Search the Community

Showing results for tags 'yazıçı'.

Found 5 results

  1. “Forbes” jurnalının maraqla gözlənilən “Ən çox qazanan yazarlar” siyahısı nəhayət açıqlandı. Siyahının başında yenə James Patterson dayanır.E. L. Jamesdən George R. R. Martinə qədər dünyanın ən çox gəlir əldə edən yazarları bu il cəmi 355 milyon dollar qazanıblar. 1. James Patterson - 89 milyon dollar Az qala maşın kimi işləyən James Patterson hər il rəqiblərindən böyük fərqlə seçilməyi bacarır. İldə orta hesabla 16 kitab çap edən yazarın ötən ilki qazancı 90 milyon təşkil etmişdi. 2. John Green - 26 milyon dollar Gənclər arasında daha çox rəğbət qazanan Green, qazancının böyük hissəsini “The Fault in Our Stars” romanı sayəsində əldə edib. Sadəcə ABŞ-da 3,5 milyondan çox nüsxə satılan romanın əsasında film çəkilib. 3. Veronica Roth - 25 milyon dollar 26 yaşındaki Roth siyahınınən gənc yazarıdır. “Divergent” trilogiyası ilə 2014-2015-ci illər arasında 3,9 milyon dollar qazanıb. Trilogiyanın “Tərəfdar” (Insurgent) adlı ikinci kitabı ekranlaşdırılıb. Filmin kassa gəliri 295 milyon dollar olub. 4. Danielle Steel - 25 milyon dollar Danielle Steel-in 94 kitabı, 1973-cü ildən bəri ən çox oxunanlar sırasında yer alır. 5. Jeff Kinney - 23 milyon dollar “Diary of a Wimpy Kid”in müəllifi Jeff Kinney siyahının yuxarı hissəsindəki yerini bu il də qoruyur. 45 dilə çevrilən əsər müəllifə böyük sərvət qazandırıb. 6. Janet Evanovich - 21 milyon dollar “Stephanie Plum” silsiləsinin müəllifi olan Janet Evanovich, bu il ərzində daha 3 kitab çap etdi. 7. J. K. Rowling - 19 milyon dollar J.K. Rowling illərdir siyahıda yerini qoruyanlardan hesab olunur. 8. Stephen King - 19 milyon dollar Stephen King yazıçılıq karyerası boyunca qazandığı 433 milyon dollarla “Forbes”un siyahısında hər zaman yuxarı pillələrdə qərar tutub. 9. Nora Roberts - 18 milyon dollar Karyerası müddətində 220-dən çox romana imzasını atıb. O, yuxarı yerlərdə Stephen King ve Danielle Steel kimi yeni yazdığı romanları ilə deyil, əvvəlki romanları sayəsində qərarlaşıb. 10. John Grisham - 14 milyon dollar 1988-ci ildən üzü bəri hər il yeni bir kitab çap edən yazıçının “Gray Mountain” romanı 2014-cü ildə 620 min nüsxə satılıb. 11. Dan Brown - 13 milyon dollar Ötən il 28 milyon dollarla siyahıda ikinci yerdə idi. Bu məğlubiyyətinin acısını yazıçının gələn il çap edəcəyi yeni romanıyla çıxaracağını deyirlər. 12. Suzanne Collins - 13 milyon dollar “Aclıq oyunları” (The Hunger Games) əvvəlki kimi satılmasa da Collins-in qazancı əsasən əsərlərinin ekranizasiyasından gəlir. Onun əsərinə çəkilmiş film 752 milyon dollar gəlir gətirmişdi. 13. Gillian Flynn - 13 milyon dollar “İtkin qız”ın müəllifi olan Flynn də film sayəsində qazanc əldə edən yazarlardandı. Romanın kino variantı 368 milyon dollar gəlir gətirib. 14. Rick Riordan - 13 milyon dollar Riordan fantastik ədəbiyyat və gənclər üçün yazdığı əsərləri ilə bu sahənin ən çox gəlir əldə edənlərindəndir. 15. E. L. James - 12 milyon dollar “Bozun əlli çaları” trilogiyası və ardınca onların ekranlaşdırılmasından kifayət qədər böyük məbləğdə qazanc əldə edən Jamesin ötən ay çap olunan “Boz” əsəri ilə gələn il də ön sıralarda yer alması gözlənilir. 16. George R. R. Martin - 12 milyon dollar “Taxt oyunları”nın (Game of Thrones) yazarı da yaxşı qazanır. Yazıçı hazırda diqqətini seriyanın növbəti əsəri olan “Qış küləyi” (The Winds of Winter) üzərinə cəmləyib. avropa.info
