Search the Community

Showing results for tags 'seks'.

Found 8 results

  1. İnternet saytlarına, xəbər portallarına girəndə qarşımıza tez-tez içində seks sözü olan başlıqlar, kiminsə açıq-saçıq şəkilləri çıxır. Əksəriyyət o saytları qınasa da, danılmaz fakt budur ki, bu tip yazılar digərlərindən qat-qat çox oxunur. Bəs bunun səbəbi nədir? Necə həll edə bilərik bu problemi? Niyə media hansısa yazının daha çox oxunması üçün ona “seksual başlıq” seçir? Bu sualı türk köşə yazarı Sərdar Turqut araşdırıb və hər şeyin beynimizlə bağlı olduğunu ortaya çıxarıb: “İnsan beyni çox möcüzəvi və mürəkkəb orqandır. Bu mürəkkəb orqanın işləmə mexanizmini başa düşmək üçün məsələləri bir az sadələşdirmək lazımdır. Sadələşdirəndə isə “Bizim əslində üç beynimiz var” nəticəsinə gəlirik. Köhnə beyin - kəllə sümüyünün arxa tərəfindəki bölümdür; hərəkətlərimizə nəzarət edir, mövcudluğumuz və yaşamağımızla birbaşa bağlıdır. Əsas qərarları verir və digər iki beyindən gələn məlumatları toplayır. Orta beyin - hisslərlə bağlı bölümdür; intuisiya və hislərə nəzarət edir. Yeni beyin - alnımıza yaxın bölümdür; rasional məlumatları işləyir, rasional düşüncə buradan idarə olunur. Son araşdırmalar göstərir ki, beynimizə saniyədə 11 milyon informasiya daxil olur. Beynimiz bunların ancaq 40 ədədini istifadə edir. Qalan informasiya isə köhnə beyindəki şüurxarici bölümə yönəlir. Bu, Freydin şüuraltı anlayışından fərqlidir. Şüurxarici yaşamaq üçün avtomatik etdiyimiz işlərdən ibarətdir. Media nəzəriyyəsi üzərində işləyənlər, xüsusilə internet vasitəsilə uğur qazanmaq istəyənlərə üç beyin bölümünə də xitab edən tədbirlər görməyi məsləhət görürlər. Onlar əsasən köhnə beyinə xitab etməyi bacarmalıdırlar. Adından da göründüyü kimi bu bölüm ən birinci inkişaf edən və genetik kodların toplandığı bölümdür. Yəni təkamül nəzəriyyəsini də nəzərə alsaq, biz vizual məlumatları oxuyaraq əldə edilən məlumatlardan daha tez öyrənirik. İnsan beyni 2500 fotonu uzun müddətdən sonra 90 faiz dəqiqliklə xatırlayır. Eşitdiyimiz, yaxud oxuduğumuz şeylərin bir il sonra ancaq 10 faizini xatırladığımız halda, gördüyümüz bir şəkli bir il sonra 63 faiz xatırlaya bilirik. Demək, beynin vizual (əyani) bölümünə xitab etmək internet-media sahəsindəki “uğurun əsas açarı”dır. Araşdırmalar onu da deməyə imkan verir ki, bir müddətdən sonra foto paylaşma şəbəkəsi “Instagram” və video paylaşma şəbəkəsi “Youtube” digər sosial şəbəkələri qat-qat üstələyəcək. Seks Köhnə beyin mövcudluğumuz və yaşamağımızla bağlı olduğu üçün seks həmişə ən təsirli vasitə olacaq. Saytlarda istifadə etdiyimiz seksual motivli və ya erotik şəkillər beynin demək olar ki avtomatik diqqətini çəkir. Yemək şəkilləri Yemək şəkilləri də köhnə beyninin diqqətini avtomatik çəkənlərdəndir. Sırf bu səbəbdən “New York Times” qəzetinin saytındakı yemək şəkilləri, slayd şouları böyük maraq yaradır və sayta çox sayda oxucu gətirir. Mənbə: axsam.az
