Sign in to follow this  
Followers 0
Asif Ata

Dünyadakı müsəlman sayı və bu əsl islam deyil arqumenti

1 post in this topic

Özlərini müsəlman hesab eləyən dostlarla müzakirə vaxtı belə bir cümlə işlədirlər ki, 1 milyarddan artıq müsəlman səhv fikirləşə bilməz. Sonra da əlavə eləyirlər ki, hər halda, onların da bir bildiyi var.
 
Gəlin ordan başlayaq ki, bu rəqəmləri hardan almışıq? Kim deyib ki, dünyada 1 milyarddan artıq müsəlman var? İŞİD əsl islam deyil, İŞİD-çilər də müsəlman deyil, Səudiyyə əsl islam deyil, vahabilər əsl müsəlman deyil, İran əsl islam deyil, mollalar əsl müsəlman deyil, Misir əsl islam deyil, "Müsəlman qardaşlar" əsl müsəlman deyil, Ərdoğan əsl islam deyil, Fətullah Gülən heç deyil, Nurçular müsəlman deyil...
Bu cümlələr mənim deyil. Bu cümlələr yuxarıda sadaladıqlarımdan hər hansı biri bir zibil qaynadanda müsəlman dostlarımızın dediyi sözlərdi.
 
Belə çıxır ki, yuxarıdakıların hamısını sayırsız? Axı onlar əsl müsəlman deyil...
 
Doğuşdan müsəlman olduqlarını hesab eləyən azərbaycanlıları da hesaba qataq. Lap tutaq ki, doqquz milyon biz...
Qaldı Hindistan müsəlmanları. "O qədər insanın bir bildiyi var" deyəndə Hindistanın, Sudanın, Nigeriyanın adını yaza bilməyən əhalisini nəzərdə tutursunuzsa, onların bildiyindən çox bilmədiyi vacibdi, biləsiz.
 
Leypey Qəmbər

0

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0