  2. Bu gün haqqında məlumat verəcəyim kitab 1982 Nobel Ədəbiyyat Mükafatı sahibi Gabriel García Márquez'e aiddir. Kitabın adı bir qədər etikadan kənar səslənsə də kitabda yazıçı vulqarizmə çox yer verməyib. 100 səhifədən ibarət bu balaca kitabı bir neçə saat içərisində oxuyub qurtarmaq olar. Əsərdə oxucunu narahat edən, məqamlar demək olar ki yoxdu.Buna baxmayaraq Qabriel Markesin 2004-cü ildə qələmə aldığı sonuncu romanı olan “Hüznlü fahişələrim” 2007-ci ildə İranda qadağan olunmuşdur. Buna səbəb isə əsərdə 90 yaşda bir kişinin 14 yaşında gənc bir qızla yaşadığı eşqdir. Yəni 90 yaşında bir kişi 14 yaşında bir qızı sevə bilər? Cütlüklərin arasında 10 yaş fərq olduqda insanlar bunu təəccüblə qarşılayır, birdə qaldı 76 yaş fərq ola... Həralda ağlasığmaz və imkansız bir eşq olar "Hüzünlü Fahişələrim" həcmcə kiçik olsa da insanın həyatının mərtəbələrini məharətlə gözlər önünə sərir. Və insanın 90 yaşında da olsa birini sevə biləcəyini bildirir. İnsan yaşlandıqca bir çox qüvvəsini, şəhvəti itirdiyi bilinən gerçəkdir. Ancaq nə qədər ki, varıq ürək bizimlədir, o döyünür, onda sevgi də bizimlə olacaqdır. Sevməyin həyatımız boyu edə biləcəyimiz ən gözəlşey olduğunu bir daha sübut edir bizə... Ancaq həyatı onsuz da bir çox qadının yatağında keçmiş insanın, 90 yaşında aşiq olması bələ də taleyin ona etdiyi kiçik zarafatlardan biridir. Bilə bilmərik... Deyilənə görə yazıçının bu kitabı satışa təqdim edilmədən əvvəl piratı çıxdığına görə Markes əsərin son hissəsini dəyişdirib yenidən çap etdirmişdir. Kitabdan seçdiklərim: Hər dövrün öz əxlaqı var...Qocalığın ilk simptomu - insanın öz atasına oxşamağa başlamasıdır.Elə bir qoca yoxdur ki, gizlətdiyi xəzinənin yerini unutsun. (Siseron)Dünya irəli gedir, lakin əvvəlki kimi Günəş ətrafında fırlanır.Uzun və ləyaqətli həyatı xoşbəxt sonluqla tamamlayıram, amma ölməyə azca da niyyətim yoxdur.Onun hələ də xəcalətdən qızarmaq kimi eleqant keyfiyyəti var.Həmin an düşündüm ki, qocalığın ləzzətlərindən biri səni artıq oyundankənar vəziyyətdə hesab edən tanış cavan qadınlarla dilxoşluqdur.İlk gecədə onunla yaxınlıq etməyən kişini qadın heç vaxt bağışlamaz.Real baş vermiş şeylər yaddan çıxa, heç vaxt baş verməyənlər, sanki baş veribmiş kimi yaddaşda qala bilər.İyirmi yaşında – təvazökar məşuqə, qırxda – yüngül əxlaqlı xanım, yetmişdə - Babil şahzadəsi, yüzdə - müqəddəs.Dünyanı hərəkətə gətirən məğlubedilməz güc xoşbəxt eşq yox, bədbəxt eşqdir.Eşqsiz seks- sevgidən divanə olmayanların təsəllisidirQısqanclıq həqiqətdən çox bilir.Başqalarının sənin haqqında təsəvvürü necədirsə, əvvəl-axır o cür də olursan.Bu, çeçələ barmağa ərə getmək kimi bir şeydir, amma əvəzində bilirdim ki, o ancaq və ancaq mənimdir.