  2. Dahilərin seks haqqında fikirləri

    Çarlz Darvin:Mənə elə gəlir ki, dünyada cinslərin varlığından böyük sirr yoxdur. Artur Roşe:Seks uşaqların böyüklərin yanında heç vaxt müzakirə etmədikləri şeydir. Stiv Martin:Qadınlar sekslə məşğul olmaq istəyəndə üzlərində yaranan “o ifadə”ni bilirsiz də? Mən də bilmirəm. Ja Ja Qabor:Şəxsən mən seks haqqında heç nə bilmirəm, çünki özümü tanıyandan bəri evliyəm. Leonardo da Vinçi:Nəsil artırma və ona aid olan xüsusiyyətlər o qədər ürəkbulandırıcıdır ki, üz gözəlliyi, iştirakçıların bəzənib-düzənməsi və qarşısı alınmış instinktlər olmasaydı təbiət insan adlanan bu növün bütövlükdə məhv edərdi. Ralf Ualdo Emerson:Ən üstün insanlar öz içlərində hər iki cinsi də evləndirənlərdir. Levis Qrizzard:Qadınlar da həzz almağa başlayandan sonra seksin əvvəlki ləzzəti qalmayıb. Covanni Bokkaçço:Kəndlilər hər on toyuğa bir xoruz verdikləri halda, bir qadına xidmət göstərmək üçün on kişi kifayət etmir. İzabel Alyende:Erotizm bircə tükü, pornoqrafiya isə toyuğun hamısını işlətməkdir. Klara Makmillen:Seksə maraq salandan bəri Alfredin (ərinin) üzünü az-az görürəm. Bett Midler:Seks bu qədər təbii bir fenomendirsə, necə eləmək lazım olduğunu öyrədən bu qədər kitab niyə var? Lin Launer:Bəzi alətlər var ki, xüsusilə qadınlarda cinsi istəyi artırmaq gücünə malikdir. Mercedes-Benze 500SL bu alətlərin ən birincisidir. Noel Kovard:“Madam Bavari” bu günə qədər var olan ən seksual kitabdır. Qadın rəsmən nimfomankadır, amma kitabda bir dənə də bayağı sözə rast gəlməzsən. Henri Miller:Reenkarnasiyanın doqquz səbəbindən biri seksdir. Digər səkkiz səbəbi sadalamağa dəyməz. Klifford Odets:Seks yoxsulların polosudur. Oldos Haksli:Seksdən daha maraqlı şey kəşf edən adama intellektual deyilir. Şirli Maklayn:O qədər çox filmdə fahişə rolunu oynamışam ki, artıq heç kim mənə normal şəkildə pul vermir. Pulu komodun üstünə qoyurlar. Brendan Behan:Pul qarşılığında olan sekslə havayı seksin arasındakı fərq odur ki, pul qarşılığında olan seks daha ucuz başa gəlir. Corc Börns:Zamanın ötüb keçməsi ilə ayaqlaşa bilmirəm. Havanın təmiz, seksin isə kirli olduğu günlər elə bil dünən idi. Vudi Allen:Kişi ilə qadın arasındakı seks çox yaxşı şey ola bilər. Təbii ki, əgər lazım olan kişi ilə lazım olan qadının arasındasınızsa. Elton Con:Öz cinsinizdən olan biri ilə yatmağın pis tərəfi yoxdur. İnsanlar seks mövzusunda son dərəcə azad olmalıdırlar. Amma məsələ keçilərə gələndə sərhədi keçmək lazım deyil. H.G.Uells:Səhər vaxtı yazılarınızı yazıb daha sonra lazımı adamlarla görüşmüş, görməli işləri etmisiz. Bundan sonra darıxdığınız an yetişir; bax, o seks anıdır. Vudi Allen:Sekslə məhəbbət arasında fərq odur ki, seks gərginliyi azaldır, məhəbbətsə artırır. Alan Bennet:Seks Sahara çölündə sürünən adamdan “Perrier”, yoxsa “Malvern” suyu içirsən soruşmaq kimidir.
