bunun üçün nə yediyinizə və içdiyinizə diqqət etməlisniz. 1. Birinci yerə alimlər meyvə və tərəvəzləri layiq biliblər. Ancaq alimlər tərəvəzlərin rəngbərəng olmasını xüsusi vurğulayırlar. Tərəvəzlər maddələr mübadiləsinin normal getməsinə və arıqlamağa kömək edir. Hətta gündə 3 porsiya tərəvəz yemək infarkt riskini 42 faiz azaldır. 2. Siyahının ikinci yerində tərkibində katexin olan yaşıl çay qərarlaşıb. Bu üzvi maddələr həzm sistemində xərçəng əmələgəlmə təhlükəsini 20 faiz azaldır. Alimlər qeyd edirlər ki, profilaktika üçün gündə 1 fincan yaşıl çay içmək kifayət edir. 3. Siyahıda 3-cü yerdə sitrus bitkiləri - portağal, limon, qreypfrut dayanır. Bu meyvələr qanda xolesterini aşağı salmağa kömək edir. 4. Daha sonra siyahıda düyü, küncüt, yulaf, paxla, yer kökü, badımcan, şirin bibər, püstə və çay kimi qida maddələri yer alıb. 5. Alimlər bildirirlər ki, insan ömrünü uzadan ən təsirli içki qəhvədir. Gündə 1 fincan qəhvə ömrü təxminən 2 ilə qədər uzadır. Ancaq unutmayın ki, qəhvəni çox içmək olmaz. Əks təqdirdə ömrünüzü uzatmaq yerinə qısalda bilərsiniz. (tabloid.az)
  5. Tarantul bir qida kimi

    Keçən dəfə rusların 5-ci gün kanalında baxmışdım. Deməli, rus jurnalist Tayland kəndlərindən birinə səyahət edir. Orda yerli əhali hər gün sahələrdə yeri qazaraq tarantul çıxarır ki, yeməyə bir şeyləri olsun. Kənd əhalisinin gündəlik zülali qidasıdır. Amma onlar tarantul yeməyə 1950-ci illərdan başlayıblar. 50-ci illərə kimi tarantul onlara da iyrənc və yeyilməsi qeyri-mümkün olan bir şey hesab edilib. Lakin o vaxtlar orda əsir düşərgəsi olub və əsirlərə ancaq düyü verilirdi. Bu isə zülala olan ehtiyacı ödəmir. Nəticədə ac qalan insanlar nə gəldi yeməyə başlayıblar. Hakimiyyət dəyişəndən sonra sağ qalanlar üçün tarantullar gündəlik istifadə edilən qidaya çevrilir. İndi uşaqdan tutmuş böyüklərinə kimi günədlik qida rasionunun əvəzedilməz bir hissəsinə çevrilib.
  6. Xaş haqqında

    Xaricilər üçün xaş delikates sayılır. Yeyə bilmədikləri və yerli mətbəxlərində rast gəlmədiyi iyrənc bir yemək hesab edirlər. Qafqaz xalqları üçün isə xaş milli mətbəx hesab edilir və sevərək yeyilir.
  7. Kabab bişirməyin ən asan üsulu

    Bayram günlərində, əlamətdar hadisələri qeyd etdiyimiz zaman süfrəmizdə nə olmasa da, kababın olması bizim üçün əsas şərtlərdəndir. Bu yeməyin dadından əlavə onun bişirilməsi də eyni dərəcədə zövq aldığımız məşğuliyyətdir. Amma bəzi hallarda yaşadığımız şərait (xüsusən də əgər bina evində yaşayırsınızsa) bizi kabab çəkmə zövqündən məhrum edir. Buna görə də indi sizə ətraf mühitə heç bir mənfi təsir göstərmədən, qonşuları narahat etmədən evdə hazırlaya biləcəyimiz kabab resepti- qazan kababının hazırlanma üsulu haqqında məlumat verəcəyik. Qazan kababını hazırlamaq üçün bizə lazımdır: 1,5 kq. ət 100-150 qr. quyruq 1 kq. soğan 1 çay qaşığı duz 1 çimdik acı istiot 2 çay qaşığı zirə 1 dəstə keşniş 1dəstə şüyüd Yeməyimizi hazırlamağa əti tikə-tikə doğramaqla başlayırıq. Doğrayıb qurtardıqdan sonra ona ağız dadımıza uyğun olaraq duz, istiot, zirə vururuq. Başqa bir qabda isə soğanı təmizləyib halqa və yaxud yarımhalqa formasında doğrayırıq. Göyərtini yuyub xırda-xırda doğrayırıq. Quyruğu ət kimi xırda formada doğrayıb əvvəlcədən qızdırdığımız qazanın dibinə düzürük. Bunun üzərinə əvvəldən hazırladığımız ət tikələrinin bir hissəsini, daha sonra soğanı və göyərtini səpirik. Sonra yenə ət döşəyir, hazırladığımız ərzaqlar bitənə qədər layları təkrarlayırıq. Üzərinə isə acı istiot səpir və ya bir balaca qırmızı acı istiot qoyuruq. Yeməyin yaxşı bişməsi üçün onu orta istilik dərəcəsində qazın üzərinə qoyur, bişməsi üçün qazanın üstünə qapaq, yaxud dəmir ləyəni kip qoyuruq. Bundan sonra etməli olduğunuz əsas iş ətin yağa düşəcəyi məqamı gözləməkdir. Ət yağa düşüb qızarmağa başlayanda xüsusi səs çıxarır. Bu səsi eşitdiyiniz zaman qazanın qapağını açın, yeməyi az qarışdırıb qapağını örtüb daha 5-10 dəqiqə bişirin. Beləliklə, yeməyimiz süfrəyə servis edilmək üçün hazırdır. Zövqünüzə uyğun olaraq qazan kababını süfrəyə verdiyiniz zaman üzərinə nar dənələri səpə bilərsiniz. / kishi.az