Sign in to follow this  
Followers 0
Taleh

Kontakt Home süründürməçiliyi

1 post in this topic

Getdim Kontakt Home mağazasına(Sumgayıt).Kreditlə laptop almalıydım.İlkin ödəniş də etməklə(100azn). Seçdiyim laptopda nasazlıg aşkar etdim və geri qaytardım.Onsuz da modelin dizaynı heç ürəyimcə deyildi o da bəhanə oldu.Qaytardım üz tutdum Bakıya.
Orda da bir neçə dükandan maraglandım.Ya istədiyim note u tapa bilmədim ya da kredit şərtləri sərfəli deyildi.Yenə Kontakt Home a getməli oldum.Ordan istədiyimi tapa bildim.Maraglandım ki Bakı qeydiyyatında olmayanlara da kredit verilir(əla çox gözəl.sevindim).Yaxınlaşdım kredit şöbəsinə.Kr mütəxəssisi mənə dediki əgər Sumqayıtda mağaza varsa burda adınıza kredit rəsmiləşdirə bilmərik.Nəticə o olduki gedib krediti Sumqayıtda rəsmiləşdirim və o modeli gedib Bakıdan götürüm(buna razılaşdım).Yenidən Sumqayıt Kontakt Home dükanına qayıtdım.Həmin modeldən vitrində gördüm(satıcı səhər göstərməmişdi həmin modeli).Qısası krediti rəsmiləşdirəsi oldum.Gələk məsələnin əsasına:
Şəxsiyyət vəsiqəsi.
Mobil telefonum.
Məndən əlavə ən yaxın üç qohumumunun mobil telefonu.
İki yaxın qohumun ev nömrəsi(zəng edib yoxlanılması mütləqdir).
Valideynlərimin mobil nömrələri(hər birindən ayrı ayrılıgda razılıg alınması)
Ev nömrəsi.
Mənlə biryerdə dayımoğlu getmişdi onun mənim dayımoğlu olduğunu təsdiqləmək üçün fakt(ucuzçulug).
Super Mario bu mərhələləri keçə bilməzdi mən keçdim.Bütün sənədlər hazır oldu.Sonda dedi ki ödəyəcəyin qiymətin üzərinə məcburi olaraq 70 azn gələcək .
Sual olunur NİYƏ?
Cavab gülməli və məntiqsiz:
Çünki mağazamızın şərtləri belədir.Həmin məbləğ sığorta(zəmanət) məbləğidir.Sığortanın açıglaması belədi(görün ağıllı adam bu şərtə razı olar ya yox):
Həmin sığortanın məbləği 469 azn dir(niyə məhz 469 onu demədi).Əgər istehlakçı(yəni mən) tərəfdən mala zərər dəysə yaxud zavod nasazlığı olarsa malı dükana gətirirəm.Ümumi məbləğdən 900-469=431 çıxılmaqdla qalan məbləği ödüyürəm və mənə yeni mal verilir.Az qaldım saçımı qaldıram deyəm, mənim alnıma nəsə yazılmıyıbki?
Standart zavod zəmanəti isə yoxdur.Yəni ya 70 Azn üzərinə gəlinir ya da mal verilmir.
Daha sonra işin ən əndrəbadi və əsəbimin isə pik yerinə çatdı.Ki bəs kredit DOLLAR-ın məzənnəsinə görə hesablanacaq.Qardaşa birbaşa sual verdim:Biz harda yaşıyırıq? Milli valyutamız nədir? Satışda mal hansı valyutayla təklif edilir? Deyir bəs dolların nəqədər qalxmasından asılı olaraq 0-90 azn arası əlavə ödəniş etməli olacaqmışam.
Sonda "Tanrının bizim xalqa rəhmi gəlsin" dedim və kreditdən imtina etdim.
Bilirsiz dostlar hamı kredit sistemini,kapitalizmi,yəhudiləri,amerikanı,avropanı və s. günahlandırır. Günah saydıqlarımın heç birində deyil.Günah xalqdadı.

0

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0