Sign in to follow this  
Followers 0
Taleh

Budur saxta əxlaq

1 post in this topic

Bakıda olanda bəzən küçədə cütlüklər görürüdüm. Baxırdın ki, ailədirlər.
Amma söhbətlərindən, davranışlarından, bir-birilərinə münasibətlərindən aydın olurdu ki, bu adamların arasında sevgidən başqa hər şey var.

Bir-birinə heç bir dəxli olmayan bu iki insanın necə tanış olduqlarını, nə vaxt, hansı şərtlər altında evlənmək qərarına gəldiklərini düşünürdüm. Necə olub ki, bunlar evləniblər?
Niyə evləniblər? Niyə sevə biləcəkləri, gözəl hisslər yaşada biləcək insanları gözləməyib, sevmədikləri adamla ömür boyu bir yerdə yaşamaq qərarına gəliblər?
Onları buna nə vadar edib? İndi necə yaşayırlar? Necə yatırlar? Necə öpüşürlər? Bir-birilərini qucaqlamaq, sığallamaq, xoş, nəvazişli sözlər demək istəyirlərmi? Bir-birinin xətirlərinə dəyəcəklərindən qorxurlarmı?
Bu suallar məni dəhşətli dərəcədə narahat edir. Bilmək istəyirəm, insan birini sevmədən, onunla necə yaşayır.

Əlbəttə, bunları özlərindən soruşa bilməzsən. 
Uzaqbaşı qız deyəcək yaşım keçirdi, tay-tuşlarım artıq ərdə idi, hamısının uşaqları vardı, mən də istədim.
Oğlan da deyəcək ki, sevdiyim ərə getdi, mən də baxdım ki, evlənmək vaxtıdır, evləndim. Vəssalam.

Birlikdə keçəcək bütün bir həyata aparan yolu belə asanca izah edəcəklər.
Ölkədə minlərlə, on minlərlə cütlük bir-birini sevmədən, həyacanlanmadan, hissdən, mənəvi ehtiyacdan uzaq hansısa səbəblərdən evlənir, ailə qurur, birlikdə ömür boyu yaşayır.
İki gün əvvəl mətbuatda məişət zorakılığı ilə bağlı daha bir xəbər çıxdı. Bir tibb bacısı məşuqu ilə birləşib, ərini öldürmüş, meşədə basdırmışdı. 
Nədir bu camaatı belə dəli edən, qəddarlaşdıran, amansızlaşdıran? İntihar edən o gəlin də, ərini öldürən o qadın da boşana bilməzdilərmi?
İstəmirsən bu adamla yaşamağı, sənə çətindir, sivil qaydada ayrıl, öz həyatını istədiyin kimi qur. Amma edə bilmirlər.
Onları sevgisiz, hissiz evlənməyə vadar edən qaydalar, boşanmanı da mümkünsüz edir. Məcburluq, şərtiliklər o qədər güclüdür ki, bəzən ya özünü, ya da birlikdə yaşadığın adamı öldürmək daha asan görünür.

Günel Mövlud

0

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0