2 posts in this topic

Fırlanan sistemdə yaranan ətalət qüvvələrindən biri də Koriolis qüvvəsidir. Koriolis qüvvəsi fırlanan sistemdə radial istiqamətdə hərəkət edən cismin radiusdan kənara çıxması hadisəsini izah etməyə imkan verir.Sanki cismə fırlanma hərəkətinin əksi istiqamətində yönəlmiş bir qüvvə təsir etmişdir. Həqiqətdə isə belə bir qüvvəni yaradan səbəb görünmədiyindən onu saxta qüvvə hesab etmək olar,yəni optik illuziyadır. Fizika alimləri bu ətalət qüvvəsini onu ətraflı öyrənmiş fransız alimi Koriolisin şərəfinə Koriolis qüvvəsi adlandırmışlar:

F=ma=-2m[ωxV]

Burada m - cismin kütləsi, a - Koriolis təcili , ω - fırlanan sistemin bucaq sürəti vektoru, V - sistemdə cismin hərəkət sürəti vektorudur. Kvadrat mötərizə iki vektorun hasili əməliyyatını göstərir. Bu düsturdan da görünür ki, əgər sistemin fırlanması saat əqrəbi istiqamətində baş verirsə, onda fırlanma oxundan radius boyunca hərəkətə başlayan cisim radiusdan çıxaraq sola meyil edəcəkdir. Fırlanma saat əqrəbinin əksinə baş verdikdə isə cismin meyli sağ tərəfə olacaqdır. Koriolis təcili fırlanma oxu olan və fırlanan cisimlərdə özünü göstərdiyindən ona dönmə təcili də deyilir. Koriolis qüvvəsi çayların sahillərinin yeyilməsində, siklon və antisiklon küləklərinin fırlanmasında, okeanlarda su axınlarının hərəkətində və s.-də özünü göstərir. Şimal yarımkürəsində Koriolis qüvvəsi hərəkətin sağ tərəfinə yönəldiyi üçün çayların sağ tərəfi yarğan və ya qayalıq şəklində,sol tərəf isə hamar olur;cənub yarımkürəsində isəvəziyyət bunun əksinə baş verir. Daha aydın başa düşmək üçün "National Geographic"dən Youtube'dakı videoya baxa bilərsiz : :) http://m.youtube.com/watch?v=mPsLanVS1Q8

 

 

hqdefault.jpg

Edited by Carl_Friedrich_Gauss
1

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now