  3. Herman Hesse - Yalquzaq

    Herman Hessenin bu romanı 1927-ci ildə yayımlanmışdır. Yalquzaq, Hermann Hesse'nin, cəmiyyətin dayaz dəyər mühakimələrinə və şəxsiyyətsiz, səthi həyatına uyğunlaşma təmin edə bilməyən bir insanı izah edən bir romanıdır. Hesse bu romanı üçün, 1961-ci ildə " oxucularımızın çoxu Yalquzaq'ın əhvalatının insanı gəmirən bir xəstəlikdən və böhrandan söz etdiyini amma bütün bunların ölümə və yox olmağa deyil, tərsinə yaxşılaşmağa istiqamətli olduğunu anlarsa özümü xoşbəxt hiss edəcəyəm." demişdir.Yalquzaq, Hermann Hesse'nin köhnə egolarından biri olan baş fiqur Harry Haller'in dərin ruhi xəstəliyinin törədildiyi hekayədir. Haller öz şəxsiyyətinin hissələrə ayrılmasından yaranıb: insancıl, xalqa uyğun yanı ilə yalquzaq, yalnız, ictimai və mədəni hadisələri tənqid yanı bir-biriylə döyüşü halındadır və bu döyüşü davamlı Haller'in önünə bir maneə olaraq çıxmaqdadır. Təxminən 50 yaşında olan Harry Haller 25 il əvvəl ziyarət etdiyi şəhərə on aylığına yerləşir. Bəhsi keçən bu müddətdə yeni, bir yoldaşının rəhbərliyində bir "təhsil müddəti" sayəsində qapıldığı dərin depressiyanın və cəmiyyətə duyduğu ikrahı öhdəsindən gəlir. Baş fiqurun əvvəlki həyatı yalnız çox qısa və söz arasında göstərilir: Haller alt təbəqə birisi olaraq yetişmişdir; şeir, musiqi və fəlsəfə ilə peşəsi lazımınca maraqlanmışdır, kitab yazıçısı, Mozart və Goethe mütəxəssisi olaraq önə çıxmışdır; onun pasifist görüşləri xalq arasında bilinməkdə idi. Bir çox dəfə qədərin açıq-aşkar silləsini həzm məcburiyyətində qalmışdır. Bir dəfə onun nüfuzuna və sərvətini itirmiş, digər dəfə arvadı ağlını itirib onu tərk etmişdir. Artıq daha çox tətminkarlık tapmayınca və daha çətin və çətin səfərlər mərhələsi başlayana qədər özünü işinə həsr etmişdir. Onunla ancaq "İşsiz, ailəsiz, yurtsuz" qaldığı və hələ yollarda olduğu bu səfərdən sonra qarşılaşmışıq. Haller'in şansdan yana təsviri şeir ya da musiqi sayəsində "sonsuz həzzi, həyatı, özündən keçməyi və üsyanı" daddığı sevinc saatlarıyla təyin və "Tanrını işini edərkən" gördüyü anlar Haller'i xoşbəxt etməkdə idi. Ətrafındakı populist nizamı gizlətməkdən və bu nizama zərər verdiyinə inandığı "Tanrıya aid qızıl bir izi" yenidən tapmağa həsrətdir. Sahib olduğu ruhlarının bir-biriylə qarşıdurmasından ötəri var ola bilmədiyi, Tanrıya aid bu dünyada əsərləri yer almaq üçün var gücüylə səy sərf edir. Hermann Hessenin “Yalquzaq” əsəri, iyirminci əsrin ikinci yarısında, nonkorformist mədəniyyətə posmodernist ədəbiyyatın prinsiplərini tətbiq edən əsər olmuşdur. Bu elə bir romandır ki, əgər bu roman olmasaydı, iyirminci əsr avanqardizmində də çox şey olmazdı. Filmlər, musiqi və bədii təsvir bu romandan çox şeyi götürüb. Neçə-neçə insan ruhuna məhz bu romanla səyahət etmişlər. Təəccüblənirsiz ki niyə və necə? Oxuyun o zaman anlayacaqsınız. Yalquzaq, kütləvi-ictimai dəyərsizliyi anlamaq, ruhun təmizlənməsi, qorxu və ehtirasların axtarışı, köhnə dəyər və bütlərin darma-dağın edilməsi, ruhi əlkimyanın oyanışı, ən əsası isə, əbədi baş verən oyunların ifşası ilə əlaqədar metamorfik, sanki gözəl klassik musiqi kimi səslənən və bu musiqidən sonra yaranan səssizliyi ilə insana həqiqətləri başa salan, dünya