Sign in to follow this  
Followers 0
Asif Ata

Yatdığı yerdə göstərildiyi üçün 10 milyon dollar təzminat istədi

1 post in this topic

«New York Yankees» beysbol komandasının azarkeşi oyun zamanı onu yatrkən çəkib, təhqiramiz sözlərin müşayiəti ilə göstərən “ESPN” kabel kanalıdan 10 milyon dollar təzminat istəyib. 

Endryu Robert Rektor Bronks ali məhkəməsinə “ESPN”in oyun şərhçiləri Den Şulman və Djon Kruka qarşı iddia ərizəsi göndərib. Rektorun bildirdiyinə görə canlı yayımda şərhçilər onu “gombul” və “axmaq” adlandırmaqla təhqir ediblər. İddiaçının ərizəsində bildirilir ki, 13 aprel onun komandası ilə “Boston Red Soks” arasında gedən oyunda həqiqətəndə o “bir müddətlik” yuxuya gedib. Bu zaman şərhçilər onu görən kimi “bunu milyonlarla insanın eşidəcəyini bilərək” üzərinə "şifahi xaç yürüşü" ediblər.

espn.jpg.768c2bff13394dd7b88850a0ff7ce62

Bundan əlavə iddiaçının bildirdiyinə görə eyni təhqiredici sözlər növbəti gün Əsas Basketbol Liqasının (MLB) rəsmi saytında da dərc edilərək onun hüquqlarına toxunulub.

Qəsdən təhqir edildiyini iddia edən Rektor “emosional pozğunluq” yaşadığını deyib. 

Qeyd edək ki, iddia ESPN ilə yanaşı, həmçinin beysbol liqası və «New York Yankees» komandasına qarşı yönəlib.

0

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0