Sign in to follow this  
Followers 0
Asif Ata

İntellektinə görə bəşəriyyət tarixində ən ağıllı insan

1 post in this topic

Eksentrik vunderkind olan Vilyam Ceyms Sidis bir günə bir dil öyrənirdi, həftəyə isə cəmi 20 dollar qazanırdı. O, intellektual səviyyəsinə görə bəşəriyyət tarixinin ən ağıllı insanı hesab olunur. Belə ki, IQ əmsalı 250-300 arası hesab olunan yəhudi əsilli Vilyam Ceyms Sidis həm də dünya tarixinin ən ziddiyyətli şəxslərindən biri sayılır.

Qərbə mühacir edən rus yəhudisinin övladı Vilyam Ceyms Sidus hələ 18 aylıq olarkən əlifbanı öyrənib, 3 yaşında yunan dilini öyrənən Sids 8 yaşına çatanda artıq rus, ingilis, fransız, urdu, dillərində təmiz danışa bilirdi. 11 yaşında dünyanın ən nüfuzlu ali məktəbi olan Harvard Universitetinə daxil olur. Hələ tələbə ikən universitetin professorlarına dörd ölçülü obyektlər barəsində mühaziə oxuyur. 16 yaşında ikən Harvardın Hüquq fakültəsinə daxil olub. Bu hadisə fenomenal zəka sahibinin bütün həyatını dəyişib.

vilyam.jpg.bc1c95d397c61ffb5dd261b592392

20 yaşında kommunist ideyalarını qəbul edir. Siyasətə meyl onun bütün sonrakı uğurlarının üstündən xətt çəkir. Belə ki, çox keçmir Vilyam Ceyms Sidis siyasi və ateist dünyagörüşünə görə həbs olunur. Yalnız ailəsinin nüfuzu sayəsində həbsdən qurtularaq ev dustağı şəraitində yaşayır. Amma bu fakt ailəsinin və yaxınlarının ona olan güvənini və ümidlərinin itməsinə səbəb olur.

Sonradan atası da etiraf edəcək ki, bənzərsiz istedada sahib olan oğlu heç bir uğura çata bilmədi. Sidis 40 dil bilməsinə baxmayaraq cəmi 4 kitab yazır. O, kitabların da uğursuzluğundan sonra tamamilə elmdən uzaqlaşıb. Həftəsi 20 dollara ucuz bir yazıxanada katib kimi çalışıb.

46 yaşında vəfat edən Vilyam Sidis ömrünün sonuna qədər elmə yaxın getməyib. O, ölərkən uşaq vaxtı Sidisin heyranı olan Amerika mediası onu demək olar ki, yad etmədi. Çünki onların da fikrincə, bir günə bir dil öyrənmə potensialına malik olan Vilyam Sids bəşəriyyətin inkişafı naminə siyasətə və psixoloji depressiyaya baş qoşmamalı idi.

vilyam2.jpg.00290a2d9a0ab3f3858511f07a35

1

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0