  3. Ətrafa “seks yayan” qadınlar Qoxular insanın seksual istəklərinə təsir göstərir. Süd verən qadınların ətrafa yaydığı qoxu yaxınlıqdakı qadınların libidosunu 50 faiz artırır. Feromon hormonları qadınlara“artıq sənin də hamilə qalmaq zamanın gəldi” mesajını verir Qadınlar beyinlərində aldadır Araşdırmalara görə qadınlar xəyali olaraq kişiləri daha çox aldadırlar. Qadınların 80 faizi tanıdıqları bir kişi ilə beyinlərində fantaziyalar qururlar. Kişilərin 75 faizi isə ancaq pornoqrafik görüntüləri fikirləşirlər. Yaşlanmaqdan qorxmayın Yaşlanmaq cinsi həyatın tükənməsi demək deyil, orqazma çatmaq imkanlarının zirvəyə qalxması deməkdir. Araşdırmalara görə 36-45 yaş aralığındakı qadınların 63 faizi hər dəfə sekslə məşğul olarkən orqazma çatırlar. Gənc qadınlar arasında isə bu göstərici 28 faizdir. 65-74 yaş aralığındakı qadınların 53 faizində müntəzəm seks həyatı hələ də davam edir. Qadınlar da porno sevirmiş Sən demə qadınlar da seksual həyatlarına rəng qatmaq üçün kişilər kimi porno izləməyi sevirmişlər. Üstəgəl onların çoxu porno izləyə-izləyə sevişəcək qədər cəsarətlidirlər. Evli kişi qadın ovuna daha az çıxır Elmi araşdırmalara görə kişilər evləndikdən sonra “şorgözlük”ləri azalır. Çünki testosteron səviyyəsi evli kişilərdə, subaylara nisbətən aşağı olur. Mütəxəssislər bunu evli kişilərin qadını üçün digər kişilərlə rəqabətə girmək məcburiyyətində olmamaları ilə əsaslandırırlar. 3 aylıq fasilə Cinsi həyatda üç aylıq fasilənin olması normaldır. Hətta cütlüklərin 24 faizi həyatlarının bir dönəmində 3 ay müddətində cinsi əlaqəyə girmirlər. Seks gündəlik həyatın bir hissəsi olmaqdan çıxır. Bu vəziyyətdə kişi və qadın biri-birinə xoş münasibət əskik etməməlidir. Öpüşün, xilas olun Hər gün sekslə məşğul olanlarla müqayisədə hər gün öpüşən cütlüklərin boşanma riski daha aşağıdır. Seks deyil, öpüşmək münasibətləri xilas edir. Öpüşmək sevginin göstəricisi sayılır. Seks isə bir növ fiziki ehtiyacdır. Meyvələr kömək edir Tropik meyvələr seksual istəkləri artırır. Hind qozu testosteronu artırır, ananas cinsi refleks oyadır, zəncəfil isə cinsi orqanlarda qan dövranını sürətləndirərək viaqra effekti verir.
  4. Bir çoxumuz televiziya verilişlərində, qəzetlərdə və ya saytlarda qəribə seksual xarakterli kadrların, seksual motivli cinayət hadisələrinin şahidi oluruq. Bu kadrlar bəzən o qədər qəribə olur ki, qeyri-ixtiyari olaraq “yəqin bu, manyakdır”, - deyə düşünürük. O zaman gəlin birlikdə baxaq. Doğrudanmı avtobusda sıxlıqdan istifadə edib “sürtünənlər”, qadın paltarlarından “zövq alanlar”, kimlərisə paltarlarını dəyişdikdə güdmək “manyaklıkdır”? Bəlkə xəstəlikdir? Bu suallara cavab tapmaq üçün cinsi parafliyaların nə olduğunu bilmək lazımdır.Ehtiraslanmaq, orqazm olmaq üçün qeyri-adi əşya və obyektlərə qarşı mütəmadi olaraq təkrarlanan fantaziya və davranışların olması parafiliya adlanır.