Sign in to follow this  
Followers 0
Taleh

Gündüz Ağayevin rəsmi

1 post in this topic

"Ey Muhamməd, gətirdiyin dini elə bir hala saldılar ki, artıq sən belə görsən tanımarsan", - Dr.Əli Şəriəti

Son dönəmlərin ən aktual mövzularından biri məhşur karikaturaçı Gündüz Ağayevin uşaqlara məcbur hicab taxdırılması barədə çəkdiyi tənqidi rəsmdir. Bir çox müsəlman bu rəsmi tənqid edir, Gündüz Ağayevi İslamı təhqir etməkdə günahlandırır, uşaqlara hicab taxdırılmasını təqdir edir, bunu düzgün əməl hesab edirlər. Əvvəla məsələyə İslam nöqteyi nəzərdindən baxaq, sonra isə dünyəvi nəzərlə baxarıq. İslam nə üçün və kim üçün örtünməyi əmr edir? Bu məsələ Nur surəsində öz aydınlığını tapır. Öncə bu barədə olan ayələrə baxaq:

NUR
30. (Ya Rəsulum!) Mö’min kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!
31. Mö’min qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey mö’minlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)

Quran ayələrindən göründüyü kimi, örtünmə sırf zinadan qorunmaq, haram etməmək üçün buyurulmuşdur. Quran bunu zinadan qaçınmaq üçün buyurursa, necə olur ki, 10 yaşında, 11 yaşında hətta daha balaca 5-6 yaşında, bəzən isə daha faciəvi 3-4 yaşında uşaqlara hicab taxdırlır. Bunun açıqlamasını nə ilə vermək olar? Burda iki məsələ var; ya bu insanlar bu şeyi etdikdə Quranı diqqətə almırlar, ya da uşağa qarşı cinsi bir istək duyulduğunu iddia edirlər. Hər halda uşağa qarşı cinsi istək olduğunu, uşağın zina edəcəyini deyən insan normal insan deyil. Quran məsələsi isə aydındır, onsuzda müasir dövrdə Qurandan çox din adamlarının dediyinə diqqət edilir.


Bu məsələyə dünyəvi yanaşsaq yenə də yanlışdır. Bir uşağın ideologiyaya yönəlmə çağı dərk etmədən sonar olmalıdır. Bəzən uşağa məcbur hicabı dəstəkləyənlər belə deyirlər:”Əgər uşağa məcbur hicab olmazsa, niyə məcbur məktəbə aparırlar?”. Bu insanlar həqiqətən nə danışdıqlarını bilməyən insanlardır. Məktəblə ideologiya arasında fərq görmürlər. Balaca uşaq məktəbə aparılırsa, burda ona hərflər öyrədilir. Ən primitiv, ən ibtidi şeylər. İdeologiya isə qətiyyən əlifba ilə müqayisə oluna bilməz. İdeologiya həyat tərzidir, yaşamdır, metafizikadır (bəzən). Bir uşaq Allahın necə olduğunu dərk edə bilmirsə, onu saqqallı bir kişi kimi təsəvvür edirsə, ona hansı ideologiyadan danışmaq olar? Uşaqğın hər şey öz yaşına uyğun olmalıdır. Azyaşlı uşaq hələ ən sadə şeyləri öyrənir, sən ona ideologiya kimi ən qəliz şeylərdən birini təbliğ etməyə çalışsan onda psixoloji problemlər ortaya çıxar, necə ki çıxır. Bəzən uşaqlara dini təbliğat xarakterli hekayələr-cəhənnəmdə yanmalar, şeytanlar, cinlər, ruhlar-danışılır, belə olduqda isə uşaqda ömrünün sonuna qədər davam edən psixoloji vəziyyətlər formalaşır. Hər yaşın öz dövrü var.
Nəticə olaraq,hicab cinsi meyillə əlaqədər bir şeydir və bunu uşağa tətbiq etmək başdan-başa yanlış bir addımdır.

 

Ziya Balıyev

 

12003953_753413474787941_9206590350829257320_n.jpg

0

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0