Sign in to follow this  
Followers 0
Aynur Alimuradbeyli

Hədiyyə verilməli 10 kitab

12 posts in this topic

Birinə hədiyyə alarkən çox düşünməli oluruq. Bütün dövrlər üçün kitab ən gözəl hədiyyədir mənim fikrimcə.Bununla kitabsevər insanı sevindirmiş,kitab oxumayan insanda isə kitaba maraq yaratmış oluruq . Amma hər kitabı da hədiyyə etmək olmur.Lakin təqdim edəcəyimiz siyahı sizə bu işdə kömək ola bilər. Həmçinin siyahıya daxil olan kitablar dünya ədəbiyyatında öz sözünü demiş, müəyyən xətt cızmiş əsərlərdi. Xatırladım ki, siyahı ABŞ-da  məşhur kitab mağazaları arasında keçirilən sorğu nəticəsində tərtib olunub.
 
Lev Tolstoy – “Hərb və Sülh”

Rusiyanın Fransa tərəfindən istilası dövründə baş vermiş hadisələri və Napoleon erasının Rusiyada Çar cəmiyyətinə təsirini, bu təsirin doğurduğu nəticələri beş zadəgan ailəsinin nümunəsində təsvir edir. Roman dünya ədəbiyyatının ən mühüm nailiyyətlərindən və vacib əsərlərindən biri kimi dəyərləndirilir.


Ceyn Ostin – “Eşq və qürur"

Klassik dövr romanları arasında əhəmiyyətli bir yerə sahib olan “Eşq və qürur”, 18-ci əsr İngiltərədə keçən unudulmaz bir eşq hekayəsindən bəhs edir. Orta səviyyəli bir ailənin ağıllı və şən qızı ilə qürurlu və məğrur olması ilə yanaşı son dərəcə dürüst və varlıqlı gənc bir adamın haradasa nifrətlə başlayan əlaqələrinin böyük bir eşqə dönüşünü izah edən bu kitabda, biri qürurlu digəri ön mühakiməli iki insanın zaman irəlilədikcə yanıldıqlarına və bir-birlərinə etdikləri o qədər haqsızlığın yalnız eşqlə düzəldə biləcəyinə şahid olacaqsınız.


Uilyam Şekspir – “Romeo və Cülyetta”

16-cı əsrdə yazılmasına baxmayraq aradan keçən əsrlər “Romeo və Cülyetta”nın ölümsüz sevgisini əskiltməmiş, əksinə parlaqlığını daha da artırmışdır. Uilyam Şekspirin gənclik illərində qələmə aldığı əsər, iki düşmən ailənin bir-birini sevən uşaqlarının ölümlə nəticələnən faciəvi sevgisindən bəhs edir.
 

Boris Pasternak – “Doktor Jivaqo”

“Doktor Jivaqo” 1945-ci ildən 1955-ci ilə qədər olan müddətdə yazılmışdır və yazıçının fikrinə görə onun yaradıcılığının ən yüksək nöqtəsi sayılır. Roman onun baş qəhrəmanı Yuri Andreyeviç Jivaqonun şeirləri ilə müşaiyət olunur. Yüzilliyin başlanğıcında Böyük Vətən Müharibəsinə qədər olan faciəvi mərhələdə rus ziyalılarının həyatını təsvir etməklə, kitab həyatın sirri, ölüm, rus tarixinin problemləri, ziyalılar və inqilab, xristianlıq, yəhudilik kimi məslələri işıqlandırır. Kitab sovet ədəbi dairəsində kəskin şəkildə pis qarşılanır və müəllifin 1917-ci il Oktyabr inqilabına və ölkənin sonrakı həyatına dair bir mənalı mövqe tutmadığına görə çapdan imtina edilir.

 
Fyodor Dostoyevski – “Karamazov qardaşları”

Dostoyevskinin şah əsəri sayılır. Roman hansısa ictimai, mənəvi, epoxal, milli problemi deyil, qlobal ümumbəşəri, əbədi problemləri: Allah və İnsan, din və fəlsəfə və digər bu kimi problemlərin həllinə cəhd göstərir. Əsərin də dəyəri və bənzərsizliyi məhz bundadır. O, praqmatikadan uzaq ruhi məsələlərin həllinə yönəlmişdir. Dostoyevski sosial ideyalara da öz münasibətini bildirir, onları ötəri hadisələr kimi milli və bəşəri ruhda kökləri olmayan bir proses kimi dəyərləndirir. Ona görə də bu cür ideyalar tarixdə qələbə çalsa da, sonda iflasa məhkumdur. Bu mənada Rusiyada sosializmin aqibətini Dostoyevski qabaqcadan görmüş və xəbər vermişdi.
 
