Sign in to follow this  
Followers 0
Asif Ata

Yeni orqanizmlərin yaranmasına gətirib çıxardan DNT və RNT olmadan həyatın yaradılması

1 post in this topic

Alimlər təbiətdə mövcud olmayan, süni üsulla yaradılmış genetik materialla yeni zülallar yaradıblar. Genetik material kimi təbiətdə mövcud olmayan yeni molekullardan istifadə ediblər. XNT (XNA) adlanan yeni sintetik material DNT kimi informasiya saxlamaq və təbii şəraitdə yeni zülallar yarada bilmək imkanına malikdir. DNT və RNT olmadan özü özünü çoxalda, təbii seçmə apara, təkamül keçirə bilir. Üstəlik yaradılan yeni ferment, katalizatorlar DNT-nin yaratdığından daha davamlılığı ilə seçilir.

Alimlər bu yolla DNT, RNT olmadan təbiətdə mövcud olmayan yeni organizmlərin yaradılması, yeni fermentləri əldə etmək imkanına malik olduğunu deyir. Bu həm də xərçəng xəstəliyində yeni davamlı katalizatorların əldə ediləciyini açıqlayıb.

Bu kəşf başqa planetlərdə həyatın olmasına yeni bir baxış bucağı açıldığı da qeyd edilir. Yəni başqa planetlərdə həyatın olması üçün Yer kürəsinin analoqu olmasına ehtiyac yoxdur və təsəvvü etmədiyimiz molekullardan həyat formalaşa bilər.

Kəşflə bağlı ətraflı məlumat Nature jurnalında dərc olunub.

0

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0