Sign in to follow this  
Followers 0
Muxo

7 dəqiqəlik SEO auditini necə apara bilərsiniz?

1 post in this topic

İlk vaxtlar bu, bir qədər daha artıq, məsələn, 15-20 dəqiqə zamanınızı alsa da, prosesə bələd olduqca, təkrak-təkrar yerinə yetirdikcə, saytınızın mütəmadi SEO auditi üçün artıq 5-7 dəqiqə də kifayət edəcək. Ən önəmlisi isə əlinizdə praktik şablonun (hərəkət planının) olmasıdır ki, işinizi asanlaşdırsın.

seo-audit.png.3b6e827742ad415a4f07a289da

Qeyd: Onu da qeyd edək ki, saytın genişmiqyaslı, taməhatəli SEO auditi, xüsusən sayt zəngin kontentə malikdirsə, kifayət qədər irihəcmlidirsə, müəyyən zaman alır və bu hesabatı hazırlamağın özünəməxsus mürəkkəblikləri mövcuddur. Amma bu təlimat xarakterli məqalədə internet marketinq aləmində yeni başlayanlar üçün sadə Audit planını açıqlayırıq:

7 Dəqiqəlik SEO (Axtarış Sistemlərində Optimizasiya) Auditi Zamanı:

Aşağıdakı addımları ardıcıl yerinə yerinə yetirmək gərəkdir:

1. Ziyarətçi Sayına Baxış

http://www.semrush.com saytına daxil olub orada saytınızın domenini qeyd edin. Bu onlayn vasitədən istifadə üçün qeydiyyatdan keçmək tələb olunmur.

yahoo.thumb.png.c4a2cbd3a56a9048cbb6fac5

Qeyd edim ki, bu onlayn alətdən daha çox ingilisdilli ölkələr üzrə SEO auditi apararkən istifadə etmək məqsədəuyğundur. Belə ki, saytınıza gələn ziyarətçilərin mənbəyini, eləcə də top 5 açar sözü və onlar üzrə Google-da yüksək pillədə olan rəqib saytları göstərən Semrush-ın məhdud ölkə siyahısında Azərbaycan təəssüf ki, yoxdur. Ona görə də azerinet-də mövcud saytınız barədə ətraflı da olmasa, müəyyən zəruri analitik məlumatları əldə edə bilərsiniz.  Biz nümunə olaraq milli.az xəbər saytını götürdük ki, qismən də olsa, daha ətraflı analitik göstəriciləri əyani olaraq sizə nümayiş etdirək.

milli_az.thumb.png.443cda67174416eacae5e

Amma istənilən saytın traffikinə (ziyarətçi sayına) nəzər salarkən aşağıdakı suallara cavab tapmaq önəmlidir:

  • Axtarış həcmi nə qədərdir? (Search Volume)
  • Bu göstərici artır, azalır, yoxsa stabil olaraq qalıb?
  • Top orqanik açar sözlər (organic keywords) hansılardr və onların axtarış sistemlərində cari mövqeyi nədən ibarətdir?
  • Rəqib (competitor) saytlar hansılardır? Onlar Google-da hansı mövqeyi tutublar?

 

Aşağıdakı 2 nümunəyə nəzər salın və öz saytınız üçün də ilkin baxış keçirin:

reqib1.thumb.png.e9f8ce21e7d78c2056cc394

reqib2.thumb.png.e0b5c3f6c9d771e26361ccf

Gördüyünüz kimi, SEMRush həmçinin sayta yönəlmiş linklərin (keçidlərin) sayını, mənbəyini, rəqib saytların ziyarətçi sayını, axtarış sistemlərində mövqe tutduğu top açar sözləri və s. digər göstəriciləri də aydın şəkildə açıqlayır.

SERP-də Görünüş

SERP (Search Engine Result Pages) – ingilis dilindən tərcümədə Axtarış Nəticələrindən ibarət Səhifələr deməkdir.

Beləliklə, vebsaytınızın axtarış səhifələrində görünüşü (SERPs Appearance) barədə məlumat əldə etmək üçün Google.az-da aşağıdakı kimi axtarış sorğusu verin:

a) Brend Ad və Brend Ad + Yerləşdiyi Ərazi:

https://www.google.az/#q=Brend

https://www.google.az/#q=Brend+mekan

Yuxarıdakı linklərdə uyğun olaraq öz brendinizin adını və məkanını qeyd edin və brauzerdə açın. Nümunəyə nəzər salın:

https://www.google.az/#q=milli

milli.png.8982c12d9ccd5581391664e1554aa1

Bu mərhələdə aşağıdakı suallara aydınlıq gətirmək gərəkdir:

  • Brendiniz, saytınızın domen adı ən birinci mövqedə görünürmü?
  • Saytınıza aid bölmələrin linkləri görünürmü? Görünürsə, onlar saytınıza tam müvafiqdirmi? Saytınızın və onun kateqoriyalarının başlıq və təsvirləri nə dərəcədə aydın görünür?
  • Axtarış səhifəsində brendinizin ilkin görünüşünə nəzər salanda, nələr çatışmır?