Əksər hallarda 18 yaşından əvvəl başlayan və demək olar ki, bir çox hallarda kişilərdə rast gəlinən parafiliyaya qadınlarda rast gəlmək faktları məlumdur. Bir çox insanlarda olmasına baxmayaraq, ciddi problem kimi qəbul edilmədiyinə görə, həkimə və ya psixoloqlara müraciət halları da demək olar ki yoxdur. Bu səbəbdən də statistikası, yayılması ilə bağlı dünyanın heç bir yerində dəqiq məlumatlar yoxdur.Hər hansı bir cinsi fantaziyanın parafiliya adlandırılaması üçün seksual fantaziyaların ən az 6 ay davam etməsi, əşya və qeyri-insani obyektə yönəlməsi, şəxsin özünün və ya partnyorunun zərər görməsi və ya təhqir olunması, bu davranışların təkrarlanan olması və fantaziya nəticəsində şəxsin orqazm olmağı hədəfləməsi vacib diaqnostik kriteriyadır. Bir çox növlərinin olmasına baxmayaraq, tez-tez rast gəlinən cinsi parafiliyalar aşağıdakılardır: 1. Fetişizm– şəxsin cansız əşyalara (qadın alt paltarları, ayaqqabılar, corab və s) qarşı duyduğu seksual həzdir. 2. Eksibiogenizm– öz cinsi orqanlarını ehtiraslanmaq məqsədilə anidən göstərmək. 3. Frottorizm– insanların sıx olduğu yerlərdə (avtobusda, metroda, növbə gözlədikdə) əks cinsə toxunaraq, sürtünərək cinsi fantaziyalarını reallaşdırmaq. 4. Vuayerizm– soyunub-geyinən, cinsi əlaqədə olan, öpüşən insanları gizli seyr etməkdən, güdməkdən həzz almaq. 5.Transvestik fetişizm- yalnız cinsi ehtiraslanma zamanı qadın paltarları geyinməkdən zövq alan hetereseksual kişilərdə olur. Orqazm olduqdan sonra yenidən əvvəlki həyat tərzinə qayıdır. 6. Sadizm– cinsi əlaqə zamanı partnyoruna həm fiziki, həm psixoloji mənada (vurmaq, dişləmək, söyüş söymək, təhqir etmək) əzab verməkdən zövq almaq. 7. Mazoxizm- cinsi əlaqə zamanı partnyorunun ona həm fiziki, həm psixoloji mənada (vurmaq, dişləmək, söyüş söymək, təhqir etmək) əzab verməsindən zövq almaq. Bütün bunlardan başqa zoofiliya – heyvanlara qarşı cinsi meyl, pedofiliya – uşaqlara qarşı cinsi meyl, herentofiliya – qocalara qarşı cinsi meyil, nekrofil – meyitlərə qarşı cinsi meyl kimi parafiliya növləri də vardır. Əgər hər hansı bir fantaziya cinayət xarakterli deyilsə, şəxsin özünün və partnyorunun etirazına səbəb olmursa və cinsi həyatı fərqli yaşamaq istəyindən doğursa, bunu parafiliya olaraq qiymətləndirmək lazım deyildir.
  5. PornHub‬ 2014-cü ilin hesabatını təqdim edib və ölkəmizlə bağlı maraqlı bir fakt diqqətimi çəkdi. Belə ki, ölkəmizdən bu sayta daxil olanların özlərinə məxsus rekord göstəriciləri var. Azərbaycan saytda hər girişdə ən az vaxt keçirən ölkə kimi qeyd olunub. Ortalama 6 dəqiqə, 26 saniyə. Böyük ehtimal bunun səbəbi videoları qabağa verərək tələsik izləmə və erkən boşalmadır. Taqizadeh
  6. Böyük Britaniyanın təhsil departamenti məktəblərə 13 yaşlı yeniyetmələr arasında cinsi münasibətləri normal sayan təlimat göndərib. Təlimatda öpüşməyin yaş həddi 9 yaş kimi göstərilib. Avropa.info “Daily Mail”ə istinadən xəbər verir ki, yeniyetmələri seksual cəhətdən maarifləndirəcək təlimat “Brook” mərkəzi tərəfindən hazırlanıb. Lakin bütün valideynlər bu təlimatla razı deyil. Onlar təlimat materiallarının qanunsuz sayılması ilə bağlı parlamentə müraciət edəcəklər.
