Search the Community

Showing results for tags 'rəssam'.

Found 4 results

  1. Rəssam və illustrator Brain Pollett ayrı-ayrı narkotik təsirli maddələrin təsirini təsvir etmək üçün 20 gün onlardan istifadə edir və yaşadıqlarını qələmə alır. Gün 1 - Butylone Gün 2 - G.H.B Gün 3- Codeine Gün 4 - T.H.C Gün 5 - Alcohol Gün 6 - Nitrous Gün 7 - Cocaine Gün 8 -Psilocybin Gün 9 -4-HO-MIPT Gün 10 -Poppers Gün 11 - DMT Gün 12 -Ether Gün 13 -25I Gün 14 - MXE Gün 15 -MDMA Gün 16 -Amphetamine Gün 17 -Mescaline Gün 18 -Ketamine Gün 19 - LSD Gün 20 - Sevgi Mənbə:psybry.net
  2. 16 yaşında ikən gələcək rəssam məktəbi atır. Rəssamlıqla əvvəl-əvvəl yalnız hobbi kimi məşğul olanCek məşhurluğu 1989-cu ildə Şotlandiya kral akademiyasında təşkil etdiyi şəxsi sərgisindən sonra əldə edir.Bundan sonra əsərləri uğurla Nyu-Yorkda, Londonda, Honk-Konqda, Edinburqda nümayiş etdirilir.Cek Vettriano həmçinin illüstrator kimi də məşhurdur.Rəssam özü üçün qeyri-adi stil seçib - onu fiqurativizm adlandırırlar. Açıq rənglər, dəqiq ölçüb-biçilmiş bədən, cazibədar, gözəl qadınlar, ədəbsiz kişilər, külək, ehtiras... Bu retro-estetika şübhəsiz, rəsm həvəskarlarını cəlb edir...Vettrianonu İsveç əfsanəsi edən, ən məşhur əsəri.Cütün rəqsini davam etdirməsi üçün ətraflarında pərvanə olan eçikağası və xidmətçi çətir tutarkən rəqsi ayaq hərəkətləri ilə müşayət edirlər.Nə qədər canlı və hərəkət halındadırlar.Şəkil çəkildiyi il satılmışdır. "The Singing Butler" - Jack Vettriano (1992)
  3. Vincent Van Gogh Yaponiyada necə «yanmışdı»... “Məşhur Holland rəssamı Vincent van Gogh intihar etməyib”. Bunu “Vanity Fair” jurnalındakı məqaləsində tanınmış kriminalist Vincent Di Maio yazır. O məhz güllə yaraları üzrə ekspertdir. “Van Gogh-un yarasının o dövrə aid təsviri onun özünə qəsdin nəticəsi olduğunu istisna edir” – deyə o bildirir. 1890-ci ildə Paris yaxınlığında güllə yarası alandan 1 gün sonra rəssam yatağında ölmüşdü. O, ölüm ayağında demişdi ki, taxıl zəmisində özünü güllə ilə vurub. Bu hadisə ilə bağlı iki versiya var. Biri intihar, digəri isə bir neçə oğlanın təsadüfən onu gülləylə vurması, rəssamın onları məsuliyyətdən azad etmək üçün günahı öz üzərinə götürməsi, intihar məsələsini uydurması. Di Maio intihar versiyasını müdafiə edənlərin “yaranın ətrafında qəhvəyi, bənövşəyi halə vardı, bu, atəşin çox yaxın məsafədən açıldığını göstərir” fikrini rədd edir. Deyir ki, “bənövşəyi halənin” güllənin yaxından, yaxud uzaqdan atılması, lülənin dəriyə yaxın, yaxud uzaq olması ilə əlaqəsi yoxdur, bu, güllənin dərialtı damarı zədələməsi səbəbindən baş verən qanaxmanın nəticəsidir və yara alandan sonra bir müddət yaşayan adamlarda müşahidə edilir. Di Maio-nun sözlərinə görə, qəhvəyi halə də, demək olar ki, bütün deşici yaralarda müşahidə edilir. Əgər Van Gogh özünü vurmuş olsaydı, “eksumasiya zamanı yara ətrafındakı dəridə his, barıt və yanıq əlamətləri aydın nəzərə çarpardı. Amma istintaq materiallarında belə qeyd yoxdur. Bu onu göstərir ki, lülə dəridən 1-2 fut (30-60 sm - red.), güman ki 2 fut məsafədə olub”
  4. Rəssam Konçetto Antikoda mövcud olan unikal genetik mutasiyaya görə onun gözlərində 4 növ kolbacıq var, hansı ki, nadir halda rast gələn tetraxromatlara aiddir. Adi insanlarda isə 3 növ rəng kolbacıqları var. 3 növ kolbacıqlar olan insanlar (rəngli görən 99.9% insanlar) maksimum 1-1.5 milyon rəng görə bilir. Lakin tetraxromatlar 100milyon rəng seçə bilir. Səbəb isə işığın daha çox dalğa uzunluqlarını ayıra və beyin tərəfindən analiz olmasıdır. Yəni normalda insan məsələn, 500-550 nm dalğa uzunluğunda yaşıl rəngi görürsə, bu qadın 500-550 nm dalğa uzunluğunda yaşıl rəngin 100 dəfədən çox ayrı-ayrı çalarları rahatlıqla görə, seçə bilir. Konçettonun öz dili ilə ifadə edək. "Mən yarpağa baxanda onun kənarlarında narıncı və yaxud bənövşəyi və qırmızı kölgəli rənglər görürəm. Çox insanlar tünd yaşıl rəng görür, mənsə daha çox çalarlar, həmçinin bir yarpaqda bənövşəyi, firuzəyi, mavi rəngləri seçə bilirəm. Məni daha çox dəhşətə gətirən insanların bu qədər az rəng görə bilməsidir. Bu inanılmazdır!" Aşağıdakı şəkil Konçettoya məxsusdur. Adi insanın gördüyü və Konçettanın görmə fərqini hiss etmək üçün biraz rənglərlə oynamışam.