b) Site:əsasdomen

yoqam.png.a7bc96871425b005dfbad500a81077

Nümunəni öz domeniniz üzərində təkrar edin və aşağıdakı suallara cavab verin:

  • İndeksdə neçə səhifə görünür? (Yəni Google axtarış sistemi vebsaytınızın mövcud səhifələrinin neçəsini qeydə alıb onları onlayn rejimdə göstərir?). Bu göstərici azdırmı, çoxdurmu yoxsa qənaətbəxşdirmi?
  • Başlıqlar yaxşı yazılıbmı və açar sözlərdən (keyword) istifadə olunubmu?
  • Çoxlu təkrar açar sözlər görürsünüzmü?
  • Başlıqlar mənatutumlu və cəlbedicidirmi? Siz bir ziyarətçi kimi onlara klikləmək (tıqlamaq) istərdinizmi?

2. Texniki Faktorlar

İlk növbədə, saytınızda robots.txt faylının olub-olmadığı aydınlaşdırılmalıdır. Saytın kökündə yerləşən robots.txt faylında saytınızın elə hissələri göstərilir ki, siz onların onlayn axtarış robotları tərəfindən aşkarlanmasını istəmirsiniz.

Robots.txt Faylına Dair Aydınlaşdırın:

  • Saytınızda robots.txt faylı mövcuddurmu?
  • Robots.txt gizlətməməli olduğu kontenti yanlış olaraq bloklaşdırıbmı? Bundan əmin olun.
  • Həmin fayl saytınız barədə hakerlərin sui-istifadə edə biləcəyi hər hansı məlumatı göstərirmi?

Kanonikal Problemləri (Canonical Issues) Nəzərdən Keçirin:

Brauzerdə saytınızı aşağıdakı qaydada açın:

http://domain.com
http://www.domain.com
http://domain.com/index.html

Bu texniki amilləri yoxlamaq sizə mürəkkəb görünürsə, bunu daha sadə yolla aşağıdakı onlayn alətdən istifadə etməklə yerinə yetirə bilərsiniz:

http://seositecheckup.com/tools/url-canonicalization-test

seosite.thumb.png.046a119253b61a5d45a317

Nümunə sayt kimi texnomedia.com Texnologiya Xəbərləri Portalını yoxladıq (pulsuz versiya bir qədər gec yoxlayır, ona görə səbirli olun və axıradək gözləyin):

Bu Mərhələnin Ümumi Sualları:

Hər addımda saytınız normal açılırmı?

Açarkən saytınız domain.com-dan www.domain .com-a 301 redirect ilə keçirmi? 301 redirectSEO dilində desək, veb brauzer və axtarış sistemlərinə saytınızın və ya onun hər hansı səhifəsinin daimi olaraq yeni bir ünvana köçdüyünü bildirmək metodudur.

(Bu texniki amillər barədə daha ətraflı ayrıca bir məqalədə açıqlama verəcəyik).

 

4. Ümumi Görünüş

Ana Səhifəyə Baş Çəkin.

  • Bunun üçün ilk olaraq, Moz SEO Toolbar  alətini kompüterinizə yükləyin (Chrome və Firefox versiyaları mövcuddur).
  • Daha sonra brauzerdə saytınızın ana səhifəsini açın: yuxarıda M işarəli alət panelini görəcəksiniz. Orada lupa işarəsinin üzərinə gələrək açılan menyuda page elements-i seçin. Belə bir pəncərə açılacaq və orada veb səhifənizin cari axtarış sistemləri üçün optimiziyasiya (SEO) səviyyəsini görəcəksiniz.
  • Moz SEO Toolbar-da görünən sayt başlığı və təsvirinə nəzər salın. Onlar yaxşı oxunurmu və açar sözlərə uyğun optimizasiya edilmişdirmi?
  • H1 teqi mövcuddurmu? O, səhifənin başlığına uyğundurmu? Tərkibində səhifənin əsas açar sözləri varmı?
  • Web Developer Toolbar aləti ilə saytınızdakı şəkillərin alt teqlərini (image alt tag) yoxlayın.

moz-seo-toolbar.png.93d7b2f8f69ef528227e

 

