Search the Community

Showing results for tags 'spoiler'.

Found 1 result

  1. Con Konnor gələcəkdə terminatorun əlindən Kayl Ris adlı bir uşaq xilas edir. Bu uşaq Con Konnorun himayəsi altında böyüyür. Kayl Ris böyüyüb Con Konnorun komandanlığı altında terminatorlara qarşı mübarizədə iştirak edir, Conu bir peyğəmbər kimi görür, bir lideri kimi həyatını verməyə, ona görə ölməyədə hazırdır. Zamanla Con Konnor Kayl Risə öz anası haqqında danışır. Hətta şəklini də verir. Bu danışılanlardan sonra Kayl Ris platonik olaraq SaraKonnora aşiq olur. Şəklini hər zaman yanında saxlayır. Və bir gün Con Konnor terminatorlarla mübarizədə qalib gəlmək üçün keçmişə öz anasını xilas etməsi üçün əsgər göndərmək qərarına gəlir. Bu əsgər Kayl Ris olur. Kayl Ris keçmişə qayıdır və Con Konnorun anası Sara Konnoru sevir. Aralarında olan intim əlaqədan gələcəkdə terminatorlara qarşı mübarizənin lideri Con Konnor dünyaya gəlir. Həmçinin Con Konnor bilirdi onun atası olacağına və özü bilərəkdən anasının şəklini vermişdi ki, sevsin. Amma bununla bağlı bir kəlmə də demir.