Sign in to follow this  
Followers 0
Asif Ata

Çətir sui-qəsd vasitəsi kimi

1 post in this topic

1969-cu ildə bolqar dramaturq və dissident Georgi Markov İngiltərəyə qaçdı. Vətənində məruz qaldığı təqiblər onu bu addımı atmağa məcbur etdi. 
 
Tezliklə Londonda məskunlaşan Georgi, burada yerli bir qızla ailə həyatı qurur və BBC radio-stansiyasında işə düzəlir. O, heç vaxt ağlına gətirə bilməzdi ki, onun jurnalistlik fəaliyyəti öz ölkəsinə xəyanət kimi dəyərləndiriləcək. Georgi bir çox şeyi hələ sonralar anlayacaqdı.
 
cetir1.jpg.a00012e7e7e7b5c22517b8961de6e
 
Sadə bir gün idi – 7 sentyabr 1978-ci il. Georgi axşam növbəsində işləmişdi. Şəhərdə maşın üçün dayanacaq tapmaq xeyli çətinləşdiyindən, o, yaşıl “Citroen”ini Temzanın digər sahilində saxlamışdı. Saat 7-8 radələrində, vəziyyət nisbətən yaxşılaşanda, Georgi maşınını iş yerinə daha yaxın bir əraziyə çəkmək üçün radio-stansiyanın ofisindən çıxdı. 
 
İnsanların toplaşdığı avtobus dayanacağına tərəf irəlilədi. Və birdən ona elə gəldi ki, sanki kiminsə çətirinin uc hissəsi onun ayağına sancıldı. Çətirli bir şəxs xarici aksentlə ondan üzr istədi və yaxınlıqdakı taksiyə oturub gözdən itdi.
markov.jpg.061ec85c7c8e298ed9e9f0472b7dc
 
Markov ayağındakı sıyrıntı ilə bağlı heç nə xatırlamadı. Maşınına mindi, studiyaya qayıtdı, verilişini tamamladı və gec saatlarda evinə döndü.
 
Onun səhhəti getdikcə pisləşirdi. İki gün sonra yazıçı təcili olaraq London klinikalarından birinə yerləşdirildi.
Həkimlər Markovun bədənində tərkibində zəhərli maddə olan xırda kapsul tapdılar. Hadisədən dörd gün sonra Georgi Markov vəfat etdi. Bir neçə həftə keçəndən sonra digər bir müxalif bolqar yazar – Vladimir Kostov da eyni üsulla zəhərlənmişdi. Amma onun bəxti gətirdi və sağ qaldı. 
 
Cinayəti törədən qatilin kimliyi bilinmədi. Şübhələr uzun illər boyunca Bolqarıstan Gizli Servisinin üzərinə çevrildi. Markov bir müxalif idi, Bolqarıstanın keçmiş kommunist lideri Todor Jivkovu sərt tənqid edirdi. Çoxları cinayətin 7 sentyabrda – Jivkovun ad günündə törədildiyinin bir təsadüf olmadığını sübut etməyə çalışırdı. 
 
Bolqar polisləri şübhəli kimi Françesko Qullino adlı əslən italyan olan danimarkalı agenti saxladılar. Lakin əldə yetərli qədər dəlil olmadığından Françesko azad edildi. Dərhal evini sataraq, Danimarkanı tərk etdi və beləcə izini itirdi. 
 
2005-ci ildə Bolqarıstanın “Dnevnik” qəzetinin əməkdaşının ortaya çıxardığı gizli sənədlərə görə, qatil elə Françesko Qullinonun özü idi. “Picadilly” ləqəbli qatil 25 yaşında olarkən gizli servisə işə alındı, xüsusi hazırlıqlardan keçdi və 1978-ci ildə planlaşdırılmış sui-qəsdi törətmək üçün Londona göndərildi. Tapşırığın öhdəsindən uğurla gələn agent “Picadilly” ekzotik məkanlarda istirahət, 30.000 dollar nəğd pul və aylıq 5000 dollarlıq maaşla mükafatlandırıldı. 
 
gulino.jpg.8bcfb9700ee5a55a6862cf172673e
 
 
Françeskonu yenidən ələ keçirmək xeyli çətin idi. Cəmi üç il sonra, cinayət əhəmiyyətini itirdiyindən, onu tapmaq mümkün olsa belə, həbs edilməyəcəkdi. 
 
Sentyabrın 11-i Georgi Markovun sirli ölümündən düz 36 il ötəcək. Amma hələ də təqsirli qismində heç kəs həbs edilməyib. Bundan sonra qatilin aşkarlanması ehtimalı isə, demək olar, sıfıra yaxındır.
 
0

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0