Фен Икс

Təsadüf yoxsa Yaradılış?

3 posts in this topic

Kainatın yaranması ilə bağlı bir çox nəzəriyyələr eşitmisiniz.Bunlardan ən yayğını və digərləri ilə müqayisədə daha çox isbat olunanı "Böyük Partalyışdır"Böyük partlayış bir çox formalarla elm tərəfindən isbat olunub.Bu böyük nailiyyətdir.Amma elm ən əsas suala"nəyə görə"sualına cavab verə bilmir.Məsələn:
Elm cazibə qüvvəsinin necə işlədiyini bilir amma "nəyə görə" belə işlədiyini nəyə görə var olduğunu tapa bilmir.

Çox elm adamları bunu təsadüf olaraq adlandırır.Amma araşdırmalar göstərir ki,bu hazırki kainat formasının alınması təsadüf nəticəsində ola bilməzdi.Çünki bunlar çox kritik rəqəmlər üzərində dayanırlar.Hətta belə bir məsəldə çəkilib

Təsəvvür edin ki,sizə ölüm hökmü oxunur və 100 kəskin nişançının qarşısına qoyulursunuz.Sizə dəfələrlə atəş açılır və siz ölmürsünüz.Bu halda "mən ölmədim çünki ölsəydim bunları gözrməzdim deyə keçərdinizmi yoxsa 100 kəskin nişançının sizi necə öldürə bilmədiyinə təəccüblənərdinizmi?Əlbətdə ki,sizin sağ qalmanızın bir məntiqi cavabı olmalıdır!
Big bang çox kritik bir partlayış olmuşdur.Bu partlamanın nəyə görə kritik olduğunu bəzi isbatlarla sizə göstərmək istəyirəm.
Kainatı meydana gətirən partlama bir az daha şiddətli olsaydı onda bütün materiya dağılardı;əgər partlama bir az daha yavaş olsaydı bütün maddə dərhal bağlanacaqdı.Hər iki vəziyyətdə də nə qalaktikalar,nə ulduzlar,nə dünyamız,nə də canlılar meydana gələ bilərdilər.Partlamanın qalaktikaları,planetləri,ulduzları və canlıları meydana gətirmə ehtimalı havaya atılan karandaşın iti ucu üstə yerə düşməsi qədər belə deyil.


Kainatda entropiya daim artmaqdadır.Bu isə kainatdakı başlanğıc anında çox aşağı entropiyalı bir başlanğıcın olduğunu göstərir.Bu ehtimalın reallaşması qeyri-mümkündür.Rojer Penros aşağı entropiyalı bu başlanğıcın reallaşması ehtimalını 10 üstü 10*123 olaraq hesablamışdır.
Əgər cazibə qüvvəsi daha çox olsaydı onda bütün ulduzlar bu qüvcənin gücünə müqavimət göstərə bilməyib qara dəliklərər dönərdilər.Əgər daha zəif olsaydi ağır elementləri meydana gətirə biləcək ulduzlar meydana gələ bilməyəcəkdilər.


Həyat üçün əhəmiyyətli olan karbon və oksigen qazları.Əgər oksigen həddən artıq çox olsaydı onda dəhşətli yanğınlar baş verərdi.Əgər az olaaydı tənəffüs etmək mümkünsüz olardı.
Karbon 4 oksid əgər həddən artıq çox olsaydı onda istixana effekti verərdi.Əgər həddən artıq az olsaydı onda bitkilər fotosintez edə bilməzdilər.


Bu formada 40a yaxın sübut gətirmək olar.Bütün bunlar çox kritik rəqəmlər üzərindədirlər desəm yəqin ki,yanılmaram.
Gəlin bütün bunları sadəcə təsadüf sayaq amma dünyada tək bir zülalın,tək bir amino asid sıralamasının meydana gəlməsi ehtimalı 20 üstü 574də 1 olduğunu sizə xatırlatmaq istərdim.Belə kritik rəqəmlər hal hazırda çoxluq təşkil edirlər.Bu qədər təhlükəli rəqəmlərin heç bir ziyan dəymədən əksinə xeyirə tərəf təsadüf nəticəsində yönəlməsi beyinə sığacaq,ağıla batacaq bir şeyə oxşamır.
İndi isə sizdən soruşuram
Təsdüfmü yoxsa Yaradılışmı

0

Share this post


Link to post
Share on other sites

Kainatın incә ayarlar üzәrindә qurulması fikri kvant fizikasında keçәrli deyil. Sadә bir misalla ingiliscә "space" adlanan boş fәzanın yükü indiki qәdәr olmasaydı, yәni daha aşağı olsaydı hәyat vә kainat daha yaşana bilinәr olardı. Kainatımız yaşamaq üçün әlverişli sayılmır. Bu qәdәr planetlәrin üzәrindә (sadәcә hәyat üçün әlverişli sahәdә olanları nәzәrә alsaq) sadәcә Yerdә hәyat var. Burada tipik sәbәb-nәticә illuziyası var. Bariz nümunә olaraq belә deyim: İnәklәr biz yeyә bilәk deyә yaradılıb. Halbuki bilirik ki, inәklәr vәhşi qohumlarından süni seçmә nәticәsindә ayrılıb, әhillәşiblәr. Әgәr populyasiyanı tamamilә tәcrid edә vә gen axışını tәbii seçmә vә digәr seçmә mexanizmlәri kimi dәyişә bilsәydik, artıq yeni formaya çevrilәrdilәr. Ya da Yer kürәsi biz yaçayaq deyә yaradılıb demәk. Әslindә Yer kürәsi var olduğu üçün biz yaşayırıq. Yerәmәgәlmә prosesindәki kiçik meteor sapması olmasaydı bu gün hәlә dә dinozavrlar hәyatda idi. Vә o dövrdә oksigen indikindәn dәfәlәrlә çox idi.

Tәsadüf anlayışı bu qәdәr soyuq bir anlayış deyil. Tәsadüf demәk hissәlәrin hop deyәrәk birdәn ortaya çıxması da deyil. 

İnsanın özmәrkәzli düşüncәlәri bu problemin әsas qaynağıdır vә humanizm düşüncәsinin әsasını tәşkil edir. Nә isә, bu fәlsәfi bir mövzudur.

Vә sәhv etmirәmsә bu arqumentlәr Celal Taslaman arqumentlәridir.

Tәsadüf anlayışının bir qәdәr genişlәnmısi üçün Yaşıl Elm blogundan oxuya bilәrsәn. Elә burda. Hәmçinin zülal vә rntin necә tәsadüfi yarandığını, ehtimalın az olmasına baxnayaraq bunun dәfәlәrlә baş verdiyini dә oxuya bilәrsәn. Tәsadüf tamamilә elmi bir anlayışdır bu mövzuda vә damino daşlarını ataraq eyni xalların yanaşı düşmәsini gözlәmәklә eyni deyil.

-1

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now