Sign in to follow this  
Followers 0
Asif Ata

Kredit kartlarının üzərindəki rəqəmlərin sirri

1 post in this topic

Əslində çox sadə görünən kredit kartı nömrələri universal olaraq düşünülmüş və zənn edildiyindən daha mürəkkəb bir alqoritmə sahibdir.

Təsadüfi seçdiyimiz kredit kartı nömrəsi 1234 5678 9876 5432 olsun.

credit_card.jpg.cd14ac08ea8a7c2969be16fe

Kart nömrəsinin ilk rəqəmi:

1234 5678 9876 5432 

Yəni, 1- kartın aid olduğu sektoru bildirir. İlk rəqəmin ifadə etdiyi mənalar:

1-2 hava yolları kartları üçün,

3 səyahət və əyləncə sektoru kartları üçün,

4 və 5 banklar və maliyyə təşkilatları üçün,

6 ticarət kartları və banklar üçün,

7 neft sektoru üçün,

8 telekommunikasiya sektoru üçün,

9 milli təyinatlar üçün,

Kart nömrəsinin ilk 6 xanası:

1234 5678 9876 5432:

İlk altı rəqəm kartı verən firmanı təyin edir. Nümunə olaraq:

4xxx xx: Visa kartlarını,

51xx xx - 55xx xx: Mastercard kartları,

6011xx, 644x xx, 65xx xx: Discover kartları,

34xx xx, 37xx xx: Amex kartlarını,

x hərfləri ilə göstərilən nömrələr hər firmanın hər kartında fərqlidir.

Kartın yeddincidən etibarən sonrakı doqquz xanası:

1234 5678 9876 5432:

9 xana müştərini təyin edən nömrə olub, bu doqquz xana ilə 1 trilyon fərqli nömrə istehsal edilə bilər.

Kartın Son xanası:

1234 5678 9876 5432

Son xana, yəni nümunədəki 2 rəqəmi ... Bu rəqəm düzəltmə və ya nəzarət xanasıdır. Kart nömrəsinin təsdiqlənməsi üçün verilən təsadüfi bir rəqəmdir. Bu yazı Luhn Alqoritmi deyilən bir alqoritmə görə istehsal edilir.

Kredit kartı Nömrəsini Təsdiqləmə:

Sizə təqdim edəcəyimiz metodla verilən kart nömrəsinin etibarlı nömrə olub olmadığını öyrənə bilərsiniz.

Kart nömrəsinin tək xanalardakı rəqəmlərini 2-yə vurun. yəni:

1234 5678 9876 5432 nömrəsindəki 1., 3., 5. ... ədədlərini 2-yə vurub yeni bir rəqəm əldə edəcəyik. Bizdə bu:

2 - 6 - 10 - 14 - 18 - 14 - 10 - 6 olacaq.

Bu rəqəmlər ilə kart nömrəsinin cüt xanalardakı ədədlərini toplayaq. yəni:

1234 5678 9876 5432

2 - 4 - 6 - 8 - 8 - 6 - 4 - 2 ədədlərini toplayacağıq. Nəticədə bunları toplasaq:

2 + 6 + 10 + 14 + 18 + 14 + 10 + 6 + 2 + 4 + 6 + 8 + 8 + 6 + 4 + 2 = 120 olacaq.

Əldə edilən bu rəqəm ona bölünə bilirsə, yəni 120/10 = 12 kimi bir tam rəqəm əldə edilə bilirsə deməli, kart nömrəsi etibarlıdır.

 

Orxan Tağızadə

0

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0