Sign in to follow this  
Followers 0
salvorhardin

Əyzek Əzimov- Axmaqlar

1 post in this topic

     Naron uzunömürlü Rigel irqindən idi və ailəsinin qalaktik qeydləri tutan dördüncü üzvüydü. Naronun böyük dəftəri vardı, bunda qalaktikalarda şüurları inkişaf etmiş çoxlu sayda irq cəmlənmişdi. Daha kiçik başqa dəftərə isə yetkinləşərək Qalaktik Federasiyaya daxil olmaq hüququ qazanmış olan irqlər yazılırdı.

     Birinci dəftərdə bəzi adların üstündən xətt çəkilmişdi. Çünki onlar bu və ya başqa səbəbdən uğursuz olmuşdular. Şanssızlıq, biokimyəvi və biofiziki qüsurlar, sosioloji adaptasiya ola bilməmək bu səbəblərdən bəziləri idi. Kiçik dəftərə yazılmış heç bir ad isə indiyədək silinməmişdi.

     Və bir xəbərçi yaxınlaşdı, nəhəng və son dərəcə yaşlı olan Naron dəftərlərdən başını qaldırdı.
-Naron, -xəbərçi dedi, -Ulu insan.

-Yaxşı, de görüm nə var? Bu təntənəni də bir kənara qoy.

-Daha bir qrup şüurlu orqanizm yetkinliyə çatdı.

-Əla! Əla! Artıq daha tez yetkinləşirlər. Demək olar ki, hər il yeni üzvümüz olur. Bəs yaxşı kimlərdir bu yeni qrup?
     Xəbərçi qalaktikanın kod nömrəsini və onun içindəki planetin koordinatlarını verdi.

Naron:

-Ah, -dedi. –Mən bu dünyanı tanıyıram.

Və səliqəli xətt ilə adı birinci dəftərə, ardınca da ikinci dəftərə qeyd etdi. Adəti üzrə planetin orada ən çox tanınmış adını istifadə etdi. Naron dəftərə “Yer” yazdı.

-Bu yeni məxluqlar misli görülməmiş rekord qırdılar, -dedi. –Başqa heç bir qrup şüurluluqdan yetkinliyə bu qədər tez çatmamışdı. Ümid edirəm səhv yoxdur.

-Heç bir səhv yoxdur, cənab. –xəbərçi dedi.

-Termo-nüvə enerjisini əldə ediblər?
-Bəli cənab.

-Əla! Elə meyarımız da budur. –Naron gülərək, -Və yaxın zamanda gəmilərlə gələcək və Federasiyamızla əlaqə yaradacaqlar.

-Əslində, Ulu insan, -xəbərçi könülsüz olaraq dedi. –Müşahidəçilərimiz bizə onların hələ kosmosa çıxmadıqlarını söyləyirlər.

Naron təəccübləndi.

-Heç çıxmayıblar? Kosmik stansiyaları da yoxdur?

-Hələ yoxdur, cənab.

-Madam ki, termo-nüvə gücü var, sınaqlar və partlayışları harada edirlər?

-Öz planetlərində, cənab.

Altı metr hündürlüyündə olan Naron ayağa qalxaraq:

-Öz planetlərində? –ucadan dedi.

-Bəli, cənab.

     Naron asta-asta qələmini çıxardıb kiçik dəftərdə biraz əvvəl yazdığı adın üstündən xətt çəkdi. Bu o vaxtadək görülməmiş bir şey idi. Amma Naron çox müdrik idi və qalaktikadakı hər kəs kimi qaçılmaz olanı görürdü.

-Axmaqlar, -deyə Naron donquldandı.

 

Tərcümə edən: salvorhardin

(Həvəskar tərcümə)

1

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0