Sign in to follow this  
Followers 0
Aynur Alimuradbeyli

Mobil telefonlar hansı onurğa patologiyasına səbəb olur?

1 post in this topic

Müasir günümüzdə demək olar ki hər kəs günün böyük hissəsini mobil telefonlarla keçirir. Bu da insanı eyni formada dəqiqələrcə dayanmasına, hərəkətsizliyə, boynun davamlı şəkildə aşağı əyilməsinə səbəb olur. 20-30 yaşında adətən boyundakı problemlər hiss olunmasa da, yaşa dolduqca əksəriyyətimiz onurğada sızıldayan ağrıların artdığını, hərəkətin azaldığını müşahidə edirik. Mobil telefonlar bu patologiyanın yaranmasında mühüm rol oynayır.

mobil.jpg.6b64c7a4077be2e3803576e6f29415


Amerika alimləri müəyyən ediblər ki, mobil telefonlardan müntəzəm istifadə edilməsi onurğanın yükünü artırır. Sosial şəbəkələrdə yazışma, elektron poçt, saytlara baxış iki saatdan dörd saatadək vaxt aparır. Bu zaman baş qeyri-təbii pozada olduğundan onurğanın boyun və döş qəfəsi hissələrinə daha çox ağırlıq düşür.


Başın qarşıya doğru əyilməsi boyun üçün əlavə yük yaradır və onurğanın, fəqərələrarası disklərin bağlarının köhnəlməsinə gətirib çıxarır. Alimlər belə bir misal göstərirlər: insan başını 60 dərəcə aşağı əydikdə onurğaya düşən əlavə yükün ağırlığı 27 kiloqrama çata bilər. Smartfondan adi qaydada istifadə olunduqda (başın mailliyi 15-30 dərəcə olduqda) yük 12-18 kiloqram artır.


Alimlər hər bir insana öz sağlamlığına diqqətlə yanaşmağı və telefondan istifadə edərkən onurğaya diqqət yetirməyi məsləhət görürlər.

0

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0