Sign in to follow this  
Followers 0
Asif Ata

Ətraf aləmin dərk olunması

1 post in this topic

İnsan ətraf aləmi 5 duyğu orqanı ilə hiss edir. Və beyin ətraf aləmi dərk edərkən, bu duyğu orqanlarından birini daha qabarıq göstərir. Digərləri isə keçir ikinci plana. Məsələn, siz bu statusu oxuyarkən qıraqda mahnı gedirsə (səs gəlirsə), sizin diqqətiniz bu statusa yönəlib, bu səbəbdən mahnı ikinci plandadır. Və yaxud sizin üçün səs əsas informasiya hesab edilsə, digər duyğu orqanları ilə qəbul olunan informasiya ikinci plana keçir.

nirvana.thumb.jpg.7fc8e8bfddadd2c93df44f

Nəticə etibarı ilə insan bu 5 duyğu orqanları ilə ətraf aləmi, material dünyanı dərk etməyə başlayır.

Elmin predmeti materialdır. Məsələn, mən eşitməsəm də, görməsəm də bir yumru topa toxunsam, onun yumru olduğunu deyə bilərəm, onun mövcudluğuna sübut hesab etmiş oluruq. Və yaxud görmək. Hər hansı bir obyektin mövcudluğunu görməklə sübuta yetirmək, eşitməklə, qoxusu ilə sübuta yetirmək. Elm deyir ki, mən hər hansı duyğu orqanımla bu obyekti dərk etdim, deməli, bu mövcuddur.

Din isə əksinə. Bütün material dünyanı kənara atır və bütün duyğu orqanlarından imtina edərək kor-korana nəyinsə mövcudluğuna inanır. Halbuki biz ətraf aləmi duyğu orqanlarımız sayəsində dərk edirik.

İndi isə təsəvvür edin ki, siz bu 5 duyğu orqaniniz ilə eyni səviyyədə ətraf aləmi dərk edirsiz. Məsələn, siz bu yazını oxuyarkən diqqətiniz həm musiqidə, həm də yazıda eyni səviyyədədir. Siz eyni vaxtda mahnının sözlərini dinləyə, dərk edə, musiqini ritmi tuta və eyni zamanda bu yazını asanlıqla oxuyub qavraya bilirsiz. Siz kənarda hər hansı yemək iyi gələn kimi onun dadını hiss edirsiz. Siz sevdiyiniz birinin toxunuşunu bütün bədəniniz ilə hiss edirsiz.

Artıq siz 6-cı hissə maliksiz və ətraf aləmi 3 ölçülü yox, 4 ölçülü dərk etməyə başlamısız. Sizin üçün ətraf aləm tam başqa cürə görsənir. Hər bir ağac, yarpaqların səslərini, onların dalğalarını vizual olaraq görürsüz. Hər bir rəngin bütün çalarlarını, obyektə düşən hər bir dalğa uzunluğunu asanlıqla ayrıd edirsiz. Sizin eşitdiyini hər bir səs görüntüyə çevrilir. Siz qarşınızdakı dostunuzun uşaqlığını, cavanlığını və qocalığını eyni anda görürsüz.
Ətrafınızdakı hər şey sizə bir-biri ilə bağlı və vəhdətdə olduğu formada dərk olunur. Sizin üçün reallıqla qeyri-reallıq arasında sərhədlər itmiş olur. Ətrafınızdakı hər şey sizin üçün sadəcə informasiyadan ibarət olduğu kimi dərk edirsiz.

Təsəvvür edin ki, 5 rəng var. Və hər bir rəng duyğu orqanlarıdır. Məsələn, qırmızı, sarı, narıncı, yaşıl və göy. Bütün bu rənglər suyun içinə atmışıq, lakin qarışmırlar. Qırmızı rəngi eşitmə hesab edək. Əgər siz nəyisə dinləyirsinizsə, o zaman digər rənglər arxa plana keçəcək. Və yaxud göy rəngi görmə hesab edək. Siz nəyisə görürsünüzsə, digər duyğu orqanları (rəngləri) arxa plana keçəcək. İndi bir də təsəvvür edin ki, bütün bu rənglər suda qarışıb və cəmi bir rəng formalaşdırıb. Bənövşəyi. Artıq 5 hiss orqanı ayrı-ayrılıqda yox, bir hiss orqanı olaraq ətraf aləmi dərk edir. Artıq siz bu material dünyadan daha üst səviyyədə ətraf aləmi dərk edirsiz. 

Çox güman ki, təsəvvür edə, dərk edə bilmədiz. Bütün bu proseslər İnterstellar filmində Kuperin 5-ci ölçüdə olduğu zaman ətrafdakıların bunu absurd və məntiqsiz hesab etməsi və eyni zamanda bunun mövcudluğu kimi görsənir.

Sizə bunu yaşamağı arzu edirəm.

2

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0