Sign in to follow this  
Followers 0
Asif Ata

Kainatda həyatın yaranma ehtimalı (volume2)

4 posts in this topic

"The Theory Of Everything" səhifəsi yaradılışı təbliğ edən səhifədir. Admini mənim "Kainatda həyatın təsadüfən yaranma ehtimalı" adlı videoma cavab hazırlayıb. Elnur (həmin səhifənin admini) videosunda yaxşı misallar çəkdi. Amma bu misallar bir başa mənim iddimı təstiqləyən kimi arqument hesab edilir, yaradılış iddiasını ortaya atacaq biri üçün bu misallar əslində məntiqi xəta olmalı idi.

Mənim videom:

 

Elnurun videosu:


Məsələn, deyir ki, təsəvvür edin sizin bir komputeriniz var və 20 rəqəmli koda qoymusuz. Kimsə parolu daxil edib girə biləcəksə, ortaya iki sual çıxır. Bu təsadüfən kodu bildi, yoxsa mənim kodumu bildiyi üçün ilk cəhtdən daxil ola bildi?
Çünki 20 rəqəmli kodu təsadüfən tapmaq ehtimalı məsələn, 1/100milyondur.

Elnur iddia edir ki, "çox kiçik ehtimalları beynimiz kənara atır. ... Amma bunun tam əksinə, başqa insalar var ki (ateistlər) gündəlik həyatda beynimizin bu qabiliyyətindən istifadə edir, özü fərqində olsa da,olmasa da, amma ki, tanrı inancına gələndə, yaradılış inancına gələndə, ən kiçik ehtimalı alternativ olaraq seçir (həyatın təsadüfən yaranma ehtimalını)".

Uzun sözün qısası, Elnur iddia edir ki, kainatda təsadüfən həyatın yaranma ehtimalı var, amma bu çox kiçik ehtimal olduğu üçün bizim beynimiz bu iddianı kənara atmalıdır.

Enur və bu məsələlərdə onun kimi düşünənlərə eyni sualları vermək istəyirəm.

Nəyə görə kainatın hansısa tanrı tərəfindən yaradılma ehtimalını böyük ehtimal, digər ehtimalları isə kiçik ehtimal hesab edirsiz? Hansı əsaslara görə? Axı hadisə baş verməmişdən əvvəl bütün ehtimallar eyni dərəcəli hesab olunur. Məsələn, Elnurun komputer şifrəsi misalında 1000 kombinasiya varsa, kodun düzgün çıxması ilk dəfədən baş verəcəksə, digər 999 kombinasiya ehtimalı artıq sıfıra enmiş olur. Birinci dəfədən düz çıxan ehtimal isə qalxır 100%-ə. Amma çıxmayacaqsa, yerdə qalan 999 ehtimalı eyni dərəcəli hesab edilir.

Əgər kainatın yaranmasında 2 ehtimal varsa;
a) tanrı yaratdı
b) təsadüfən yarandı

O zaman hadisə baş verməyincə bu iki ehtimal baş verməsi eyni faiz nisbətindədir. Amma məsələn, kainatı tanrı yaratdısa, o zaman təsadüfən yaranma ehtimalı sıfıra enir və yaxud təsadüfən yarandısa, tanrı yaratmaq ehtimalı sıfıra enir. Çünki artıq hadisə baş vermiş olur.

Və yaxud Şrodinger pişiyi ekperimenti kimi izah edim. Əgər qutunun içində pişik varsa və onun ölü və yaxud diri olduğunu iddia ediriksə, pişiyin hansı halda olmasını bilməyimiz üçün qutunu açmağımız və müşahidə etməyimiz lazımdır. Əks halda pişiyin ölü və yaxud diri olma ehtimalı eyni olacaq. Amma Elnurun məntiqinə əsaslansaq, tanrı ehtimalı ən böyük ehtimaldır və digərlərinin baş verməsi kiçik ehtimal olduğu üçün beynimizdən çıxarmalıyıq (bizim misalda qutu açılmamışdan əvvəl Elnur tam qətiliklə iddia edir ki, pişik diridir və ölü olma ehtimalı kiçik olduğu üçün üstündən xətt çəkməliyik). Amma tanrı ehtimalını niyə digərlərindən üstün sayır, bu artıq bir inanclının məntiqi xətasına qalır.

Çünki tanrı yaratdı iddiasının arxasında heç elmi metodlar durmur. Tanrı iddiası ümumiyyətlə elmin predmeti deyilsə, tanrı ilə elmi qarışdırıb, baş verəcək 100 milyardlarla ehtimaldan digər ehtimallardan xəbərdar olmadan, hansı məntiqlə eyni səviyyəli ehtimalları sıfıra endirib, tanrını qabağa çəkir və "o yaratdi" deyir, bunu bilmirəm.

Hadisə baş verəndən sonra biz digər ehtimallara baş sındırmalı deyilik. Amma biz bugün kainatın necə yaranmasından danışırıqsa, hadisənin necə baş verdiyini elmi yollarla araşdırırıqsa, o zaman bütün ehtimalları eyni dərəcəli görməliyik. Əlbətti ki, söhbət elmi metodlardan, elmin araşdıra biləcəyi predmetlərdən gedir. Əgər təxəyyül məhsullarını, nağılları, elmə bağlı olmayan iddiaları elmə qatıb, heç bir tutarlı sübut olmadan digərinən üstün hesab edəcəksinizsə, o zaman sizin qabağınıza spagetti canavarı arqumentini qoyum. Çünki belə düşündüyünüz halda spagetti canavarı ehtimalı ilə tanrı ehtimalını eyni olacaq (mənim sehirli qurbağam haqda oxuyun).
Çünki hər ikisi eyni şeyi iddia edir. Sadəcə biri özünə tanrı ad verir, biri özünə spagetti canavarı. Halbuki siz spagetti canavarını məntiqsiz, absurd hesab edirsinizsə, o zaman tanrı iddiasına da eyni məntiqlə yanaşmalısız. Yox, əgər eyni məntiqlə yanaşmayacaqsızsa, o zaman spagettinin iddialarının səhv olduğunu sübut etməlisiz. Bu isə ikiqat məntiqsizlik olacaq. Yəni olmayan bir şeyin nəyini inkar edəcəyik?

Uzun sözün qısası, Elnur və onun kimi düşünənlər hadisə baş verməmişdən əvvəl özünə sərf etməyən ehtimalları sıradan çıxardıb, "ciddiyə almırıq, buna görə də mümkün deyil" deyirsə, yuxarıda qeyd etdiyim məsələlərə aydınlıq gətirsin. Mənə yox, özləri üçün.

2

Share this post


Link to post
Share on other sites

Elnur bəy əslində insanların nəyə görə yaradılışı qəbul etdiyini izah etməyə çalışıb, izahatın kainatda həyatın yaradılması ilə çox da əlaqəsi yoxdu. 

1

Share this post


Link to post
Share on other sites

eslinde asif bey burda mövzunu təhrifə uğradıp.Sabah bu haqda etraflı yazacam. 

0

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0