Sign in to follow this  
Followers 0
Taleh

Elmin cavab tapmadığı 5 sirr hansılardır ?

1 post in this topic

 

Müxtəlif elmlər milyonlarla sualların həllini taparaq, bəşəriyyətə çoxlu qapılar açıblar. Amma bugün də elə sirrlər var ki, onlar hələ də cavabsız qalır. Bu sualları əhatə edən TOP 10-luq yaratdıq.Bu siyahı , məşhur alimlərin qeydlərinə əsaslanaraq tərtib olunub .Bu da insanların hələ də baş sındırdığı 10 əsas sirr:

1. Kainat necə yaranıb?Məhz bu sual ən müəmmalı sirrlər arasında liderliyi əldən buraxmır. Yazıçı En Darayanın (Ann Druyan) dediyi kimi; “Bütün digər sirrlər, bu sirrdən yaranır”.Vaşington Universitetinin astrofiziki Erik Agolun bu sualı belə izah etməyə çalışır: “Əksər alimlərin gözü ilə baxsaq, kainatdakı hər şey, 14 milyard il əvvvə baş verən Böyük Partlayışdan yaranıb. Bu təklifin sonunda bu partlayışın nöqtədən baş verdiyini güman etdilər. Sonra isə ani olaraq, dəhşətli dərəcədə miqyas böyüyür. Bu son dərəcə güclü nəzəriyyədir. Amma ki, biz bu partlayışın səbəbinin nə olduğunu bilmirik”.
2. Yerdən kənar sivilizasiyalar varmı?Əgər Yer kürəsində həyat varsa, niyə də başqa planetlərdə bu olmasın? “Hə” cavabı daha məntiqli sayılır, nəinki “yox” cavabı.Kaliforniyadakı SETİ yerdənkənar sivilizasiyaların tədqiqat mərkəzinin rəhbəri Cil Tarterin (Jill Tarter) : – “Baxın, biz ulduzların tozundan əmələ gəldik. Bu üsulla başqa yerdə də həyatın yaranması ehtimalı daha çoxdur”.Nobel mükafatı lauriyatı Frank Vilcek öz həmkarının sözlərinə bir neçə cümlə də əlavə edir. “Yerdə həyatın yaranmasından 4,5 milyard il keçsə də bəşəriyyət elmi-texniki sivilizasiya səviyyəsinə son 200 ildə çatıb. Buna istinad olaraq demək olar ki, Günəş sistemindən kənar planetlərdə belə elmi-texniki sivilizasiyaların olmasına heç bir şübhə yoxdur”.
3. Elə bir nəzəriyyə varmı ki, hər şeyi anlatsın?Fiziklərin standart modeli var. Kainatın məlum olan hissəsini “bölüşdürüb” əksər hadisələri izah edirlər. Amma söhbət gravitasiyaya gəlib çıxanda, bu model gücsüz hesab edilir. Və bu qravitasiya anlamını yüksək enerjiyə aid edirlərsə, bu həm də daha böyük qarmaqarşıqlığa aparıb çıxarır.Elə bir nəzəriyyə irəli sürmək olarmı ki, bu hər şeyə adi olsun? Bu hələ ki, məlum deyil. 
4. Qravitasiya hardan əmələ gəlir?Qravitasiya – bizə təsir edən qüvvələrdən biridir, hansı ki, demək olar onun haqqında heç nə bilmirik.İllunoysda yerləşən Fermi laborotoriyasının fizik-nəzəriyyəçisi Mark Ceksonun dediklərinə görə, “qravitasiya, standart modelin təsvir etdiyi digər qüvvələrdən tamamilə fərqlənir. O zaman ki, siz cüzi belə qravitasion əlaqələri hesablayırsız, sonda gülməli bir cavab alınır… Riyaziyyat heç cürə işə yaramır”.Bəzi nəzəriyyəçilər güman edir ki, bu qüvvəyə səbəb yüksüz hissəciklər sayılan qravitonlardır. Onlar özlərindən qravitasion sahələr “şüalandırmaqla” buna nail olur.Amma hələ ki, bu da tam cavab deyil.
5.Sən kimsən?Özünü dərketmə təbiətini, psioxolog və filosoflardan başqa, digər elmləri də maraqlandırır. Bu sualın bəzi hissələrinə cavab tapılıb və bu cavab çox təəcüblüdür.Bu və ya digər hərəkətlərimizi idarə edən impulslar sinir əlaqlərində qabaqcadan “yazılıb”. Amma bu “yazılar” hər dəfə düşüncə tərzinə açıq olmur. Lazımdırmı bu? Bu özünü dərketmə hər nədirsə, bugün də alimlərin fikirləşib cavab tapa bilmədiyi suallardandır. O necə formalaşır? Hardan əmələ gəlir? Və s…“Özünü dərketmə, bütün hərəkətləri idarə edir.” ideyasını alimlər düzgüb cavab saymır. Hərçənd ki, bizə elə gəlir ki, biz özümüz-özümüzü idarə edirik. Bu təhtəlşüur (şüur altı ) haqqında dəlillərimizin olmamağından irəli gəlir.

0

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0