Posted 16 Jan 2016 Konfutsi şagirdlərinə dərs verirdi. Sinifə əlində dar uzun bir vaza ilə gəldi. Bütün tələbələrin görə biləcəyi şəkildə vazanı havada tutdu. Digər əlində də bir alma vardı . Almanı vazanın içində qoyduqdan sonra , vazanı yerə buraxdı və belə dedi ; - Almanı vazadan çıxarmağı bacaran şagird, almanı ala bilər. Şagirdlərdən biri atıldı və əlini vazanın dar ağızından içəri saldı. Almanı tutdu , çıxarmağa çalışdıqca alma əlindən düşdü. Üstəlik əlini vazaya sıxışdırdı , qışqırmağa başladı. Konfutsi ; - Almanı möhkəm-möhkəm tutmaqdan əl çəkməsən , əlini çıxara bilməzsən. Tələbə biraz daha çalışdı , almanı əlindən buraxmaq istəmirdi ; amma sonunda məcbur olaraq buraxdı. Əlini vazadan çıxardı. Konfutsidən soruşdu : - Almanı vazadan çıxarmanın bir yolu var mı ? Konfutsi , necə olacağını göstərimmi dedi və vazanı tərsinə çevirdi. Alma özbaşına vazanın içindən diyirlənib çıxdı. Şagirdlər həllin bu qədər sadə olduğunu görüb gülməyə başladı. Konfutsi , şagirdlərinə almanı göstərərək dedi ki : - Göründüyü kimi sadə deyil , bəzən buraxa bilmək daha çətindir. Əgər bir şeyi zorla tutursunuzsa , və bunun çatmaq istədiyiniz şeyə maneə törətdiyini görürsünüzsə , o zaman onu azad buraxmalısınız. Həyatın axışında bəzən çatmaq istədiklərinizə onları tutmağa çalışaraq deyil , onların sizə gəlmələrinə icazə verərək çata bilərsiniz. Bəzən ən doğrusu hadisələri öz axışına buraxıb müdaxilə etməməkdir. Problemlərə baxış bucağınızı dəyişəndə fərqli həllər tapa bilərsiniz. 1 Share this post Link to post Share on other sites