Sign in to follow this  
Followers 0
Ilkin Jafarov

Təbii seçmə insanlara təsir edirmi?

1 post in this topic

İnsanların təkamülünün dayandığı doqması tamamilə reallıqdan uzaqdır. Bizim təkamülümüz keçmişdə olandan da daha sürətlidir, 7 milyarddan çox nümayəndəsi olan növümüz sayəsində. Bəs bizim kimi inkişaf etmiş və yüksək texnoloji üstünlüklərə malik olan bir növə təbii seçmə təsir edə bilərmi? 
 
Cavaba əminliklə hə deyə bilərik. Texnoloji üstünlüklərimiz olsa da, təbii seçmə tamamilə dayanmayıb. Bir çox ssenari göstərmək olar. 
 
Məsələn, insanlar ilk başdan dəniz səviyyəsində təkamül ediblər. Ona görə də bizim üçün yüksək hündürlüklərdə yaşamaq problemdir, bədənimizə yetərincə oksigen qəbul edə bilmirik. Dəniz səviyyəsindən 4000 metr yuxarıda bizə artıq yüksəklik xəstəliyi təsir etməyə başlayar, bir sözlə o hündürlükdə olmaq bizə yaxşı təsir etməz. Lakin yüksək hündürlüklü yaylalarda yaşayan Tibetlilər üçün bu problem deyil. Onların bədənləri artıq buna adaptə olub. EPAS1 adlı bir gendə olan mutasiya, o gen ki, qırmızı qan hüceyrələrinin istehsalını idarə edir, onlara bu avantajı verib. Genin özünü ifadə etməsi 87% olduğundan, bu Tibetlilərə imkan verir ki, bədənləri oksigenin qəbulu ilə məşğul olarkən qırmızı qan hüceyrələrinin sayını azaltsınlar. Onlar cəmi 2750 ilin içində EPAS1 genində olan mutasiya sayəsində yüksək hündürlüklərdə üstünlük qazanırlar. 
 
Lakin yüksək hündürlüklərdə yaşayanlar tək Tibetlilər deyil. Cənubi Amerikanın Andes-də yaşayan əhali də bu problemi yaşayırlar. Biz Tibetlilərin EPAS1 genini onlara asanlıqla yerləşdirə bilmədiyimizdən, Andeslilər başqa bir çıxış yolu tapıblar. Dəniz səviyyəsində yaşayan insanlar qırmızı qan hüceyrələrini çox istehsal edirlər ki, daha çox oksigen qəbul edə bilsinlər. Perulu Andesdə yaşayan insanlarda isə bu sayı daha çoxdur. Onlar bədənlərinə az oksigen qəbul etməsinə qarşı olaraq öz qan hüceyrələrinin sayını artırırlar. 
 
İki oxşar yerlərdə yaşayan əhali və fərqli təbii seçmə həlləri. Təbii seçmənin insanlara təsiri əvvəlki kimi olmasa da, indi də var. Buna bənzər bir neçə də misal göstərmək olar. Hətta bizim xəbərimiz olmadan da gedən təbii seçmə prosesləri var.
0

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0