Search the Community

Showing results for tags 'xəstəxana'.

Found 2 results

  1. ABŞ-da bir xəstəxana, bir neçə ay əvvəl xәbәrini yaydığı "donduraraq əməliyyat etmə" üsulunu sınamaq üçün hazırlıqlarını tamamladığını bildirdi. Üsul təcili yardıma gətirilən ağır yaralı xəstələrin cansız halda əməliyyat olunmasını əhatə edir. ABŞ-ın Pittsburgh əyalətindəki UPMC Presbyterian Xəstəxanası həkimləri tibb tarixində ilk olacaq bir metoddan sınamaq üçün hazırlıqların tamamlandığını bildirdilәr. İlk dəfə 2002-ci ildə heyvanlar üzərində sınanan üsul altında təcili yardıma gətirilən xəstələr dondurularaq əməliyyat ediləcək, əməliyyatın ardından yenidən həyata dönəcəklər. Dr. Samuel Tishermanın başçılıq etdiyi qrup mart ayında etdikləri açıqlamada yaxın zaman içində təcili yardıma gələn xəstələr üzərində yeni metoddan sınayacaqlarını ifadə etmişdi. Tisherman xəstələrin qanını soyuq duzlu bir solusionla dəyişdirərək bir neçə saat boyunca dondurulacaqlarını, əməliyyatın ardından da ürək və qaraciyər bypass maşın istifadə edərək qan və oksigen dövranını yenidən başladacaqlarını ifadə etmişdi. Metodun yaradılmasında iştirak edən Arizona Universitetindən Peter Rhee, "xəstələrin təcili yardıma öldükdən sonra gəlmələri halında bir şey dәyişdirә bilmәdiklәrini, ancaq ölmək üzrə olan xəstələri donduraraq onları qurtara bilәcәklәrini" söyləmişdi. Donuzlar üzərində 2000-ci illərdə edilən və 90% müvəffəqiyyət əldə edilən təcrübələrin ardından, UPMC Presbyterianda ilk olaraq 10 xəstə "suspended animation" adı verilən üsulla əməliyyat ediləcək. Xəstəxananın təcili yardımına gələn cəmi 20 xəstədən 10-a da ənənəvi üsullarla müdaxilə ediləcək. Həkimlərin ediləcəyi müqayisə ardından əldə ediləcək nəticə yeni üsulun gələcəyini təyin edəcək. İnsanların dondurulması ilk olaraq ulduzlararası səyahətdə deyil, amma tibbdə istifadə edilə bilər. Mənbə: Yaşıl elm
  2. Amerika psixoterapevtlərinin apardığı tədqiqatlara əsasən, gün ərzində 68 dəqiqədən çox smartfondan istifadə depressiya əlamətlərinin göstəricisidir. Bu yolla gələcəkdə depressiv insanları smartfonların istifadə saatlarına görə müəyyən etmək və onların xəstəxanalara müraciət etməsi üçün müvafiq bildirişlər göndəriləcək. Tədqiqatlar Journal of Medical Internet Research jurnalında yer alıb. Bəs siz gün ərzində smartfonunuzdan neçə saat istifadə edirsiz və ən çox vaxt nəyə sərf olunur?