Search the Community

Showing results for tags 'təyyarə'.

Found 1 result

  1. Dünyanın bir nöqtəsindən digər nöqtəsinə 4 saatda uçmaq mümkündürmü? Bu, hal-hazırda imkansız kimi görünsə də,Reaction Engines şirkəti bunu reallaşdırmağı düşünür. "Skylon" adı verilməsi planlaşdırılan təyyarə, 2019-cu ildə test uçuşuna çıxacaq. Pəncərəsiz təyyarənin 1.1 milyard dollara başa gəlməsi gözlənilir.Bu texnologiya Dünya üzərindəki məsafə anlayışını aradan qaldıracaq. Səsdən beş qat daha sürətli Business İnsider saytının xəbərinə görə, təyyarə eyni zamanda kosmik cihaz kimi də işləniləcək.Təyyarəni hazırlayan komandanın baş mühəndisi Alan Bold, istifadə edilən yüksək soyutmaya malik təyyarənin çox yüksək sürətə çatacağını deyir. Təyyarənin texnologiyasını qısaca "daha çox güc, daha çox sürət" deyə izah edən Bond, səs sürətinin beş qatına çıxacaqlarını iddia edir. Təyyarədən keçən il məşhur Telegraph qəzetində də bəhs edilmişdi. Qəzet, təyyarəni "zamanının çox irəlisində bir texnologiya" adlandırmışdı.