Sign in to follow this  
Followers 0
Aynur Alimuradbeyli

Həyatınıza yeni bucaqdan baxmağı məcbur edəcək 3 buddist qanunu

1 post in this topic

buddha.jpg.a9c02fcfbc7d6fe697e2ff3a39bf6

Siz yoqa ilə məşqul olmaq və ya meditasiya ilə məşğul olmalı deyilsiz ki, həyatınıza buddizmin xüsusiyyətlərini qatasınız.

Ümumiyyətlə, buddizmin elementlərini həyatınıza qatıb-qatmamağı istəməyinizən asılı olmayaraq buddizmin bu 3 qanunu oxumaqla həyatınıza bir qədər fərqli baxa bilərsiniz.

1.Duxxka: Həyat əzablıdır və dərdlərlə doludu:

Məhz bu həqiqətə görə çoxları buddizmi neqativ və ya pessimistik din kimi qəbul edirlər. Təbii ki, burda təəccüblənəsi heç nə yoxdu, dinin 3 əsas qanunundan biri “həyatın əzab olduğunu” iddia edirsə, bunu düşünmək çox normaldı. Lakin bu həqiqətin mənası olduqca dərindi. Bu qanun bizə söyləyir: “Həyat çətindi və ona dözün”. Bundan başqa bəs o qanun bizə nə demək istəyir?

Qanun bizə demək istəyir ki, biz özümüz öz həyatımızı emosiyalara yol açaraq daha da əzablı və dərdlərlə dolu edirik. Bəli, bizim həyatımız qaçılmaz olan emosiyalarla və hisslərlə doludu: itkilər, kədər, yorğunluq, darıxdırıclıq... Bu hisslər gah gedir, gah gəlir, biz bununla heç nə edə bilmirik.

Həyatımızı gözləntilərə bağlamaqla biz özümüz üçün heç də xoş olmayan situasiyalar yaradırıq. Bu dərdlərdən azad olmağa çalışmaq əvəzinə, sadəcə onları qəbul edib və barışmaq daha asan olmazmı?

Siz bunu həyatınıza necə tətbiq edə bilərsiniz?

Fikirləşmək lazım deyil ki, sizin həyatınızda nəsə səhv gedir. Başa düşün ki, ölümlər, xəstəliklər, itkilər həyatın bir hissəsidi. Həyatı necə varsa elə qəbul etməyə çalışın. Ən əsas da həyatınızın təhlükəsiz və asan olmağı labüddür ideyasından əl çəkin- həm fiziki, həm də emosional cəhətdən.

Bütün dərdlər, itkilər, yaxınların ölümü, xəstəliklər- bizim həyatımızın ayrılmaz hissəsidir və onları görməməzliyə vursaq da, onlar var və onlardan yan qaça bilməyəcəyik. Həyatın ideal olmadığını anlayın və həyatın hər cür gedişinə hazır olun.

2.Anitya:
Həyat dəyişkəndir və daimi deyilAntiya qanunu bildirir ki, bizim həyatımız daima dəyişir. Biz keçmişdəki anı geriyə qaytara bilmərik. Hər gün bizim hüceyrələrimiz yenilənir, bizim fikrimiz və halımız dəyişir, havanın tempraturu artıb-azalır, gündüzlə gecə növbələşir. Həyatımızın hər saniyəsi yalnız indi baş verir və bir daha təkrarlanmır. Bu həmişə belədi.

Budda bu fikri ilk dəfə Qədim Yunanıstanda söyləyəndə filosof Heraklit bu sözləri başqa cür ifadə etmişdi: “Eyni çaya iki dəfə girmək mümkün deyil.” Bizim əlimizdə olan-yaşadığımız andı.

Siz bunu həyatınıza necə tətbiq edə bilərsiniz?

Həyatın dəyişkənliyini qəbul edin. Qəbul edin ki, hər şey daima dəyişir. Əgər bu haqqda yaxşıca fikirləşsəz başa düşərsiz ki, hər şey göründüyündən daha da gözəldi. Dəyişkənlik ideyası bəzən dəhşətli görünə bilər, lakin bu ideya bizə bizim əlimizdə olanların qədrini bilməyə, hər anı dəyərləndirməyə kömək edəcək.

3. Anatma: Biz daim dəyişirik.

Biz nəyəsə görə əminik ki, bizim ürəyimizdə və ya beynimizdə hardasa bizim özümüz gizlənirik və bu “özümüz” bizi biz edir, bizim ruhumuzu təşkil edir. Buddizm isə deyir ki, əksinə, heç bir “özümüz” yoxdu, bizi daima eyni adam edən bir şey yoxdu və biz daima dəyişirik. Doğrudur, bizim adımız, işimiz, vəzifəmiz var- bunlar insanları bir-birindən ayırmağa kömək edir və bizim biz olduğumuzu anlamağa kömək edir.

Lakin bizim daxili dünyamız dəyişkəndir, zaman keçdikcə biz dəyişirik.

Siz bunu həyatınıza necə tətbiq edə bilərsiniz?

“Özünüzü tapmaq” əvəzinə, özünüzü yaratmağa daha çox vaxt ayırın. Bizim dəyişkənliyimiz bizim gücümüzdü. Və özümüzü yaxşılığa doğru dəyişmək, gələcəkdə özümüzü necə görmək istəyiriksə, elə də olmaq bizim öz əlimizdədi. Hər bir yeni gün hər bir yeni “biz”ik.

0

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0