Search the Community

Showing results for tags 'robot'.

Found 2 results

  1. 2050-ci ilə kimi dünya əhalisinin 50%-i işsiz qalacaq. Əvəzində onların işini robotlar görəcək. Hazırda bu proqnozu normal qarşılayırıq, amma dərinə düşünəndə bu insanda vahimə yaradır. Əslində indidən həyacan siqnalı çalınmalıdır. Amma insan elə bir məxluqdur ki, başı daşa dəyəndən sonra ağlı yerinə gəlir və bu zaman da artıq gec olur. İnsan əslində hər vəziyyətdən çıxış yolu tapır. Ammma belə vəziyyətdə insanınitirəcəkləri qazandıqlarından çox olur. Dünya əhalisinin eksponensial artımını, təbii resursların hər kəsə çatmamasını, qida, su ehtiyyatlarının hər kəsə çatmayacağını, dünyada kasıb təbəqənin sürətlə çoxaldığını nəzərə alaraq hadisələrin necə də dəhşətli ssenari ilə getdiyini təsvir etmək olar. Əslində bəşəriyyətin görə biləcəyi ən dəhşətli qlobal böhran, böyük aclıq hələ qabaqdadır və bizim nəsil onun şahidi ola bilər. Getdikcə insanlar çoxalır. İnsanlar acdır. İşsiz insanların sayı çoxalır. Nəticədə kasıb və varlı təbəqə arasında toqquşma yarana, dünya ölkələrində yeni inqilablara, yeni müharibələrə təkan verə bilər. Səmərəliyi nəzərə alaraq insan əməyinirobotların əvəz etməsi, işsizlərin sayını sürətlə artması paradoksal vəziyyət yaradır. Bir tərəfdən sahibkarlar daha az əmək və vaxt sərf edərək daha çox məhsul istehsal etməyə çalışacaq. Bir tərəfdən istehsal olunmuş məhsulları alacaq kütlə olmayacaq. Resessiya baş verəcək. Buna baxmayaraq, sahibkarlar arasında rəqabətin çoxalması, istehsal olunan məhsulların daha da çoxalmasına gətirib çıxaracaq. Yəni bildiyimiz qlobal böhran hələ qabaqdadır. Nəticə etibarı ilə 2040-cı ilə kimi texnoloji sinqulyarlıq qaçılmazdır. Baş verəcək hadisələrinhansı səmtə doğru hərəkət edə biləcəyi ilə bağlı 4 ssenari təqdim edirəm: 1. Yeni dünya müharibəsi və insan sayının 60%-dən çox azaldılması. Nəticədə texnoloji inkişaf sinqulyarlığa səbəb olmayacaq. İşçi qüvvəsini robotlar əvəz etsə də, yerdə qalan dünya əhalisi üçün iş də olacaq, ehtiyaclarını ödəyəcək qida, su da. 2. Sosializm. İnsanlar işləməyəcək. Əvəzində robotlar işləyəyəcək və dövlət vətəndaşın bütün həyatınıöz nəzarətinə götürməklə onun yaşaması üçün hər bir imkan yaradacaq. 3. Texnoloji sinqulyarlıq və süni intellektin bəşəriyyətə qarşı çıxması. Bildiyiniz Terminator, Matrix filmindəkissenarinin baş verməməsi üçün dünyanı böyük texnologiya şirkətləri idarə edəcək. Məsələn, Facebook, Google.Texnokratiyanın başlanması. Onsuzda bugün bir çox insanların məlumatları bu iki şirkətin əlindədir və büdcələri sürətlə çoxalır. 4. Kosmos və başqa planetlərdə həyat. Bunun üçün həddindən artıq çox pul lazımdır və dünya iqtisadiyyatına sərf etmir. Əlavə: Tədqiqatçı alim Roperin1950-2006-cə ildə insan populyasiyasının istifadə etdiyi enerjini araşdıraraq aldığı nəticə odur ki, bəşəriyyət 2025-ci ilə kimi yenilənən enerji mənbələri tapmasa və təbii enerji ehtiyyatlarını indiki templə istifadə etsə, o zaman 2050-ci illərdən insan populyasiyası azalmağa başlayacaq və 2300-cu ilə kimi dünya əhalisi 1.3 milyarda enəcək. Ümumilikdə isə daimi yenilənən enerji mənbəsi ilə Yerdə həyatı stabil saxlamaq üçün dünya əhalisi 300-500 milyon arasında dəyişməlidir. Əks halda energetik müharibələr görə, ümumilikdə, insan bir növ kimi əsrin sonuna kimi yox olma ehtimalı da var.
  2. Elm festivalındaçıxış edən astronom, professor Lord Martin Ris deyib ki, yerdənkənar həyat ilə ilk kontaktda insanlar yox, robotlar olacaq. Alim qeyd edir ki, qarşıda gələn bir neçə onillikdə ən yüksək intellektə maşınlar (robotlar) sahib olacaq. Məhz kosmosun tədqiqatı ilə məşğul olanlar da robotlar olacaq, insanlar yox. Robotlar orqanika olmadığı üçün kosmos və başqa planetlərdə araşdırma aparmaq problem deyil. Hətta alim qeyd edir ki, əgər biz başqa ulduz sistemlərindən siqnal qəbul etsək, çox böyük ehtimal o siqnallar da hər hansı orqanikaya məxsus bir canlı tərəfindən yox, robotlar tərəfindən ötürülmüş bir siqnal olacaq. Alimin gələcəklə bağlı proqnozları da ürək açan görsənir. "Bu əsrin sonuna kimi artıq bəzi insanlar Yerdən çox uzaqlarda bir yerdə yaşayacaq. Bu post-insan erasının başlanğıcı olacaq və insanlar başqa planetlərə axını başlayacaq. Bu da öz növbəsində insanın yeni növə çevrilməsi, başqa şəraitə genetik adaptasiyası ilə nəticələnəcək. Qaldı ki, süni intellektə. Bu əsrin ən böyük kəşfi süni intellekt sayılacaq. Hansı ki, Yer kürəsinin nəzarətini öz üzərinə götürəcək". Bu arada festivala bax. Bizim ölkədə elm nədi bilmirlər, xaricdə elmlə bağlı festival da keçirirlər.