Sign in to follow this  
Followers 0
Taleh

Kafka və balaca uşaq

1 post in this topic

Deməli, Kafka həyatının son dövründə Berlinə köçür, həyatında ilk dəfə və son dəfə Dora Diamant adlı, 19-20 yaşlı qadınla bir yerdə yaşayır. Bir gün parkda gəzərkən, balaca bir qız uşağının ağladığını görən Kafka onun niyə ağladığını aydınlaşdırır.

Məlum olur ki, uşaq kuklasın itirib. Bu zaman özündən bir hekayə uyduran Kafa, qıza təsəlli olsun deyə, deyir: "Kuklan səfərə çıxıb". "Hardan bilirsən?" deyə qız soruşur. "Çünki mənə məktub yazdı". "Məktub səndədir?" "Yox, yadımdan çıxıb evdə qoymuşam amma sabah mütləq gətirəcəm". 
Evə geri dönən Kafka məktubu yazmağa başlayır. Doranın dediklərinə görə, Kafka bütün əsərləri kimi, bu balaca qız üçün yazdığı məktuba da eyni cddiyətlə yanaşır. Kafka yalan yazmalıdır, amma elə yalan ki balaca qız inansın.

Sabahısı yenidən parka gedən Kafka, məktubu qıza göstərir, və onu qız üçün oxumağa başlayır. "Kuklan getdiyi üçün çox məyusdur, amma eyni insanlarla yaşamaqdan bezdiyi üçün səfərə çıxıb. Dünyanı görmək, yeni dostlar qazanmaq istəyir. Balaca qızı sevmədiyi üçün yox, sadəcə çevrəsini dəyişdirmək üçün gedib. Buna görə bir müddət ayrı qalmağa məcburdular. Amma hər gün məktub yazıb, nələr etdiyini xəbər verəcək."
Və beləcə, 20-ci sərin ən böyük yazıçılarından biri, düz üç həftə heç tanımadığı, bilmədiyi, kuklasın itirən qız uşağı üçün məktublar yazmağa başlayır. Həyatının sonuna gəldiyi üçün, son dərəcə dəyərli vaxtını bu qıza ayırır. Kafkanın yoldaşının dediyinə görə, bütün bu məktubar, məzəli, inandırıcı, qüsursuz olub. Üç həftə boyunca yazdığı məktublarında, Kafka kuklanı böyüdür, evləndirir, ona uşaqlar doğdurur. Hər dəfəsində müxtəlif əsəslı səbəblərlə kukla geri qayıda bilməyəcəyini qıza yazır. Bu, ta o günə qədər davam edir ki, balaca qız, kuklanı öz həyatından görmür. Kafka, ustacasına qızı kuklanın yoxluğunu alışdıra bilir. Beləliklə, heç bir ağrı hiss etmədən, uşaq kuklasını unudur.
Bu əhvalatı haradan oxuduğumu xatırlamıram. Amma biz də bəzən sevdiklərimizi unutmaq üçün məktublar yazırıq, yazırıq, yazırıq və... göndərilməyən məktublar yaramızı qaysaqladır.

1

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0