Sign in to follow this  
Followers 0
Aynur Alimuradbeyli

Məktəblilərin Allaha məktubları

1 post in this topic

Əziz Allah
Məktəbdə sənin bütün gün nə elədiyini dedilər. Bəs sən
tətildə olanda işlərini kim görür?
Ceyn.

Əziz Allah,
Mən İncili oxudum. Amma doğmaq nə deməkdir? Heç kimmənə başa salmadı.
Elison.

Əziz Allah,
Sən doğrudan gözəgörünməzsən, yoxsa bu nəsə oyundu?
Lusi.

Əziz Allah,
Düzdür ki, mənim atam evdə pis sözlər işlətsə, cənnətə
düşməyəcək?
Anita.

Əziz Allah,
Sən zürafənin həqiqətən belə görünməyin istəyirdin,
yoxsa təsadüfən belə alınıb?
Norma.

Əziz Allah,
İnsanların ölməyinə icazə vermək və yenilərini yaratmaq əvəzinə niyə olanları həmişəlik sağ saxlamırsan ki?
Ceyn.

Əziz Allah,
Ölkələrin sərhədlərini qələmlə kim çəkir?
Nen. Əziz Allah, Mən toya getmişdim, onlar kilsədə öpüşdülər. Bu normaldı, səncə?
Neyl.

Əziz Allah,
Sən “başqalarının sənə necə davranmağını istəyirsənsə,
sən də onlara elə davran” demisən? Demisənsə, gedim
qardaşımı düzəltməyə çalışım.
Darla.

Əziz Allah,
Balaca qardaşa görə çox sağ ol, amma mən küçük üçün
dua eləmişdim.
Coys.

Əziz Allah,
Bütün tətil boyu yağış yağdı və atam çox hirsləndi! Sənin
haqqında insanların deməli olmadıqları sözlər dedi, amma mən ümid edirəm ki, sən buna görə onu incitməyəcəksən.Sənin dostun (Amma sənə adımı demək fikrim yoxdur)

Əziz Allah,
Xahiş edirəm, mənə poni göndər. İndiyə qədər səndən heç nə istəməmişəm, xahişimə baxa bilərsən.
Brus

. Əziz Allah,
Mənə Ələddinin çırağı kimi çıraq göndərsən, sənə istədiyin hər şeyi verərəm. Pullarım və şahmat dəstimdən başqa.
Rafael.

Əziz Allah,
Mən böyüyəndə atama oxşamaq istəyirəm, amma
bədənimin hər yerində o qədər tük olmasın.
Sem.

Əziz Allah,
Məncə, stepler sənin ən dahiyanə ixtiralarındandı.
Rut.

Əziz Allah,
Mən dua etmədiyim vaxtlarda da sənin barəndə
düşünürəm.
Eliot.

Əziz Allah,
Mərcə gələrəm ki, dünyadakı bütün insanları sevmək
sənin üçün çox çətindir. Mənim ailəmdə 4 nəfər var və
mən bunu heç vaxt bacarmamışam.
Nen.

Əziz Allah,
Qardaşım mənə doğulmaq haqda danışıb, amma bu, nəsə qulağa xoş gəlmir. Onlar zarafat edirlər, hə?
Marşa.

Əziz Allah,
Bazar günü kilsəyə gələndə mənə baxsan, sənə təzə
ayaqqabılarımı göstərəcəm.
Mikki.

Əziz Allah,
Mən də İncildəki oğlan kimi 900 il yaşamaq istəyirəm.
Kris.

Əziz Allah,
Mən oxumuşam ki, Tomas Edison işığı kəşf edib. Amma
məktəbdə deyirlər ki, işığı sən yaratmısan. Deyəsən axı o,sənin ideyanı oğurlayıb?!
Donna.

Əziz Allah,
Məncə, heç kim səndən daha yaxşı Allah ola bilməzdi. Bil
ki, bunu sənə indi Allah olduğun üçün demirəm.
Çarlz.

Əziz Allah,
Mən heç bilməzdim narıncı ilə bənövşəyi bu qədər gözəl görünə bilərlər, ta ki çərşənbə axşamı yaratdığın qürubu görəndən sonra! Çox gözəl idi!
Evgeni.

1

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0