Sign in to follow this  
Followers 0
Taleh

Dövlət vəsaitinin regionlar arasında qeyri-bərabər paylanması

1 post in this topic

Diqqətinizi dövlət vəsaitinin regionlar arasında qeyri-bərabər paylanmasına çəkmək istəyirəm. Deməli 2005-2014-cü illərdə Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları 105 milyard manatı ötüb. Bunun təxminən 71 faizi Bakıya, qalan 29 faizi isə bölgələrə yönəlib. Regionların öz aralarında da bu problem müşahidə edilir. Məsələn, 6 rayonun (Zərdab, Neftçala, Lerik, Daşkəsən, Tərtər və Yardımlının) birlikdə ərazisi və əhalisi Qəbələnin göstəricisindən 4 dəfə çoxdur. Lakin bu 6 rayona yönəldilən investisiyaların cəmi Qəbələnin qəbul elədiyi sərmayələrdən 50 milyon manat az olub. Eyni vəziyyət Quba ilə də müqayisədə ortaya çıxır.
Bu bir reallıqdır ki, oliqarxiyanın xüsusi maraq göstərdiyi regionlara sərmayələr daha çox ayaq açıb.©

P.S Gördüyünüz kimi Quba(Ziya Məmmədov) və Qəbələyə (Kəmaləddin.H) ayrılan vəsait, digər bölgələrə ayrılan vəsaitə müqayisədə dəfələrlə çoxdur. Vəzifəsindən istifadə edən oliqarxlar, öz rayonlarına daha çox maliyyə vəsaiti ayrılmasına nail olurlar.Nəticədə digər rayonlara olan diqqətsizlik daha da artır və tədricən onlar inkişaf baxımından ,,ölür''.Əslində isə Quba və Qəbələ kimi rayonlara məmurların diqqəti və qayğısı olduğundan,dövlət digər rayonların dirçəldilməsinə daha çox maliyyə ayırmalıdır.

0

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0