Sign in to follow this  
Followers 0
Taleh

Bizim hələ qızımız yoxdur, qohumlar indidən onun vaginasının qeyrətini çəkirlər

1 post in this topic

Axır vaxtlar Azərbaycandan gələn qohumlarla ünsiyyətim heç alınmır. 
Qadınlar adətən sualı ər-arvad münasibətlərindən salırlar. .
Müəyyən məqamları dəqiqləşdirirlər, məsləhətlər bu tipdə olur ki, kişi evə gec də gələr, qıraqda adamı da olar, adama acıqlanar da, sən fikir vermə, evin kişisidir, o nə desə, odur, nə bilim, bir aləm belə şeylər.
Sözlərini kəsirəm ki, axı bunların heç biri baş vermir, bu məsləhətlər nəyə lazımdır? Problem olmayan yerdə, problemin həllini niyə göstərirsiniz ki?
Yenə pis olurlar. Plan, ritm yenə pozulur.
Söhbəti gətirirlər uşağın üstünə. Uşağı nə vaxt kəsdirirsiniz, sünnət toyu nə vaxtdır – filan. Deyirik ki, kəsdirmirik, niyə kəsdirək ki? Dəhşətə gəlirlər.

Niyə, bəs müsəlman eləməyəcəksiz? Deyirik ki, özümüz müsəman deyilik, uşağı niyə müsəlman edək?
Böyüyər, özü seçimini edər. İstəyər müsəlman olar, istəyər, xristian olar, istəyər ateist, istəyər də, makarona inanar. Dəhşətlə deyirlər ki, axı kəsdirməsəniz, ona bizlərdən qız verən olmayacaq?
Gülüb deyirik ki, sizin qızlardan almağa məcburdu bəyəm, bəlkə başqa dindən qız sevdi, bəlkə dinsiz qız sevdi, bəlkə ümumiyyətlə, orientasiyası elə oldu ki, qız yox, oğlan sevdi...

Bu yerdə söhbətlər sərt və geriyə dönüşü olmadan kəsilir. Qohumlar bərk əsəbiləşir, kişilər siqaret yandırır, fürsət tapan kimi də çıxıb gedirlər.
Vəziyyət o yerə çatıb ki, yaxın qohumlar, xətrimizi lap bərk istəyənlər əllərini göyə açıb yalvarırlar ki, allah sizə qız verməsin. O qız nəslin adın batıracaq.
Bir az gülməli gəlir, amma əslində dəhşət adamı bürüyür, bizim hələ qızımız yoxdur, qohumlar indidən onun vaginasın qeyrətini çəkirlər.
Biz özümüz bu barədə düşünmürük ki, o öz seksual həyatını necə quracaq, amma bunlar indidən narahatdırlar.
Vəziyyət ağlamalıdır. Sadəcə, dəhşətə gəlirəm. Emin Millinin qohumları kimi, bizdən də imtina eləsəydilər, canımız qurtarardı

Günel Mövlud

0

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0