  7. Seks və narkotik Böyük Britaniya iqtisadiyyatına 17 mliyard dollara yaxın xeyir gətirir. Bu barədə Böyük Britaniyanın Milli Statistika Agentliyi açıqlama verib. Açıqlamaya görə, qeyri qanuni seks xidməti və narkotik satışı ölkə iqtisadiyyatına 10 mlrd. funt sterlinq (16,7 mlrd. dollar) xeyir gətirir. Böyük Britaniyada hökumət fahişəliklə məşğul olmağa icazə verib. Lakin seks xidməti ilə bağlı reklamın aparılmasını və ictimai evlərdə seks xidməti göstərilməsini qadaağan edib. Britaniyalı ekspertlər deyir ki, ictimai evlərdə göstərilən seks xidməti 67 funt sterlinq (88 AZN) təşkil edir. Ölkədə isə 60 mindən çox qadın fahişəliklə məşğul olur, 2,2 milyon insan isə narkotik vasitədən istifadə edir. Bütün bunlar isə Britaniya iqtisadiyyatına 16,7 mlrd. dollar xeyir verir.
  8. Bəşər tarixində hər zaman fahişəlik olub. Amma fahişəliyin legallaşdırılması və bu kimi bayramlar keçirmək, fahişələrlə bağlı parad keçirmək heç vaxt normal qəbul olunmayıb əksər ölkələrdə. Hətta Avropanın özündə belə fahişələrin paradı eşitmisinizmi? Görmüsünüzmü? Mən yox. Amma hər il bu kimi gey paradlar, hər dəfəsində daha çox şəhərlərdə keçirilir, daha çox təbliğ olunur? Fahişə fahişəliyi ilə əks cinsə xidmət edir. Bu həm onun üçün peşədir, həm pul qazanır, həm dövlətə pul qazandırır, həm də qarşı tərəfə zövq bəxş edir. Amma bu ünsürlərin, bu geni xarab insan növlərinin nə kimi xeyri var cəmiyyətə? Məsələn, nəyə görə fahişələr qıraqda qala-qala, hər gün daha çox bunların propagandası aparılır? Kütlənin beyninə zombi virusu kimi yoluxan bu propaqanda insanlara o qədər güclü təsir edib ki, kişi götü görəndə iyrənən oğlanlar, qızla öpüşməyi iyrənc sayan qızlar belə bunların (homoseksual geylərin)propaqandasını aparır, tərəfini saxlayır. Hətta dirəşir ki, yoxe, belə də olmalıdır. Yəni həqiqətənmi bu kimi ünsürlərin artmasının tərəfdarı olmaq lazımdır? Onda gedin sabahdan fahişələr üçün də paradlar təşkil edin. Pedofil, manyaklar üçün də paradlar təşkil edin, propagandasını aparın. Kannibalların də hüquqlarını tələb edin. Əgər söhbət insan təbiətindən gedirsə, o zaman pedofil, manyakların da hüquqlarını tələb edin. Əgər söhbət insan azadılığı, seçimindən gedirsə, o zaman yenə də pedofil və maynakların hüquqlarını tələb edin. Çünki onlar da insandırlar və onlar da istəklərinə görə davranır. Sabahdan narkomanların, alkoqoliklərin, nimfomankaların da hüquqlarını tələb edin. Çünki bu onların şəxsi istəyi, azad seçimidir. Onlara qarşı çıxmaqla, bu kimi insanların hüquqlarını, azadlıqlarını əlindən almış olursuz. Kimsə gəlib deməsin ki, bunların heç bir ziyanı yoxdur. Bugün fahişlərdən çox, cinsi xəstəlikləri yayanlar da məhz təbiətin bu deffekt məhsullarıdır. Bu şəkildəkilərə bir baxın. Bunların cəmiyyətə nə kimi xeyri ola bilər ki, ziyanı olmasın? Və siz öz təbliğatınızla bu kimi insanların artmasına səbəb olursuz. Nəticədə epigenetik və psixoloji faktor hər mövzuda öz güclü təsirini göstərdiyi kimi, LGB təbliğatı da bu kimi insanların artmasına gətirib çıxardır. Bütün bunlar bir daha sübut edir ki, sizlər sadəcə propagandanın qurbanı olmusuz. Özünüz də bilmədən bu kimi ünsürlərin artmasına səbəb olursuz. Şəkilə baxın və fəxr edin. Gələcəkdə sizin uşaqlarınızın dabu kimi cırlaşmasına, degenerativ dəyişikliyə uğramasını arzu edirəm.