Posted 2 Feb 2016 7 cəbri əməldən vurmanın tarixi üslullarından 2-nə baxaq( Rus kəndli üsulu və Qısqanclıq və ya qəfəsli vurma ).Qeyd edim ki,bu əməliyyatlar təkamül keçməsi ilə yanaşı orta əsrlərdə bu əməlləri yalnız tək-tük aristokratlar,hətta Avropa universitetlərini qurtarsalar belə,vurma cədvəlini bilmək və əməliyyatı yerinə yetirməklə öyünə bilərdilər.... Qısqanclıq və ya qəfəsli vurma -İtalyan Luka Paçolinin öz "Hesab,nisbətlər və mütənasibliyə dair biliklər məcmusu"traktatından vurmanın 8 müxtəlif metodundan biridir. Tutaq ki,1998 ədədini 987-yə vururuq.Bunun üçün kvadratlara bölünmüş düzbucaqlı çəkirik.Lakin çəkərkən vurulan və vuranın mərtəbələrinin sayı qədər eninə və uzununa damalara bölməliyik.Daha sonra bu damalar diaqonal boyunca bölünür və "...qəfəs taxma-jalüzlərə oxşayan mənzərə alınır"- Paçoli yazır.-Belə jalüzlər Venasiya evlərinin pəncərələrindən asılaraq,küçədən keçənlərin pəncərə önündə əyləşən xanımları və rahibləri görməmələrinə mane olurdular". Şəkildən goründüyü kimi cədvəlin yuxarısına 987,soluna isə 1998 yazaq.Matrislərin vurulmasına bənzər şəkildə 1998-də hər mərtəbədə yerləşmiş ədədi 987-ni təşkil edən 9,8və7-ə vuraq və üfuqi şəkildə dolduraq.Ancaq hər dəfə vurma əməliyyatında alınan hasili kvadratın diaqonalla bölünməsindən alınan düzbucaqlı üçbucaqlardan aşağıda yerləşəndə elə yazmalıyıq ki,onluq mərtəbədə yerləşən bura düşsün,təklik isə yuxarıda yazılsın.Əgər vurma əməliiyatında onluq mərtəbə yoxdursa,aşağı üçbucaqda "0"yazırıq.Və son olaraq hər diaqonal boyunca ədələri toplayıb alınan nəticəni sol küncdən yuxarı sağ küncə oxunur -1972026 Rus kəndli üsulu ilə vurma əməliyyatı Üsul Rusiyada bir sıra quberniyaların kəndliləri arasında yayılmışdı.Bu üsulun üstünlüyü ondadır ki, burda yalnız 2-ə vurmağı və bölməyi bilmək tələb olunur.Yəni durub 1-dən 10-a qədər vurma cədvəlini əzbərləmənizə ehtiyac yoxdur ! Tutaq ki,yenə 1998-i 987-ə vuracaqsız.Bunun üçün bu ədədlərdən ürəyiniz istədiyini götürüb Solda digərini də ondan aralıda amma yanında yazırsız.Sonra Soldakını 2-ə bölürsüz və alınan nəticəni aşağıda yazırsız.Alınan nəticəni yenidən 2-ə bölünb altda yazırsız,qalıqlar isə atılır.Və bu əmaliyyat qismətdə 1 qalanədək davam edilir.Lakin bunu edərkən hər dəfə böldüyünüz zaman sağdakı ədədi də 2-ə vurmalısız.Alınan nəticəni altdan yazıb yenidən 2-ə vurursuz və solda 1 qalanədək bu əməliyyatı davam edirsiz.Daha sonra Solda sonu cütlə bitənləri silirsiz və sağda həmin silinənlərin yanında yerləşənlər xaric qalan hamısı toplanır və nəticə -1972026. Əyani göstərsəm : 987 1998 493 3996 246(cütdür) 7992(silinir) 121 15984 61 31968 30(cütdür) 63936(silinir) 15 127872 7 255744 3 511488 1 1022976 ---------------------------------------------- 1972026 0 Share this post Link to post Share on other sites