Sign in to follow this  
Followers 0
Muxo

Seo nədir və nə işə yarayır?

1 post in this topic

SEO-nun əsas işləyişi nədir?

SEO-da iki əsas ünsür vardır. Sayt daxili SEO və Sayt xarici SEO.

 

 

Sayt içi SEO

 

  • Sayt içi SEO-nun məqsədi səhifədə olan məlumatları düzgün formada yerləşdirmək və səhifəyə gələn ziyarətçiləri məmnun etmək üçün zəngin içəriyə malik olmasıdır. Məsələn almalı piroqun necə hazırlandığını başa salan bir məqalə hazırladığımızı fikirləşək.
  • Bu yazının ilkin olaraq başlığı olmalıdır.
  • Başlığın içində açar kəlimə olmalıdır. Məsələ Almalı piroq necə hazırlanır vəya Almalı piroq hazırlamaq qaydası.
  • Daha sonra reseptinizi 300 kəlimədən az olmayacaq şəkildə və səliqəli paraqrafalara bölünmüş halda başa salmalısınız.
  • Mövzu ilə əlaqəli ən az bir şəkil olmalıdır. Şəkillər üçün HTML bölməsində Title və Alt bölməsinə məlumatlar yazılmalıdır.
  • Saytınızın içindəki hər hansı bir yazıya vəya hər hansı bir digər sayta link vermək də önəmlidir. Belə olduqda saytınız axtarış motorları tərəfindən daha çox seçiləcəkdir.

 

 

Sayt xarici SEO

Sayt xarici SEO əsas olaraq digər saytlardan sizin saytınıza verilmiş linklərdir. Yəni BackLink olaraq adlandırdığımız termindir. Axtarış motorlarına görə bir sayta nə qədər çox backlink verilmişsə bu sayt o qədər məşhur və güvənli sayt deməkdir. Ancaq burda da bir çox xətaya düşənlər var. Bəziləri qısa zamanda saytı üçün yüzlərlər backli alaarq süni şəkildə saytın reytinqini artıqmağa çalışmaqdadır. Hətta bunun üçün pullu servislər də vardır. Lakin başda Google olmaqla axtarış motorları bunun qarşısını almağa çalışırlar. Əgər belə bir şey etmək istəsəniz saytınızı populyarlığı və güvənliyi axtarış motorları nəzərində dəyərsiz qalacaq. Bəs özümüz rahat şəkildə necə backlink ala bilərik. Bunun sadə yolları vardır. Digər məqalə səhifələrində saytınızda olan hər hansı bir məqaləni paylaşa bilərsiniz vəya sual cavab səhifələrində və forumlarda qeydiyyatdan keçərək şərhlər yazaraq backlink ala bilərsiniz.

 

 

 

SEO öyrənməyə hardan başlaya bilərəm?

SEO öyrənməyə başlamaq üçün bir çox məqalə tapa bilərsiniz. Ancaq bunlardan ən çox işə yarayacaq olanı Google-un öz səhifəsində paylaşdığı məlumatlardır.

 

Mənbə: texnoblog.az

0

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0