Sign in to follow this  
Followers 0
Asif Ata

Hilal və Baal tanrısı arasındakı əlaqə

1 post in this topic

İslamin əsasını qoyan peyğəmbər Məhəmməd peyğəmbərin əsl adı Abu Əl-Qasım Məhəmməddir. Atasının adı İbn Abd-Allah. Babasının adı Abd Əl-Mütellib (əsl adı Şeyva İbn Xəşim). O zaman kimə qulluq edirdinsə, onun adi ilə gedirdi. Abd Əl Mütəllib – Mütəllibin qulu deməkdir. İbn Xəşimdən əvvəl həcc ziyaretinə Mütəllib İbn Əl Manaf baxıb. Bəli, düz eşitdiniz. İslamdan əvvəl həcc ziyarəti olub, özü də Kəbəyə. Sonradan bu “peşə” Məhəmmed peyğəmbərin babasına keçib.

mekke.thumb.jpg.f9a4386e4649359b5c970726

Qureyş tayfasından olan Məhəmməd peyğəmber Məkkədə doğulub. Babası Abd Əl Mütəllib Məkkədə Kəbədə yerləşən Xubal tanrısı üçün həcc ziyarətinin təşkilatçısı olub. Hubal (Xubal) tanrısı ay tanrısı hesab olunur. İslama qədərki 360`dan çox tanrılar olan dövrdə ən öndə gedən tanrı Xubal sayılırdı. Hubal`ın bütünü isə bugün tanıdığmız Kəbənin içərisində yerləşdirilmişdi. Xubalın sağ əli qırılmış büt olduğu üçün Məhəmməd peyğəmbərin babasının təşkilatçılığı ilə həmin əl qızıldan hazırlanaraq bütə əlavə edilmişdi. Hubal qədim ərəbcədə “Xua-Baal” kimi deyilir. Hansı ki, “xua” – O, “Baal” – sahibimiz, tanri, boyuk tanri mənasını verir. Baal isə qədim Finikiya-Suriya, Assur-Babil tanrısı sayılır. Xua Baal – “O, bizim sahibimiz”, “O, bizim tanrımız” mənasında səslənir. Məhəmməd peyğəmbər islami Məkkəyə gətirəndən sonra 300`dən çox tanrını rədd etməklə yanaşı, Xubal`dan üstün Allah olduğunu qeyd edir ve tanrının Allah olduğunu təbliğ edir. Yuxarıda da qeyd olunduğu kimi Məhəmməd peyğəmbərin atasının adı Abd-Allah, yəni Allahın qulu deməkdir. Lakin Allah kişi cinsinə verilən ad olaraq ərəblərdə islamdan əvvəl də istadə edilib. Allah sözünün kökü isə El tanrısına gedib çıxdığını yuxarıda qeyd etmişdim. Və bu Xubal (Hubal) isə transformasiyaya uğrayaraq Hilal`a çevrilir. Xua-Baal > XuBal > Xibal > Hubal > Hilal.
Məhz bugün məscidlərdə yarımçıq ay simvolu sayılan Hilal Qureyş tayfası üçün ay tanrısı kimi qəbul olunan Xubal`ı tərənnüm edir.
0

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0