Sign in to follow this  
Followers 0
Asif Ata

Budda fəlsəfəsində 4 həqiqət və nirvana vəziyyəti

6 posts in this topic

Budda fəlsəfəsinə görə;
1. Hər şey əzablardan ibarətdir. İnsan həyatı boyu ancaq əzab çəkir. Bunlara natamamlıq, narahatlıq, qorxu, hirs, nəfs, qayğı, bəxtsizlik, məmnun olmamaq və s.
2. Hər bir əzabın səbəb və nəticələri vardır.
3. Hər bir əzabdan qurtuluş vardır. Bunlar əzabları yaradacaq səbəblərdən uzaq durmaqdır.
4. Bu əzablardan qurtulmağın yolu vardır. Bu yol səkkizlik yoldan başlayır (4 həqiqət və 4 diqqət) və nirvana ilə bitir.

(Qeyd olunan bu 4 bənd həqiqətlər hesab olunur).

Nirvana bütün məqsədlərin ən ali formasıdır. Bütün əzabların bitdiyi nöqtə hesab olunur. Nirvana vəziyyətində istəklər də, əzablar da, bağlılıq da... hər şeyin mövcudluğu bitir. İnsan şüuru tam sakitlik və bütün fikirlərdən azad olmuş vəziyyət hesab olunur. Nirvana nə yaradılış halıdır, nə də ki, qeyri-yaradılış. Nirvana bütün bu düşüncələrdən tamamilə azad olma halıdır.

2

Share this post


Link to post
Share on other sites

Bu əzablardan qurtulan, o yolları keçib Nirvanaya çatan olub?

1

Share this post


Link to post
Share on other sites

deyilmedi bu 4 bend 

4 həqiqət elə qeyd olunub postda. 4 diqqət isə yox. Yazaram.

Bu əzablardan qurtulan, o yolları keçib Nirvanaya çatan olub?

Buddist kahinlərin bəziləri çatıb. Amma çatanlar da bir növ susmaq barədə əhd ediblər. Yəni bu haqda danışmamaq kimi. Nirvanaya hər adam çatmır. Bunun üçün uzunmüddətli meditasiya və dərin bir konsentrasiya tələb olunur. 

1

Share this post


Link to post
Share on other sites

O buddistlər güman ki ya Tibetdə ya Nepalda ya da Hindistandadır. Bu yazını oxuya oxuya düşünürəm görən nirvanaya çatmış kahinlərin adı çəkilən məmləkətlərin ya da insanlığın inkişafı naminə hansısa töhvələri olubmu?

Burda da iki sual yaranır. İnsanlığın inkişafımı mühümdür yoxsa hər işi atıb nirvanaya çatmaq üçün dərin meditasiyalar etməklə məşğul olmaqmı?

1

Share this post


Link to post
Share on other sites

deyilmedi bu 4 bend 

4 həqiqət elə qeyd olunub postda. 4 diqqət isə yox. Yazaram.

Bu əzablardan qurtulan, o yolları keçib Nirvanaya çatan olub?

Buddist kahinlərin bəziləri çatıb. Amma çatanlar da bir növ susmaq barədə əhd ediblər. Yəni bu haqda danışmamaq kimi. Nirvanaya hər adam çatmır. Bunun üçün uzunmüddətli meditasiya və dərin bir konsentrasiya tələb olunur. 

Bu qədər bağlılığın mövcud olduğu normal həyatımızda məna tapmaqda çətinlik çəkən biriyəm. Qaldı ki, bağlılığın, məqsədin ümumiyyətlə, davamın mövcud olmadığı bir "həyat"da. Mənə elə gəlir, heç bir istəyin var olmadığı vəziyyətdə var olma əzablardan qurtuluşdan daha yaxşı deyil. 

Əgər varsa, Nirvana, o durğunluqdur, sondur. Ona çatan hər kimsə isə müqəvva. Ama yenə də, fikrimcə, o, sadəcə bir illuziyadır.

 

1

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0