 
Dante Aliqyeri – “İlahi komediya”

Dante yaradıcılığının zirvəsi xələfləri tərəfindən “İlahi komediya” adlandırılmış “Komediya” poemasıdır. “Röya” formasında yazılmış əsərdə dini təsəvvürlərə görə üç hissədən (“Cəhənnəm”, “Əraf (təmizlik)”, “Cənnət”) ibarət axirət dünyasına səyahət təsvir edilir. Məcazi, rəmzi ifadə tərzi poemanın bütün cəhətlərində özünü göstərir.
 
 
Mixail Bulqakov – “Master və Marqarita”

“Master və Marqarita” romanı görkəmli rus yazıçısı Mixail Bulqakovun ən məşhur əsəridir. Yazıçı bu romanında Ponti Pilat və İeşua obrazları vasitəsi ilə mənəvi-əxlaqi problemlərə toxunur, hər kəsin öz əməllərinə görə cavabdeh olduğunu, haqq-ədalət qarşısında məsuliyyət daşıdığını göstərir. Əsərdə Master və Marqaritanın ağrılı, ürək sızıldadan məhəbbət macərasına da böyük yer ayrılıb; həmçinin keçən əsrin 20-ci illər Moskvası, meşşanlıq, ikiüzlülük satirik bir dillə tənqid olunur.
 
 
Marqaret Mitçell – “Küləklə sovrulanlar”

“Küləklə sovrulanlar” romanı ABŞ tarixində çox dərin izlər qoyan vətəndaş müharibəsinin geniş bir əhvalatıdır. Romanın baş qadın qəhrəmanı Scarlett O’Haradır. Sərt bir xarakterə malik gənc, gözəl və eqoist qadının başına gələnlər aydın dildə yazılmışdır. Roman əsasında eyni adlı film çəkilmiş və əsərin özü qədər uğurlu olmuşdur. Əsərə görə Marqaret Mitçell “Pulitser mükafatı” almışdır.
 
 
Qabriel Qarsia Markes – “Yüz ilin tənhalığı”

“Yüz ilin tənhalığı” romanında Buendia  nəslinin yaran ma sı, yük sə lişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia  üzvünün  taleyində bu və ya digər şəkildə təzahür edən tən halıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düş məsi, onların bir-birini anlaya bilməmələri romanda, hə qi qətən, mifik xarakter daşıyır.
 

Aleksandr Düma – “Üç muşketyor”

Aleksandr Dümanın “Üç muşketyor” romanı fransız ədəbiy ya tının ən gözəl əsərlərindən biridir. Gənc DArtagnan (Dartanyan) atasının tapşırığı ilə muşketyor olmaq və krala xidmət etmək üçün Parisə gəlir. Burada o üç muşkeyor Atos, Portos və Aramisə rastlayaraq bir çox macəralar yaşayır.

3

Share this post


Link to post
Share on other sites

Bəzi kitabları bu siyahıda görmək təəccübləndirdi. Bir də ki "Eşq və qürur" yox, "Qürur və qərəz" olmalı deyil o? 

3

Share this post


Link to post
Share on other sites

Bəzi kitabları bu siyahıda görmək təəccübləndirdi. Bir də ki "Eşq və qürur" yox, "Qürur və qərəz" olmalı deyil o? 

kitabin tercumesinden asilidir. meselen men o kitabi ele "eşq və qurur" adi ile oxumusam. amma bu yaxinlarda  kitab magazalarindan birinde sen dediyin ad  ile gordum. Belə hallar coxdu eslinde. kitab magazalarinda qurdalandiqca hamisi adilesir zamanla. meselen "əlvida silah" əsəri "silaha əlvida" kimi də tərcümə olunub, daha bir fakt "100 ilin tənhalığı" və yaxud "tənhalığın 100 ili". Siyahida  meni de teccublendiren  kitablar oldu . ele biri romeyo ve julyetta. amma nezere alsaq ki siyahi tərtib olunanda həm də yazilan əsərlərin  dünya ədəbiyyatinda oynadigi rol da əsas goturulub. Şekspirin əsərinin romantizm cərəyanında oynadigi rol kimi. :)

1

Share this post


Link to post
Share on other sites

"Elvida, silah"i men "Silahlara elvida" kimi tercume ederdim meselen, bu zovq meselesidi daha cox, menada ciddi bir ferq yaratmir. Amma "Esq ve qurur" yanlis tercumedi. 

