Sign in to follow this  
Followers 0
Asif Ata

Milyard il informasiyanı özündə saxlayan 5D disklər hazırlandı

1 post in this topic

Sautqempton Universitetinin tədiqiqatçıları məlumatların saxlanılması və yazılması ilə bağlı yeni texnologiyani təqdim ediblər. Tədqiqatçıların dediklərinə görə yeni texnologiya ilə informasiya 5 ölçülü məkanda saxlanılır.

holy_bible.jpeg.67862d677959875389d4ca99

Lazım olan məlumatlar lazer vasitəsi ilə 5D-disklərə yazılır. Təqdim olunan 5D-disklər 1000*C temperaturda milyard ildən çox qala bilir. İxtira haqqında universitetin rəsmi saytında da press-reliz hazırlanıb.

Elmdə yeni era

Məlumatları 5 ölçülü məkana nano-metod vasitəsi ilə köçürülür. Məlumatın saxlanılması üçün disk kimi yüksək temperatura dözümlü materiallardan istifadə edilir. Yazılan hər bir fayl 3 laylı nano-nöqtələrdən təşkil olunub. Hər bir nöqtənin tərəfləri və vəziyyəti 5 ölçülü məkanda qeydə alınır. Sonra isə diskdən keçən işıq həmin nöqtələrdə sınır və polyarizatora göndərilir. Nəticədə məlumatlar oxunur.

5dglass.jpg.bd1cc71ffaffa332bff0d48a41e6

Gələcək

5D-diskə 360 TB (terabayt) məlumat yazmaq olur və adi otaq temperaturunda 13 milyard ildən çox məlumat itirilmədən saxlanıla bilər. Professor Petr Kazanskoy deyir ki, bu texnologiya ilə bəşəriyyətin, sivilizasiyanın bütün məlumatlarını kosmosda bizim gələcək nəsillər üçün saxlaya bilərik.

The_Universal_Declaration_of_Human_Right

Ümumdünya insan hüquqları bəyannaməsi 5D diskin üzərində.

Texnologiyanı ilk dəfə 2013-cü ildə təqdim etmişdilər. Lakin o vaxt test mərhələsində idi və cəmi 300kb məlumat saxlayırdı. 

2

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0