5. Kontent

  • Saytınızda naviqasiya əlverişlidirmi? O, ierarxikdirmi?
  • Səhifə linklərində unikal açar sözlər mövcuddurmu?
  • Naviqasiyadan 3 səhifə seçin və onları analiz edin. Analiz edərkən hər birini 1-dən 5-ədək şkala sistemi ilə qiymətləndirin və sonra verdiyiniz qiymətin nə üçün məhz o qədər olduğu barədə özünüz üçün qeydlər aparın. Özünüzə sual verin: bu səhifədəki yazı, kontent diqqətçəkəndirmi?
  • Əgər saytınızda onlayn mağaza varsa, məhsul və alış-veriş səbətindən ibarət bir neçə səhifəyə baş çəkin. Onlar yaxşı hazırlanıbmı? Unikal açar sözlər tətbiq olunubmu?
  • Bir ziyarətçi kimi saytınızda bloq, resurslar və ya digər vacib səhifələri asanlıqla tapa bilirsinizmi?
  • Bir sözlə, bu saytda rast gəldiyiniz kontent maraqlıdırmı? Ziyarətçi kimi onu başqaları ilə paylaşardınızmı?
  • Sosial media linkləri aydın görünürmü? Xüsusən hər bir kontent səhifəsində bu keçidlər tətbiq olunubmu?
  • Əgər bloq mövcuddursa, oradakı yazılar tez-tez yenilənirmi? Aktualdırmı? Şərhlər və ya sosial media bəyənmələri, paylaşımları (likes, shares) mövcuddurmu?
  • Ümumilikdə, saytın dizaynı gözəl olmaqla yanaşı, istifadəçi üçün rahatdırmı?
  • Haqqımızda, Əlaqə, Məxfilik Siyasəti (Privacy Policy), İstifadə Şərtləri (Terms of Service) və digər vacib səhifələr mövcuddurmu?

 

6. Saytınız Nə Dərəcədə Sanballıdır? (İnternetdə Tutduğu Mövqe)

Ahrefs.com səhifəsinə baş çəkin. Orada pulsuz qeydiyyatdan keçin.

ahrefs.thumb.png.7616dd7f598515b23c0033f

  • Ahrefs Domen Mövqeyinə (Ahrefs Domain Rank)  diqqət edin: yüksəkdirmi, aşağıdırmı yoxsa ortadırmı?
  • Sayta yönəlmiş nə qədər keçid link və domen mövcuddur? Onların bir-birinə nisbəti 10%-dir yoxsa daha qaneedici göstəricidir?
  • Qrafikdə mailliyə diqqət et: Xəttdə enmələr yoxsa yüksəlmələr daha çoxdur?

Hətta bu analizi SEMRush-da audit zamanı qarşılaşdığınız top 3 rəqib saytın üzərində də apara bilərsiniz. Sonda onların ahrefs göstəriciləri ilə öz saytınızın nəticələri arasında nə qədər fərq olduğuna nəzər salın.

referring_pages.thumb.png.ff0fa1649d5e15

Hətta bu mərhələdə ahrefs-i tamamlayan iki digər pulsuz onlayn alətdən Open Site Explorer və Majestic-dən də istifadə edə bilərsiniz. Onlar da mahiyyət etibarilə eyni göstəriciləri analiz edib sizə bildirəcək: saytınıza gələn link sayı, mənbəyi, linklərin tərkibindəki açar sözlər və s. Əgər bu iki resursun yekun göstəriciləri ahrefs-də aldığınız rəqəmlərdən kəskin fərqlənirsə, demək ki, saytınıza gələn keçidlərdə müəyyən problemlər mövcuddur. Gərəksiz linklər aradan qaldırılmalı və ümumiyyətlə, vebsaytınızın link profili (backlink profile) təmizlənməli və gücləndirilməlidir.

 

7. Sosial Media

Google.az – da aşağıdakı axtarış sorğularını ayrı-ayrılıqda verin:

Brend adı + Facebook
Brend adı + Twitter
Brend adı + LinkedIn
Brend adı + Google+

Brendiniz bu sosial media saytlarında görünürmü? Bu sosial şəbəkələrdə saytınızın ayrıca səhifəsi varmı?

Hər bir sosial media səhifəsinə baş çəkin:

  • Akkaunt və biznes səhifə məlumatı səhihdirmi?
  • Dizayn elementləri yerli-yerindədirmi?
  • Mütəmadi olaraq yeni kontent əlavə olunurmu?
  • Kontent maraqlıdırmı, cəlbedicidirmi?
  • İstifadəçilər şərhlər, bəyənmələr, paylaşmalar və s. etməklə sizin brendə olan marağınıöstərirmi?

 

Nəticə:

Bu 7 mərhələli sadə SEO analizindən sonra, vebsaytınızın internetdə tutduğu ümumi yeri və mövqeyi sizə bəlli olacaq. Artıq bu auditdən sonra hansı sahələr üzərində yenidən işləmək lazım gəldiyini müəyyənləşdirmiş olacaqsınız.

Bir daha qeyd edim ki, bu sadə analiz taməhatəli SEO auditi əvəz etmir. Amma bu asan, qısamüddətli audit sizə ilk dövrdə kifayətdir ki, saytınızın performansını həm keyfiyyət, həm də kəmiyyət baxımından yüksəldərək biznesinizə ilk onlayn satışlar cəlb edə biləsiniz.

Mənbə: ebusiness.az

0

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0