2

Share this post


Link to post
Share on other sites

Səhv tərcumə məsələsinə toxundun yaxsi. Umumiyyetle calismaq lazimdi eserleri mumkun qeder  orijinaldan oxuya adam.Əsərin  mahiyyətini daha dərindən dərk eləməkcun. Səfillər əsərində məsələn 3 səhifəlik cumlə var orijinalda. Amma hec bir tərcumədə o cumlə ilə rastlaşmiriq. təbii ki o boyda cumləni, ideyasina xələl gətirmədən 3 səhifə tərcumə eləmək mumkun deyil. kəsib, dogranilib.

1

Share this post


Link to post
Share on other sites

Səhv tərcumə məsələsinə toxundun yaxsi. Umumiyyetle calismaq lazimdi eserleri mumkun qeder  orijinaldan oxuya adam.Əsərin  mahiyyətini daha dərindən dərk eləməkcun. Səfillər əsərində məsələn 3 səhifəlik cumlə var orijinalda. Amma hec bir tərcumədə o cumlə ilə rastlaşmiriq. təbii ki o boyda cumləni, ideyasina xələl gətirmədən 3 səhifə tərcumə eləmək mumkun deyil. kəsib, dogranilib.

ha men de raziyam orijinaldan oxumaq meselesinde, amma heyif ki butun eserleri orijinaldan oxumaq mumkun deyil. 3 sehifelik cumlemi? O.o:o 

0

Share this post


Link to post
Share on other sites

Aha . Bu cümlə 823 sözdən ibarətdir. Cümlə kitabın 3-cü bölməsindədir və tam olaraq 3 səhifə davam edir. Bir çox mənbələrdə  fransız ədəbiyyatının ən uzun cümləsi olduğu qəbul edilir.

1

Share this post


Link to post
Share on other sites

İndilərdə ən gözəl hədiyyə ediləcək kitab Andy Weir "Marslı" sıdır.  :)
 
Söz elektron kitabdan açılmışkən 2500-ə yaxın epub formatda türkçə kitablarım var, istəyən olsa pm katalog göndərə bilərəm. Paylaşmaq gözəldir :)

0

Share this post


Link to post
Share on other sites

İndilərdə ən gözəl hədiyyə ediləcək kitab Andy Weir "Marslı" sıdır.  :)
Söz elektron kitabdan açılmışkən 2500-ə yaxın epub formatda türkçə kitablarım var, istəyən olsa pm katalog göndərə bilərəm. Paylaşmaq gözəldir :)

Salvorhardin, ondansa adlarını qeyd edə bilərsən, internetdən yükləyib, fayllara əlavə edə bilərəm. Və yaxud burda mesajla göndərə bilərsən adlarını. 

0

Share this post


Link to post
Share on other sites

Adları belə list kimi yoxdur, hazırlanmış kataloq kimidir. İstəsəniz onu yollayım. Arxiv özü 2.55 gb dır.

1

Share this post


Link to post
Share on other sites

Adları belə list kimi yoxdur, hazırlanmış kataloq kimidir. İstəsəniz onu yollayım. Arxiv özü 2.55 gb dır.

Yaxşı olar ki, print screen edib göndərəsiz. Çünki təzədən yükləyib, təzədən sayta əlavə edincə, adlarını google-da axtarıb, işi bir dəfə görmək daha rahat olar. Həm də həcmi də çoxdur. Yəni çeşidlənmə də olacaq. Digər tərəfdən hamısını bir gündə əlavə etmək olmayacaq.

1

Share this post


Link to post
Share on other sites

Qürur və qərəz və Markesin əsərini (əslində butun yaradiciligini) çıxmaq şərtilə digərləri mükəmməl kitablardır.amma hədiyyə verməkçün ideal oldugunu deməzdim. Çünki şəxsi təcrubələrimə əsaslanaraq deyə bilərəm ki, bizim cəmiyyətdə bu tip  kitabları əksər insanlar oxumur,oxusa da nifrət edir ) ugursuz hədiyyə vermiş oluruq neticede de

0

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0