ədəbiyyatının zirvəsindən bizləri səsləyən, yeni zirvələri axtaran bir əsərdir. Kitabı sadəcə “özünüdərk” və “ruhi transformasiya” kimi terminlərlə əlaqələndirəcək olsaq, kitabı özümüzlə məhdudlaşdırıb, çoxlarının etdiyi banal adlandırmalardan istifadə etmiş olarıq. Kitabı həqiqi mənada başa düşən o kəsdir ki, ondan sitatlar seçib ağıllı-ağıllı danışmasın, onun haqqında sadəcə yaxşı resenziya yazmasın. O kəs bu kitabı, şah əsəri anlayar ki, yaranmış səssizliyin və gördüyü işığın səsini eşitsin. Kitabdan seçmələr: Fikrim-düşüncəm şan-şöhrət həvəsindəydi, böyük sənətkar olmaq arzusu ilə yaşayırdım. Ancaq qəlbimi sarmış bu alovların ən güclüsü, ən odlusu, ən dəhşətlisi məhəbbət alovu, qadın həsrəti, əvvəlcədən duyduğum üzüntülü nəşə həvəsiydi. Hermann Hesse – Yalquzaq Ehey, oğul bala, bəlkə, qarnın ağrıyır, için doğranır? Yoxsa öz oxucuların, ölü canların, o zavallı qarınquluların, ya da kitabyığanların, lənətə gəlmiş aravuranların, qılıncoynadanların yadına düşdü? Yaman əjdahasan, adam lap gülər, gülməkdən ölər, qarnı cırılar, şalvarı doldurar! Ay səfeh bəndə, de nə görmüsən kitab-dəftərdə, sonsuz kədərdə? Sən gəl incimə – bir şam da məndə! Çərənlədin, pərənlədin, düzənlədin, quyruğunu düyünlədin, axırda da peyinlədin! Allahdan buyruq, şeytandan qulluq: dartıb aparacaq, canını alacaq! Cavab ver indi: niyə yazıbsan, kimdən oğurlayıbsan? Burada lap ağ elədi. Qəzəb məni boğdu, kədərlənməyə macal vermədi. Əl atıb hörüyündən yapışdım. Uçmağa başladı və uçduqca da hörük uzandı. Sanki, quyruqlu ulduz idi, mən də ucundan yapışıb dünyanın başı üzərində fırlanırdım. H.Hesse – Yalquzaq Elədir, həyat həmişə dəhşət olub. Heç nədə günahımız yoxdur, lakin hər şeyə cavabdehik. İnsan elə yaranan gündən günaha batır. Əgər bunu bilmirsinizsə, deməli, çox müəmmalı ilahiyyat dərsi almısınız. H.Hesse – Yalquzaq Sən haqlısan, ay Yalquzaq! Lap yüz dəfə, min dəfə haqlısan, ancaq bununla belə, məhv olmalısan! Sən bu günün sadə, rahat, az şeyə qane olan dünyası üçün həddən artıq iddialısan, acsan. Ona görə də dünya səni özündən kənar edəcək, çünki sənin ölçü daşın o istədiyindən bir az ağırdır. Kim bu gün yaşamaq, aşadığı həyatdan da zövq almaq istəyirsə, gərək sənin kimi, mənim kimi adam olmasın. Bu özəl dünya dınqıltı əvəzinə musiqi, əyləncə əvəzinə sevinc, pul əvəzinə mənəvi dünya, hay-küy əvəzinə əsl iş, yalançı inilti-sızıltı əvəzinə əsl iztirab istəyən adamlar üçün heç vaxt vətən ola bilməz! H.Hesse – Yalquzaq Elə müqəddəslər var ki, onlar da əvvəlcə dəhşətli günahlar içində boğulublar, ancaq günahın özü də müqəddəsliyə aparan yol ola bilər. Günah da, əxlaqsızlıq da... Yəqin, güləcəksən, lakin mənə çox vaxt elə gəlir ki, bəlkə, dostum Pablo da kəşf olunmamış müqəddəsdir. Eh, Harri, öz evimizə çatmaq üçün biz nə qədər dəhşətli, mənasız yollar keçməliyik! Heç kəsimiz də yoxdur ki, bizi bu yolla aparsın. Yeganə bələdçimiz həsrətdir! H.Hesse – Yalquzaq – Necə də pis səslənir! «Vəhşi!» «Yırtıcı heyvan!» – heyvanlar haqqında belə danışmaq olmaz! Düzdür, çox vaxt dəhşətli olurlar, ancaq insanlara nisbətən daha təbiidirlər. – «Təbii» nədir? Bununla nə demək istəyirsən? – Məsələn, götür o heyvanlardan birini: ya pişiyi, ya iti, ya quşları, ya da lap elə heyvanxanadakı iri, gözəl pumanı, zürafəni! Görəcəksən ki, hamısı təbiidir, heç biri heç nədən çəkinəcəkli deyil, nə edəcəklərini, necə edəcəklərini də yaxşı bilirlər. Heç biri sənin xoşuna gəlmək üçün artistlik eləməz. Daşlar, çiçəklər, göydəki ulduzlar kimi necə varsa, elə də qalacaqlar. Başa düşürsən? H.Hesse - Yalquzaq
