Sign in to follow this  
Followers 0
Taleh

Nə düşmüsən əl-ayağa?, hakimiyyətdən nə istəyirsən?

1 post in this topic

Bəzi tanışlarım var ki, mənimlə söhbət etdikdə, təxminən belə sözlər deyirlər: “nə düşmüsən əl-ayağa?!”, “hakimiyyətdən nə istəyirsən?!”, “guya sən nəsə yazmaqla nəyisə dəyişdirə biləcəksən?!”, “belə boş-boş şeylərə” sərf etdiyin vaxtı, öz üzərində çalışmağa, professional olmağa ayır və karyeran haqqında fikirləş.

Bu insanları əsla qınamaq fikrim yoxdur. Mənim doğurdan da, öz sahəsinin peşəkarı olmaq istəməyən insanlara acığım tutur. Amma, dostlar, ortada bir “əmma” var. Deyim, xəbəriniz olsun. Mən uzun müddət vəkil olmaq istəmişəm və müxtəlif QHT-lərdə hüquqşünas kimi çalışmışam. 
Bir dəfə haqlı olduğum bir işədə hakimlərin qabağında üç saata yaxın çıxış etdim, boğazımın suyunu qurutdum. Bu işə on günümü sərf edib, qanunvericiliyi ələk-vələk etmiş, qarşı tərəfi yerlə bir edəcək arqumentlər hazırlamışdım, hakimlər qarşısında mükəmməl çıxış üçün saatlarla məşq etmişdim. Məhkəmənin bitməsinə az qalmış, hətta hakimlərdən biri məni bu çıxışa görə təbrik də etdi. Hakimlər qərar qəbul etmək üçün müşavirəyə otağına gedəndə, məndə sevincək şəkildə hakimlərin verəcəyi qərarı gözləməyə başladım. Hakimlər gəldi və prosesə rəhbərlik edən hakim Azərbaycan Respublikası adından elan etdi ki,bəs mən haqsız tərəfəm.
Verilən qərarın əsassızlığını aydınlaşdırmaq üçün hakim çölə çıxarkən ona yaxınlaşdım. Hakimə sual verdimki, bəs, hörmətli hakim, haqlı olduğuma sizin də inandığınız prosesdə niyə haqsız çıxdım? Hakimin cavabı bu işə ürəyini qoyan bir gənc üçün doğurdan da dəhşətli idi: 
“Əzizim,sən doğurdanda yaxşı oğlansan amma mən heç nə edə bilməzdim, qarşı tərəf hər şeyi yuxarıdan tapşırmışdı.
İndi, siz deyin, sevdiyim bir işdən əlimi-ürəyimi-beynimi belə soyudacaqlarsa, mən necə öz üzərimdə işləyim? Mən necə professionallaşım?Mən necə karyera haqqında fikirləşim?

Əslində isə məsələ çox sadədir, biz, gərək xalqın iradəsinə əsaslanan , azad seçkilər keçirdək , bizi təmsil edən deputatlarda bizim üçün müstəqil, qanunlara və ədalətə dayanan məhkəmə sistemi formaşaldırsınlar. Və mən də nəticədə öz-üzərimdə işləyim, professional olum, karyeramı fikirləşim. Bu olmayandan sonra sizlərin məndən tələb etdiyiniz “karyera”, “öz üzərində işləmək”, “professionalıq” kimi sözlərə mən başqa məna verməyə məcbur oluram .

P.S Bu yazıyla kimisə təhsil almaqdan, oxumaqdan soyutmaq istəmirəm, əksinə biz daha çox oxumalı, daha çox bilməliyik. 
Yazı siyasətdə aktiv olan gənclərə ,,başını sal aşağı, işinnən məşğul ol'' deyənlərə ünvanlanır.Əgər bizə dəstək vermək fikriniz yoxdursa, heç olmasa qarşımızda da dayanmayın.

Emin Aslan

0

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0