Sign in to follow this  
Followers 0
Taleh

İsveçrə – sözün əsl mənasında ideal təmizlik ölkəsidir

1 post in this topic

 

İsveçrə – sözün əsl mənasında ideal təmizlik ölkəsidir. 
Burada tullantılarla mübarizə aparmağın ən effektiv üsulu tullantıları növlərinə görə qruplaşdırmaqdır. Burada heç kəs üçün istisna yoxdur. Hər kəs zibili müxtəlif konteynerlər üzrə ayırmağa məcburdur.Məsələn, istifadə etdiyiniz çay paketini götürək: etiketi – kartona, paketin özünü – köhnə kağıza, dəmin özünü – onun üçün nəzərdə tutulmuş qutuya atmalısımız. Bu zarafat kimi görünə bilər, lakin bu İsçevrədə realdır. Bütün bunlarla razılaşmayan şəxsləri isə cərimə gözləyir.
Burada hər gün emal üçün atılan tullantılar hansılardır:

Kağız. Ölkədə istifadə olunan kağızın 70%-i yenidən emal edilmiş kağızdır.
İsveçrədə satılan batareyaların 60%-i istifadə edildikdən sonra geri qaytarılır və heç bir halda zibil qutusuna atılmır.
Şüşə. İsveçrə istifadə edildikdən sonra zavodlara geri qaytarılan şüşə həcminə görə dünyada liderdir. İstifadə edilən şüşələrin 90%-i emal üçün təhvil verilir.
Plastik şüşələr. Onların 71%-i yenidən emal edilir
Heyvanların cəsədi. Basdırmaq qadağandır, buna görə pul ödəmək tələb olunur.
Qeyd edək ki, zibili lazımi növlərə görə ayırmayıb sadəcə zibil qutusuna atdıqda həmin vətəndaşı cərimə gözləyir və cərimə tullantının kiloqramına görə hesablanır. 5 kiloqramlıq zibili atmaq 3 franka (bizim pulla 3.40 manata )başa gələcək.

1

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0