  4. Ən təsirli qısa hekayələr

    Dünya şöhrətli yazıçı Ernest Heminquey bir dəfə belə bir mübahisə edir ki, o, bir neçə sözdən ibarət elə bir hekayə yaza bilər ki, hər bir oxucunun qəlbini göynədər. O, bir neçə sözdən ibarət: “ Uşaq çəkmələri satılır. Geyinilməmişdir”. Belə bir ən qısa bir hekayə yazmaqla, o, mübahisəni udur. O vaxtdan indiyədək dünya şöhrətli yazıçının bu təcrübəsindən bir çoxları yararlanmış və onun kimi 6 sözdən ibarət qəlblərə toxunan qısa hekayələr yazmağa cəhd etmişlər. Bu hekayələrin ən qısa və oxucuları daha çox təsirləndirənlər aşağıdakılardı: Paraşüt satılır, heç vaxt açılmayıb, bir az ləkəsi var. “Siz nömrəni səhv salmısız” – tanış səs cavab verir. Sərnişinlər, indi sizinlə danışan kapitan deyil. Üzümü qırxmağı anam mənə öyrədib. Mən doğma qəlb gördüm – O isə məni görmədi... Mənim əksim indicə mənə göz vurdu. Yadlar. Dostlar. Yaxşı dostlar. Aşnalar. Yadlar. Bu bizim qızıl toyumuzdur, amma süfrə bir nəfərlikdir. Bu gün mən yenidən özümü anama təqdim elədim. Səyyah hələ də siqnal verirdi. Yerdir – yox... Mən evə qızılgül gətirmişdim. Amma açarlarım uygun gəlmədi. Sınıq pəncərənin üzərində yazılmışdı: “Yeni evlənənlər” Yataq otağımızdan iki nəfərin səsi gəlir. Mən qapını döyürəm... Özümü yaşa dolmuş təsəvvür edirdim. Yaşa doldum. Təsəvvürüm itdi. Mən aşağı atıldım. Sonra fikrimi dəyişdim. Əsgər, biz çəkmələri cüt satırıq... O, arvadının qatilinə butulka ilə süd verirdi. Cərrah pasientin həyatını xilas edir. Pasient Allahına dua edir.
  5. 2014-cü il Nobel Ədəbiyyat mükafatının sahibi açıqlanıb. Nobel Ədəbiyyat Mükafatının sahibi fransız yazıçı Patrik Modianodur. O, “Ən ağlasığmaz insan talelərini təsvir edən və işğal altındakı həyatı göstərən təxəyyül və ifadə sənətinə görə” Nobel mükafatına layiq görülüb. Patrik Modiano 30 iyul 1945-ci ildə varlı ailədə anadan olub. Fransız yazıçı və ssenaristidir. Atası Toskanada məskunlaşmış qədim yəhudi nəslindəndir. Anası isə flamand aktrisasıdır. 1942-ci ildə Parisin almanlar tərəfindən işğalı ərəfəsində tanış olmuş valideynləri 1944-cü ildə ailə həyatı qurublar. Modiano əvvəlcə IV Henrix adına Paris liseyində sonra isə Ansi kollecində təhsil alıb. Modianonun “Ulduz meydanı” adlanan ilk romanı 1968-ci ildə nəşr olunub və dərhal müəllifə məşhurluq gətirib. Müəllifin bütün əsərləri demək olar ki, avtobioqrafikdir və İkinci Dünya Müharibəsi zamanı Fransanın işğalı ilə əlaqədardır. Modianonun qəhrəmanları başlanğıcın, kökün, keçmişin axtarışı vasitəsilə özünüdərkə cəhd edirlər. “Ulduz meydanı”, “Gecə gözətçisi”, “Ailə xronikası”, “Kədərli villa” və başqa əsərlərin müəllifidir. Bir sıra əsərləri ekranlaşdırılıb. “Qara piştaxtalar küçəsi” romanına görə 1978-ci ildə Qonkur mükafatı alıb. 2000-ci Kann kino festivalının münsifi olub. P. Modiano ailəlidir. 1970-ci ildə ailə həyatı qurub. İki qızı var.