Sign in to follow this  
Followers 0
Ragnarök

80 ilə dünya su altında qalacaq

1 post in this topic

Qlobal istiləşmə səbəbindən əsrin sonlarına yaxın Arktikanın buzları yayda tamamilə əriyəcək. Bununla da şimal qütbündə buzun olmadığı 4 milyon il bundan əvvəlki şərait təkrarlanacaq.

Bu barədə proqnoz Barselona universiteti alimlərinin iştirak etdiyi beynəlxalq tədqiqatın dərc olunmuş nəticələrində yer alıb.

Norveç və Britaniyalı mütəxəssislərlə birgə Şpitsbergen adasından şimal-qərb istiqamətdə dəniz dibi çöküntülərdəki daşlaşmış yosunların və mikroorqanizmlərin kimyəvi analizini aparan alimlər pliosen dövrünün (2,5-5 milyon il bundan əvvəlki dövr) iqlim dəyişikliklərini izləyə biliblər. Nəticədə Arktikada buz təbəqəsinin 2,6 milyon il bundan əvvəl yarandığı aşkar olunub.

paleosen.jpg.108ef514ca0118b744e1adec6da

Tədqiqatın XXI əsrin sonlarında qlobal istiləşmə şəraitində planetimizin hansı şəklə düşəcəyini müəyyənləşdirmək məqsədi daşıdığını deyən Barselona universitetinin professoru Antonio Rosell paleosen dövrünün iqlimini məhz buna görə tədqiq etdiklərini bildirib.

Rosellin fikrincə, tədqiqatlar alimlərə XXI əsrin sonlarında yer kürəsinin iqlimi barədə konkret təsəvvürlər əldə etməyə imkan verəcək.

0

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0