Sign in to follow this  
Followers 0
Taleh

ZARA-da baş verən mübahisə

1 post in this topic

Həftə sonu qızımla 28 Mallda yerləşən Cinemaya getmişdik. Qızım kinozalda cizgi filminə baxdığı zaman, məndə Mall-da olan ZARA-ya yaxınlaşdım. Endirimli məhsulların içərisində bir köynək göründü, stenddə butün mallar – 15 manata, yazılmışdı və mən ucuzdu deyib götürdüm. Köynəklə paralel bir dənədə xırda nəsə seçdim və ümumi xərcim 35 manat oldu. Kassaya yaxınlaşdım və fikirli olduğumdan kassada mənə deyilən 60 manat hesabına fikir vermədim, 60 manat ödədim və malı götürdüm.

Mağazadan çıxmaq istəyirdim ki… yadıma düşdü ki, mən axı 35 manat verməli edim, niyə 60 verdim? Eyni sualı yaxınlaşıb kassaya verəndə, kassir oğlan məsələni aydınlaşdırmaq üçün mallara bir daha baxdı və üzr istəyərək dedi: “Müəllim, bağışlayın, bu mal endirimdə deyil, yəni malın dəyəri 15 manat deyil, 40 manatdır”. Mən, bir-az təəcüblənib: “necə ola bilər? Axı orda yazılıb 15 manat?!”, kassir bir daha təmkinlə cavab verdi: “Bağışlayın, səhv yazmışıq. Vəziyyəti tam aydınlaşdırmaq üçün, menecerdən dəqiqləşdirməyi xahiş etdim və… və olacaqlar bundan sonra başladı

Menecer dediyimiz bir xanım idi… Hər şey dəqiq olmağı üçün dialoqu bəzəmədən Sizlərə təqdim edirəm:

Mən: Salam bu köhnək endirim olan yerdədir, amma kassada heç bir endirim yoxdur.

Menecer: Что-оо-оо? Говорите по русски.

Mən: (diqqətlə xanımın simasına baxıb, bir 10 saniyə süküt saxladım… dedim bəlkə, danışıq tonundan bir-az utana…) Mənə menecer lazımdır, Sizsiz bu mağazada menecer?

Menecer: Так, я не знаю Ваш язык… (simasında yazılıb ki, sən rusca bilmirsənsə, nə gəzirsən bizim mağazada)

Mən: Вы менеджер салона и не можете говорить по азербайджански?

Menecer: Да… я не обязана говорить на Вашем языке, если Вы недовольны мы можем вернуть товар.

Mən: По Вашей вине я плачу в 2 раза больше… Вам не кажется что тон разговора у Вас не правильный… bu andan sonra… ukraynalı menecer Дарья-nin əsas siması önə çıxdı…

Menecer: Вы никто чтобы мне что-то указывать, здесь я директор и я знаю что говорю…

Hə-əəə… əlbəttə, bu nöqtədən sonra, məndə mən olmazdım ki, Dariyanı başa salmayım… Elə bilirki ,mənimlə işçiləri kimi rəftar edə bilər

Dedim… Dariya… burda direktor əgər varsa, oda mənəm… bilirsən niyə?
Çünki, sən burda mənim pulumdan istifadə edib, işləyirsən, əgər mən İlkin (və ya digər Azərbaycanlılar) olmasa, sən bir manatda olsun əmək haqqı ala bilmərsən.

Çünki, sən mənim vətənimdəsən və sən borclusan ki, mənə yalnız müştəri kimi, deyil, həmdə yaşadığın ölkənin vətandaşı kimi hörmət edəsən

Çünki, sənin “rəhbərlərin” məhz Azərbaycanın pulu hesabına bu biznesləri qurublar, investitsiya Azərbaycanındır və sən bu şirkətdə çalışdığın üçün bu ölkəyə, bu millətə, bu insanlara hörmətlə yanaşmalısan…

Dariya çox sakit durmuşdu… sifəti qıp-qırmızı idi… mağazada çalışan Azərbaycanlı personalın simasında qəribə bir hiss var edi, sanki onlar bu dialoqdan çox məmnun qalmışdılar və Dariyadı, Daryadır nədir… dodağından mızıldanaraq bilirsiz nə dedi?

Dariya dedi ki:
Да-ааа, так бы сказал бы… я украинка и буду говорит только по русски.” Bu anda artıq mən başa düşdüm ki, gunah Daryada deyil… gunah, Darya kimi qeyri-peşəkar adamları bizim peşəkar olan işçilərin başına rəhbər qoyanlardadır… Daryanı Azərbaycan dilində danışanları “çüşka” kimi baxdıran… ZARA-nın rəhbəridir… Əgər bu şirkət Dariya işə götürəndə başa salsaydı ki, sən Azərbaycan dilində öyrənməlisən, Dariya heç vaxt mənimlə belə mədəniyyətsiz formada danışmazdı. Şərt deyil aaa, Dariyaya Azərbaycan dili öyrətmək… şərt odur ki. Dariya bildirmək ki, sən Azərbaycanlısansa, bizim dilə hörmət qoymalısan.

Eyni problem İdeal Parfumeriyadada var, Music Galleridede var və s. Siz elə bilirsiz Azərbaycanda Darya kimi kadr yoxdur… əmin edirəm 10 dəfə ondan güclüsüdə var, sadəcə biz Azərbaycan çörəyini yadlara yedizdirməyi xoşlayırıq.
Əziz oxucu, inanın ki, mən aşırı millətçi deyiləm… mən demirəm, Dariyanı Azərbaycandan sürgün etmək lazımdır və s. YOX, qətiyyən YOX. Amma Dariya yenədə Azərbaycana hörmət qoymayacaq, çünki biz özümüz özümüzə hörmət qoymuruq…

Mağazadan çıxanda Azərbaycanlı personal mənə çox sağ ol dedi, məndə, malı qaytarmadım… eybi yox, qoy o 10-15 manat Retail-Qrup-un (Zara) halalı olsun, amma əgər bu qazanc Daryalara gedəcəksə… onda pulun halallığını vermirəm
Sizlərdən isə, əziz oxucu, bir xahişim var, əgər Retail Group rəhbərliyindən kimlərisə tanıyırsınızsa çatdırın ki, “Azərbaycandan qazandığınız pulları, savadsız ukraynılalara xərcləməkdənsə, savadlı AZƏRBAYCANLI işçilər tapsınlar.

İlkin Manafov

0

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0