Sign in to follow this  
Followers 0
Taleh

Ulduz falına inanmaq insanın zehni olaraq mifolojik dövrdə yaşamasının bir təzahürüdür

1 post in this topic

Ölkəmizdə ulduz falı ilə məşğul olan xeyli insan və onların çoxsaylı müştəriləri var, ulduz falı kitabçaları çap olunur, gündəlik, aylıq ulduz falları yayınlanır. Aşağıda “hazır profil” deyilən və hərkəsin özünə asanlıqla aid edə biləcəyi, “ bürcə görə xarakter təhlili” var: 
Başqalarına sirr vermənin doğru olmadığını düşünürsünüz. Dəyişiklik və müxtəlifliyi sevirsiniz. Kənardan disiplinli və kontrollu görünsəniz də daxilən narahatsınız. Özünütənqidə meyillisiniz. Digər insanların sizdən xoşlanmalarına və sizə heyranlıq duymalarına ehtiyacınız var”. Ayrılıqda hər bir insan bu xüsusiyyətlərin onun bürcünə aid olduğunu asanlıqla düşünər, çünkü bunlar bütün insanların bölüşdüyü ortaq xüsusiyyətlərdir.
Ulduz falı ilə məşğul olanlarda məzh bu əlamətlərdən yazılarında ustalıqla istifadə edir. Ulduz falına inananlar, ulduzların həm onların xarakterini müəyyən etdiklərinə həm də həyatları boyunca onların həyatlarını istiqamətləndirdiyini fikirləşirlər. Bizə ən yaxın ulduzlar Alfa Centauri sistemindəkilərdir. Bu ulduzlar Günəşə 4.27 işıq ili məsafədədir ( Alfa Centauridən bizə olan məsafə 40,000,000,000,000 kmdir). Bu qədər uzaqda olan bir ulduz insana hansı mexanizmlə təsir edə bilər? Ulduz falından danışılırsa, özü də bir ulduz olan günəşin təsirlərindən niyə bəhs edilmir? Bürclər insan xarakterini müəyyən etsəydi cəmi 12 tip insan olardı və onları idarə etmək üçün bu qədər dinlər və siyasi sistemlər icad edilməzdi, insanı anlamaq üçün humanitar elmlər mövcud olmazdı , sosyal elmlərdə insanın davranışını hansı dərəcədə təbiətin, hansı dərəcədə mühitin müəyyən etdiyi mübahisələri aparılmazdı. İnsan tamamən təbiətin əsəri olaraq qəbul edilərdi. Əgər 12 tip insan olsaydı onda 7 milyard insanın gündəlik həyatı cəmi 12 müxtəliflik göstərərdi, məsələn 600 milyona yaxın insan eyni gündə “ziyarətə getmək” məsləhətinə əməl etməli olardılar.Əslində falçılar üçün böyük bir fürsət mövcuddur, bunun üçün testə cəsarət etmək lazımdır. Amerikadakı “James Randi” Fondu müstəqil müşahidəçilər qarşısında hər hansı paranormal bacarıq (münəccimlik, telepatiya, telekinezi, astral səyahət, levitasiya vs.) yaxud hadisə nümayiş etdirən şəxsə 1 milyon dollar mükafat vəd edir. Özünə güvənən falçılar bu testdə iştirak edə və asanlıqla zəngin ola bilərlər.Amma nədənsə belə bir adam yoxdur. :)  Konkret ulduz falçısı isə bəzi xarakteristik xüsusiyyətlərinə görə insanın doğum tarixini dəqiq bildirərək bu mükafatı qazana bilərlər. Ulduz falına inanmaq insanın zehni olaraq mifolojik dövrdə yaşamasının bir təzahürüdür. Şekspir demişkən “Qəbahət insanlarındır, ulduzların deyil”.

Y.Islamzadə

Edited by Taleh
1

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0