Sign in to follow this  
Followers 0
Aytən

Azərbaycanda psixiatr olmaq

4 posts in this topic

Universitetin 2-ci kursunda oxuyanda psixiatriyaya olan həvəsim məni tibb qardaşı kimi işləmək üçün ölkənin ən böyük psixiatrik xəstəxanası olan Maştağa qəsəbəsindəki 1 saylı Respublika Psixiatriya Xəstəxanasına gətirib çıxardı. 2006-cı ildə həmin qəsəbəyə gedən 172 saylı marşrut avtobusu keçmiş Əzizbəyov metro-stansiyası ətrafından tərpənirdi. Müşahidə etdiyim bir məsələni sizlərlə paylaşmaq istəyirəm. Deməli, həmin avtobusda gedənlərdən əgər kiminsə yaxını xəstəxanada yatırdısa, o insan “xəstəxananın yanında saxlayın”, xəstəsi olmayanlar isə “dəlixananın  yanında saxlayın” deyirdilər. Zənnimcə bu qısa müşahidə böyük bir cəmiyyətin psixiatriyaya, psixi xəstələrə olan münasibətinə bütün çılpaqlığı ilə güzgü tutur.

Psixiatriya 100 illik keçmişə sahib gənc elm sahələrindəndir. Son 30 ildə diaqnostik kriterilərin daha da dəqiqləşməsi ilə ciddi inkişaf sahəsinə qədəm qoydu...

Ruhi xəstələrin “dəli”, onların müalicəsi ilə məşğul olan həkimlərin isə “dəli həkimi” adlandırılması həmin cəmiyyətdə insanların bu mütəxəssislərə az müraciət etməsinə səbəb olur. Avropa və Amerikada bu problem demək olar ki, tam həll olunsa da ölkəmizdə bu sahədəki dəyişiklik son 5 ildə  nəzərə çarpır. Dövlət Statistika Komitəsinə verdiyim sorğuya cavab olaraq  bildirdilər ki, 2013-cü ilin əvvəlinə olan məlumata görə Azərbaycanda psixiatrların sayı 343 nəfərdir. Təxminən 260.000 əhaliyə 1 həkim-psixiatr xidmət edir.

Əhali arasında ağır ruhi xəstəlik hesab olunan şizofreniya və digər psixotik pozuntular bizim müalicə etdiyimiz xəstəliklərin təxminən 5 faizini əhatə edir. Digər 95 faiz isə panik atak, obssesiv-kompulsiv pozuntu, həyəcan pozuntusu, fobiya və depressiya kimi xəstəliklər tutur. Məsələnin maraqlı tərəfi ondadır ki, pasientlərdə  bu xəstəliklər zamanı əsəb və gərginliklə bərabər  ürək çırpınması, boğulma, baş ağrısı, tərləmə, baş gicəllənmə kimi şikayətlər də olduğu üçün  psixiatrdan daha çox terapevtlərə, nevropatoloqlara və digər sahə həkimlərə müraciət edirlər. Onlar da öz növbələrində psixiatra yönəltmək əvəzinə “narahat olmayın heç nəyiniz yoxdur, hər şey özünüzdən asılıdır” tipli məsləhətlər verərək pasientin sonralar həkim-həkim dolaşmağına şərait yaradırlar. Pasientlər isə falçı, molla, ekstrasens qəbulunu getməyi psixiatr müayinəsindən daha faydalı hesab edərək hər vəchlə bundan qaçmağa çalışırlar. Səbəbləri üçün qısa bir araşdırma aparsaq yenidən “psixiatra müaricət etsəm camaat nə deyər? ” düşüncəsinin  hələ də hakim olduqunu görəcəyik.Dəfələrlə eyni problemə görə Türkiyə və İranda psixiatra rahat müraicət etdikləri halda ölkəmizdə bunu etməkdən çəkindiklərinin şahidi olmuşuq.

Bütün xəstəliklər zamanı həmin sahənin peşəkarına müraciət hər zaman faydalı olur. Ətrafın nə deyəcəyindən, nə düşünəcəyindən asılı olmayaraq ruhi və somatik sağlamlığınız naminə bu sahədəki düşüncələrinizdə inqilab edin.

 

Orxan Fərəcli

1

Share this post


Link to post
Share on other sites

5 il bundan evvele kimi "deli hekimi" munasibeti vardi hardasa psixoloq ve psixatrlara. amma men artiq 3ildi bu isin icindeyem, ilk basladigim da nazirliyin qaynar xetti olub, ve orada musahide etdiklerim gelen zengler veziyyetin nece deyisdiyini gisterdi. indi ele muracietler olur ki, adi ozuneqapanmadan tutmus shizofrenliye qeder. valideynler de cox diqqetlidi, 10 il evvel sakit, hec kimle oynamayan usagi olan valideyn buna ehemiyyet vermirdi. amma indi autizm merkezlerinde ne qeder bele usaq mualice alir, daun sindromlu ovladi olan ana valideyn onu cemiyyeden tecrid edirdi. indi menzere tam ferqlidi. :)

1

Share this post


Link to post
Share on other sites

5 il bundan evvele kimi "deli hekimi" munasibeti vardi hardasa psixoloq ve psixatrlara. amma men artiq 3ildi bu isin icindeyem, ilk basladigim da nazirliyin qaynar xetti olub, ve orada musahide etdiklerim gelen zengler veziyyetin nece deyisdiyini gisterdi. indi ele muracietler olur ki, adi ozuneqapanmadan tutmus shizofrenliye qeder. valideynler de cox diqqetlidi, 10 il evvel sakit, hec kimle oynamayan usagi olan valideyn buna ehemiyyet vermirdi. amma indi autizm merkezlerinde ne qeder bele usaq mualice alir, daun sindromlu ovladi olan ana valideyn onu cemiyyeden tecrid edirdi. indi menzere tam ferqlidi. :)

Razıyam, bu sahədə çox irəliləyiş var Azərbaycanda, şükürlər olsun.

0

Share this post


Link to post
Share on other sites

5 il bundan evvele kimi "deli hekimi" munasibeti vardi hardasa psixoloq ve psixatrlara. amma men artiq 3ildi bu isin icindeyem, ilk basladigim da nazirliyin qaynar xetti olub, ve orada musahide etdiklerim gelen zengler veziyyetin nece deyisdiyini gisterdi. 

Psixoterapevt və psixiatrı ayıra bilməyənlərə görə.

0

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0