Sign in to follow this  
Followers 0
Aynur Alimuradbeyli

Kapibaranın balıq elan edilməsi

1 post in this topic

Kapibara dünyanın ən böyük gəmirici heyvanı sayılır. 50-60 sm-ə qədər boyu olur. Uzunluğu da 1.30-1.45 m arası dəyişir. Güclü gəmirici olan kapibaralar şəhərlərdə elektrik kabellərini gəmirərək elektrik problemlərinə səbəb olur. Həm suda, həm quruda yaşaya bilən heyvandı. Elə bu xüsusiyyətinə görə tarixdə baş vermiş bir hadisəyə səbəb olub.

kapibara.jpg.5ebf6a4ab8e8fe84cfaa8f0f2f6

Orta əsrlərdə kilsə tərəfindən üzə bilən heyvan olduğu üçün rəsmən balıq elan edilmişdir. Katolisizmdə oruc ət və yağ olamayan məhsullarla qidalanmanı nəzərdə tuturdu. Bu dövrdə ya bitki mənşəli, ya da balıqla qidalanmağa icazə verilirdi. Amma kilsə bu qadağaları yumşaltmaq üçün bəzən ağlasığmaz kimi görünən addımlar  atırdı. Təxminən 300 il əvvəl katolik kilsəsi üzə bilən gəmirici-kapibaranı balıq elan etməklə onun ətini oruc zamanı yeməyə icazə vermişdir. 

1

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0