Sign in to follow this  
Followers 0
Asif Ata

Avropada Ebola virusu ilə yanaşı yeni virus həyəcanı

1 post in this topic

Qərbi Avropada Ebola virusu ilə yanaşı daha bir epidemiya həyəcanı yaşanır.
 
ANS TV-nin məlumatına görə, bu xəstəlik pnevmaniyanın ağırlaşmış formasıdır. Bu xəstəlikdən artıq 4 nəfərin öldüyü, 100-dən çox insanın xəstəxanaya yerləşdirildiyi xəbəri verilir. Portuqaliyanın Səhiyyə Nazirliyi bundan əvvəl Legionelyoz xəstəliyindən bir nəfərin öldüyünü təsdiqləyib. İlk yoluxma halları ötən həftə cümə axşamı qeydə alınıb. İnfeksiyanın mənbəyi hələ ki müəyyən olunmayıb. Adı çəkilən xəstəliyə 1976-cı ildə Filadelfiyada Amerikan Legionu adlı yürüşdə kütləvi yoluxmadan sonra Legion xəstəliyi adı verilib. Legionelyoz infeksiyasına yoluxmuş xəstələrdə adətən qızdırma, ümumi intoksikasiya, ağ ciyər, mərkəzi sinir sistemi və həzm sistemi pozuntuları, bəzi hallarda poliorqan çatışmazlığı sindromu müşahidə olunur. 
 
Legionella bakteriyasının yaratdığı bu xəstəlik, insandan insana birbaşa keçməsə də, bakteriyanın daşıyan su damcılarının tənəffüs yoluna getməsi ilə xəstəliyə tutulma riski artır. 

0

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0